Məhkəmə qərarları › İş №2-1(118)-4576/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4576/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4576/2025 02.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "mənzilin boşaldılma tələbi barədə qərarın müvəqqəti dayandırılması" barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin boşaldılma tələbi barədə Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Orxan Bağırovun qərarının müvəqqəti dayandırılması və icraçının hərəkətsiliyizi barədə qanunamüvafiq tədbir görülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5875/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə X7, X3 22Ə1/11SU saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 40335,73 (qırx min üç yüz otuz beş manat, 73 qəpik) manat, 22Ə1/11SU saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 36582,02 (otuz altı min beş yüz səksən iki manat, 02 qəpik) manat. 22Ə1/11SU saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 35289,49 (otuz beş min iki yüz səksən doqquz manat, 49 qəpik) manat kredit borcu, həmin tutmanın ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A nömrəli binada yerləşən 27 nömrəli mənzilə, ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə Sumqayıt şəh, 9-cu mkr (təzə) 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilə, ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə ünvan 1 ünvanda yerləşən 43 nömrəli mənzilə və ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat müəyyən edilməklə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və qalan vəsaiti isə ipoteka predmeti olmuş mənzillərin mülkiyyətçilərinə qaytarılması barədə qətnamə çıxarmışdır. Açıq hərracdan alıcı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq tələblərinə əsasən X1 işi üzrə: X4 adına olan Sumqayıt şəhəri. 12-ci mkr, ev 8A nömrəli binada yerləşən 27 nömrəli mənzil banka pul əvəzi kimi hərracın sonunda 25 faizlə 31875 (otuz bir min səkkiz yilz yetmiş beş) manata; X5 adına olan Sumqayıt şəhəri 9-cu mkr (təzə). 74 nömrəli binada yerləşən 14 nömrəli mənzil banka pul əvəzi kimi hərracın sonunda 25 faizlə 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manata; X6 adıııa olan ünvan 2 ünvanında yerləşən 43 nömrəli mənzil banka pul əvəzi kimi hərracın sonunda 25 faizlə 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manata; X1 adma olan Sumqayıt şəhəri. Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən İ mərtəbəli 92A/1 saylı fərdi yaşayış evi banka pul əvəzi kimi hərracın sonunda 25 faizlə 36337,50 (otuz altı min üç yüz otuz yeddi manat, 50 qəpik) manata təklif edilib və həmin qiymətlərlə əmlaklar hərracdan bankın balansına alınmışdır. Məhkəmə qətnaməsi üzrə cəmi borc 112.477,24 (bir yüz on iki min dörd yüz yetmiş yeddi manat, 24 qəpik) manat və hərracdan təklif olunan 131962.50 (bir yüz otuz bir min doqquz yüz altmış iki manat, 50 qəpik) manat arasında yaranan fərq girov qoyanlara ödənilməsi üçün Cavabdeh depozit hesabına ödənilib. Yuxarıda məhkəmə qətnaməsinin məcburi icrası nəticəsində bankın balansına alınmış 4 əmlakdan 3-ü bank tərəfindən artıq notarial alqı-satqı müqaviləsi ilə geri alınmışdır. Qalan 1 əmlakın bankın adında hələ də qalmasının səbəbi Bankın balansında olan girova görə 31875 manatdan əlavə olaraq 11000 (on bir min) manat pulun tələb edilməsidir. Bankın balansından çıxarılmış 3 əmlakdan 2-si iddiaçı tərəfindən Sumqayıt İcra İdarəsinin İcraçısının tələbi ilə notarial alqısatqı müqaviləsi ilə geri alınmışdır. İş № 2(060)-5875/2016 nömrəli 2016-cı il tarixli qətnamənin qət edilməsi hissəsində göstərilmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə), 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilsin. Mənzil açıq hərracda satılsın, satışdaın əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 112 477.24 (yüz on iki min dörd yüz yetmiş yeddi manat, 24 qəpik) manat məbləğində pul, bildirişin qeydə alınması ilə bağlı 120 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 26 manat pul "xxxx" KB ASC-nə ödənilməsi, qalan vəsaiti isə ipoteka predmeti olmuş mənzillərin mülkiyyətçilərinə qaytarılsın. Həmin vaxt iddiaçı Ukrayna Respublikası Jitomirsk şəhərində sahibkarlığı inkişaf etdirmək məqsədilə olmuşdur. 2019cu ildə Ukrayna Respublikasında ürək əməliyyatı olunmuş, həmin vaxt həkim 25 km-dən artıq başqa yerə getməyə məhdudiyyət qoyulmuşdur. 2024-cü ildə Sumqayıt şəhərinə qayıtmışdır. İcraçı Rüstəmov Toğrul ilə görüşmüş və iddiaçıya qədər X8 adına olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A nömrəli binada yerləşən 27 nömrəli mənzili notarial qaydasında bankdan 31875 (otuz bir min səkkiz vüz yetmiş beş) manata geri götürmüşdür. Bundan sonra icraçı Rüstəmov Toğrulun təşəbbüsü ilə 2024-cü ilin may ayında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 92А/1 saylı fərdi yaşayış evi boşaltmışdır. Məqsədi banka çatan 36337,50 (otuz altı min üç yüz otuz yeddi manat, 50 qəpik) manatı ödəmək idi. Ünvanda göstərilən evi boşaldan kimi bank tərəfindən mənzilə mühafizəçi təyin edilmiş, ona görə də evi satmaq üçün iddiaçı ora müştəri apara bilməmişdir. Müəyyən müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, ünvanda göstərilən mənzil satılmışdır, necə satılması ona bəlli deyil. Bununla bağlı aidiyyatı orqanlara Mərkəzi banka, Unibankın rəhbərliyinə rəsmi müraciətlər etmiş, nəticəsi olmamışdır. Bundan sonra girovda olan X6 adına olan ünvan 3 ünvanında yerləşən 43 nömrəli mənzilin boşaldılmasını icraçı tələb etmişdir. Uzun sözsöhbətdən sonra 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat əvəzinə 43500 (qırx üç min beş yüz) manata Dilarənin qızının adına notariusla alqı-satqı edib mənzili geri götürmüşdur. X6 evinin boşaldılmaması üçün Dilarənin qardaşı öz avtomobilini satıb 43500 (qırx üç min beş yüz) manatı bankın hesabına ödəmişdir. X5 adına olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin boşaldılması ilə bağlı bildiriş göndərilmişdir. Dəmirov Feyruzun pulu olmadığı üçün yanvar avının sonunadək vaxt istəmişdir. Sözügedən bank tərəfindən arada yaranmış fərqin girov qoyanlara ödənilməsi üçün Sumqayıt şəhər İcra idarəsinin depozit hesabına ödənilib. Bundan başqa, İcra İdarəsinin tələbinə görə 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat pulun ödənilməsi girov qoyan X2 artıq və 11625 (on bir min altı yüz iyirmi beş) manat alınmış, iddiaçıdan (X7) 36337 (otuz altı min üç yüz otuz yeddi) manat əvəzində 93663 (doxsan üç min altı yüz altmış üç) manat artıq pul alınmışdır. Hal-hazırda icraçı Orxan Bağırov 31875 manat əvəzində 43500 manat pul tələb edir. İcraçı bildirir ki, 4 mənzilə Unibankın balansındadır. İstədiyi qiymətə də sata bilər, lakin 2016-cı ilin Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində icraçının hal-hazırki tələbi göstərilməmişdir. Unibankın rəhbəri də məhkəmədə göstərilən qətnaməyə əsasən balans dəyərini məktubunda göstərmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin dəyərində 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat pul X9 ödənilmişdir. “İcra haqqında qanun”un 18.1.4-cü maddəsinə əsasən, İcraatın dayandırılmasının mümkün olduğu hallarda Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin boşaldılmasının icraatının müvəqqəti dayandırılmasına zərurət vardır.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.

5. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qala bilər. Eyni zamanda, ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

11. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı Cavabdeh hərəkətlərindən narazıdır.

12. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

15. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”.

16. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

17. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

18. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.

19. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icrası həmin mülki və ya inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilir ki, Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq, inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

22. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.

23. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən, hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati icraat qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

27. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. 28.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X14-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar