Məhkəmə qərarları › İş №2-1(118)-458/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-458/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-458/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (ünvan 1 ünvanında yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Polis Şöbəsinə qarşı X5, X14, X15 və X6 Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehn üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şabran rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətçisi olduğu evdə Asan 4-ün yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2020-ci il tarixli arayışına əsasən qeydiyyatda olduqları göstərilən X3 və onun övladları – X8, X9 və X6 Şabran şəhərinin, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilməklə pasport qeydiyyatından çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X5, X14, X15 və X6 Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehn üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2021-ciil tarixli qərardadı ilə X5, X14, X15 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə etdi və izah etdi ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evin mülkiyyətçisidir. Çıxarışın alınması məqsədilə aparılan notarial prosedurlar zamanı müəyyən edilmişdir ki, 2012-ci ildə Şabran rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə küçələrin adının və evlərin sıralanmasının dəyişdirilməsi prosesində baş vermiş texniki səhv nəticəsində onun tanımadığı X7, X14, X15 və X10 ona məxsus evə qeydiyyata düşmüşlər. Həmin ev iddiaçının şəxsi mülkiyyəti olsa da, hazırda nə onun özü, nə də ailə üzvləri həmin şəxsləri tanımırlar. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şabran rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 saylı ev İddiaçı mülkiyyətindədir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, X5, X14, X15 və X1 şəhərinin, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdə qeydiyyatdadırlar. - Şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 200-8179-1120 saylı imtina məktubundan görünür ki, qeydiyyatda olan şəxslərin ünvan 3 ünvanından daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. -xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X7, X14, X15 və X1 şəhərinin, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdə yaşamırlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasn yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada qeyd olunmalıdır ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticə yaratmamaqla yanaşı, onların qeydiyyatsız qalmasına səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının xüsusiu mülkiyytətindədir. Üçüncü şəxslər həmin mənzilə qeydiyyata alınsalar da, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış razılıq verilmədiyindən onların həmin əmlakdan istifadə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, X2, X8, X9 və X6 İddiaçı məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X5, X8, X9 və X6 Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Şabran rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5, X14, X9 və X6 İddiaçı mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 4 nömrəli evdən pasport qeydiyyatından çıxarılması öhdəliyi Şabran rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar