Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4578/2024 15.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: tərxis olunma barədə arayışın verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum həyat yoldaşı 1964-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum həyat yoldaşı X4 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ilin avqust ayında Sumqayıt şəhər Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi) tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində XX.08.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi döyüş yolu keçmişdir. Nizami İsgəndərov xx.xx.1992-ci il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı mina partlayışı nəticəsində qarının, aşağı ətrafların çoxsaylı qapalı qəlpə yaraları xəsarətini almışdır. İlk tibbi yardım Kəlbəcər xəstəxananın cərrahiyyə şöbəsində göstərilmiş və yaraların cərrahi işləməsi həyata keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində yerləşən 230 saylı Hərbi xəstəxanaya köçürülmüş və şöbədə müalicə almışdır (analgetiklər, iltihabəleyhinə, yerli sarğılar) Daha sonra Nizami İsgəndərov cərahji əməliyyatdan imtina etdiyinə və Bakı şəhərinə köçürülməyini təkid etdiyindən, müalicənin davam etdirilməsi üçün Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasına köçürülmüşdür. Bir müddət Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasında müalicə olunduqdan sonra xəstəliklə bağlı məzuniyyətə ehtiyacı olduğu üçün 21 günlük, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək məzuniyyətə çıxmışdır. Qeyd olunan diaqnoz “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 16 sentyabr 1992-ci il tarixli Arayışla təsdiq olunur. Göstərilən xəstəliklə əlaqədar mərhum həyat yoldaşına Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə Sumqayıt Ş.Ş tərəfindən əlillik təyin edilmişdir. X6 Sumqayıt ŞHK-ğı tərəfindən 032822 saylı, 13 avqust 1999-cu il tarixli müddətsiz əlillik vəsiqəsi verilmişdir. Həyat yoldaşı xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı ölən günədək 2-ci qrup müharibə əlili kimi pensiyasını almışdır. Lakin həyat yoldaşına “Hərbi qulluqçıların dövlət icbä^ şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişi verilməmişdir. Mərhum həyat yoldaşı X4 1992-ci ilin avqust ayında hərbi təlimlərdə və döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin mərhum həyat yoldaşı X2 hərbi təlimlərdə və hərbi əməliyyatlarda hansı tarixlərdə iştirak etməsi ilə bağlı rəsmi məlumat yoxdur. xx.xx.1964cü il təvəllüdlü X2 xx.xx.1992-cı ildən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi və 27 avqust 1992-ci ildə Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirən zaman yaralanması barədə müvafiq arayışın alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə vəkil sorğusu göndərilmiş və həmin qurumdan xx.xx.2024-cü il tarixli, 1370 saylı imtina məktubunda cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Şəxsi heyətin qayıtmaz itkiləri, itkin düşənlərin və yaralılar haqqında məlumatlar” qovluğunda qeyd olunmuş “N nömrəli hərbihissənin yaralananlarının siyahısında” (əsas: səh-36, sıra 154, məlumat hərbi hissə komandiri və hərbi hissənin qərargah rəisi tərəfindən möhür və imza ilə təsdiqlənməmişdir) X2 xx.xx.1992-ci il tarixdə Qızıl-Qayada yaralanması barədə məlumat vardır. Qeyd edilmişdir ki, “N nömrəli hərbi-hissə komandirinin nizami hissə üzrə əmrlari, N nömrəli hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X2 xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmirlər. Belə olduğu halda hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1370 saylı imtina məktubu tamamilə əsassız və qanunsuzdur. Ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 26-cı, 57-ci, 60-cı, 71-ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə, 10.1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsi mümkün sayıla bilməz. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan sənədlərdən görmək olar ki, İsgəndərov N.N. xx.xx.1992-ci il tarixdə yaralanması barədə məlumat var. Lakin N nömrəli hərbi hissə üzrə əmrləri və N nömrəli hərbi hissənin sənədləri arxivdə olmadığından xidməti və yaralanması barədə əlavə araşdırma aparılması mümkün deyil. Arxivin məktubunda (xx.xx.2024, 1370) olan sözlər orada saxlanılan sənədlərdə necə göstərilibsə, elə də verilib, arxiv orada dəyişiklik edə bilməzdi, əks təqdirdə bu hal arxiv işinin aparılması prinsipinə və arxiv işi sahəsində dövlətin vəzifələrinə zidd olardı. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən: "arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir.” İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görmək olar ki, X1 əlili olmuşdur (müddətsiz verilmişdir). O, müharibə əlili kimi pensiyasını almışdır, (iddia ərizəsinin birinci abzası) Pensiya təyin olunmuşdursa, deməli ona əsas olan sənədlərə baxış keçirilməli idi. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş müvəqqəti vəsiqədə N.N.İsgəndərovun 1992-ci ildə yarlanması və 2-ci qrup Qarabağ əlili olması göstərilmişdir. Qeyd etmək lazımdır ki, mərhuma aid olan bütün sənədlər qeydiyyatda olduğu hərbi komissarlıqda olan şəxsi işində olmuşdur. Mərhumun hərbi biletində xidməti və ehtiyata buraxılması barədə məlumatlar və qeydlər ola bilərdi (şəxsin özündə saxlanılır), lakin həmin sənəd olmadığından və onun yerinə verilmiş müvəqqəti vəsiqəni və orada olan qeydlər Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən aparıldığından və həmin yazıların əsasları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində saxlanıldığından ora müraciət etməlidir. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Həmçinin onu da bildirmək lazımdır ki, 1992-ci ildə yaralanmış, xx.xx.2013-cü ildə Rusiyada ölmüş X2 yaralandığı üçün tərxis olunması barədə 2024-cü ildə yeni inzibati aktın qəbul edilməsi qanunvericiliyin müddəalarına ziddir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun mərhum həyat yoldaşına “Hərbi qulluqçuların şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə sığorta ödənişi verilməmişdir. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarından görünür ki, X4 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmiş, SSRİ MN 72 saylı xx.xx.1985-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis edilmişdir. Epikrizdən görünür ki, X4 xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək hər iki omba və baldırın ön səthinin qəlpə yaraları diaqnozu ilə 230 saylı hərbi xəstəxananın cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. Yaralanma xx.xx.1992-ci tarixində Ağdərə rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı meydana gəlmişdir. xx.xx.1992-ci ildə Kəlbəcər xəstəxanasında yaraların cərrahı işlənməsi həyala keçirilmişdir. xx.xx.1992-ci ildə Gəncə şəhəri 230 saylı Hərbi Xəstəxanasına köçürülmüşdür. Şöbədə müalicə alıb: analgetiklər, iltihabəleyhinə, yerli sarğılar. Sağ ombanın ön daxili səthində orta üçdə bir hissəsində dərialtı toxumada bərk cisim (qəlpə) əllənir. Xəstə cərrahi əməliyyatdan qəti imtina etmişdir. Bakı şəhərinə köçürülməyə təkid edir. Sol baldırın ön səthində 2.5x0.5 sm ölçüdə eninə yerləşən 2 irinli yara var. Şöbənin yüklənməsini nəzərə alaraq, müalicənin davamı üçün Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasına köçürülmüşdür. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Kliniki Hospitalının möhürü ilə təsdiq edilmişdir.) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın 16 sentyabr 1992-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə çavuş rütbəsində olan X4 hərbihəkim komissiyası tərəfindən 16 sentyabr 1992-ci ildə müayinə edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma ilə əlaqədar xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək xəstəlik üzrə məzuniyyətə ehtiyacı olduğu qeyd edilmişdir. X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 2128 saylı iddiaçıya ünvanlanmış məktubunda 1964-cü il təvəllüdlü X2 N nömrəli hərbi hissədə xidmət keçərkən yaralanması barədə məlumatın mövcudluğu təsdiq edilmiş və AR MN-nin Mərkəzi Hərbi Poliklinikasının arayışına əsasən onun N nömrəli hərbi hissədə xidmət keçərkən yaralanması barədə məlumat təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Şəxsi heyətin qayıtmaz itkiləri, itkin düşənləri və yaralılar haqqında məlumatlar” qovluğunda qeyd olunmuş “N №-li hərbi hissənin yaralananlarının siyahısında” (əsas: səh-36, sıra-154, məlumat hərbi hissə komandiri və hərbi hissənin qərargah rəsi tərəfindən möhür və imza ilə təsdiqlənməmişdir) X2 xx.xx.1992-ci il tarixdə Qızıl-Qayada yaralanması barədə məlumat vardir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, 230 №-li hərbi hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X2 xidməti və yaralanması barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 avqust 2024-cü il tarixli, 2511 saylı məktubu) Məhkəmə araşdırması zamanı mərhum X4 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş 1838 №-li xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş kserosurəti və xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə adına tərtib olunmuş arxiv arayışı məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 642 saylı məktubu) Təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, mərhum X4 xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Qarının aşağı ətrafların çox saylı kor qəlpə yaraları. Müdafiə nazirinin 1987-ci il 260 №-li əmrin 39 “q” maddəsinin, İ bəndinə əsasən 21 (iyirmi bir) gün məzuniyyətə ehtiyacı olub. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) 1992-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas protokolu qeydiyyat” kitabının 23-cü səhifəsində olan, 1236-cı sayındakı qeyd. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il, 3- 4350/2-2727/24 saylı məktubunda xx.xx.1964-cü il təvəllüdlü X2 tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan arxiv məlumatlarında heç bir təsdiqedici sənədin olmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir.
13. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən: Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Şəxsi heyətin qayıtmaz itkiləri, itkin düşənləri və yaralılar haqqında məlumatlar” qovluğunda qeyd olunmuş “N №-li hərbi hissənin yaralananlarının siyahısında” X2 xx.xx.1992-ci il tarixdə Qızıl-Qayada yaralanması barədə məlumat vardir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, 230 №-li hərbi hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X2 xidməti və yaralanması barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 avqust 2024-cü il tarixli, 2511 saylı məktubu) Məhkəmə araşdırması zamanı mərhum X4 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş 1838 №-li xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş kserosurəti və xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə adına tərtib olunmuş arxiv arayışı məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 642 saylı məktubu) Təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, mərhum X4 xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Qarının aşağı ətrafların çox saylı kor qəlpə yaraları. Müdafiə nazirinin 1987-ci il 260 №-li əmrin 39 “q” maddəsinin, İ bəndinə əsasən 21 (iyirmi bir) gün məzuniyyətə ehtiyacı olub. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) 1992-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas protokolu qeydiyyat” kitabının 23-cü səhifəsində olan, 1236-cı sayındakı qeyd. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il, 3- 4350/2-2727/24 saylı məktubunda xx.xx.1964-cü il təvəllüdlü X2 tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan arxiv məlumatlarında heç bir təsdiqedici sənədin olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə arayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1056/2022 saylı Qərarı) Qeyd edilənləri hazırki işə tətbiq edərək məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı hərtərəfli araşdırma aparılmış, müvafiq sorğular verilmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. Məhkəmə araşdırması zamanı isə arxiv materiallarında iddiaçının tələbi ilə bağlı əlavə məlumatların olması müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən də bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova