Məhkəmə qərarları › İş №2-1(118)-458/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-458/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-458/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (“X5” MMC-də işləyən, ünvan 1 ünvanda yaşayan ) Cavabdehin nümayəndəsi X2 (DSMF X3 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, Bakı şəhəri, Y.Səfərov küçəsi, ev 12 a, mənzil 17-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün iş stajına daxil edilməsi və ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçüçn alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2015-ci il tarixdən Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavbdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün iş stajına daxil edilməsi və ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçüçn alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəməədn xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda “X5” MMC-də işləyir. xx.xx.2021-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdehin **********5 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir.Cavabdehin imtinası əsassızdır. Belə ki, 01 iyun 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikası Qanunu ilə həmin maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. İddiaçının xx.xx.2017-ci iı tarixədək təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi 58 il 10 ay yaşı və təhsil və həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla 27 il 3 ay gün ümumi əmək stajı, 17 il 11 ay 20 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Belə ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Dəvəçi rayon 110 saylı kənd texniki peşə məktəbində təhsil almış (11 ay 27 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 0 ay 2 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (əmək stajı nəzərə alınan dövr üzrə) V.İ.Lenin adına Azərbaycan Boruyayma zavodunda (indiki "xxxx" ASC) işləmiş (21 il 5 ay 21 gün), xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də işləmişdir (2 il 4 ay 22 gün), xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “X5” MMCdə işləmişdir.(0 il 4 ay 21 gün). "xxxx" ASC-də işlədiyi müddət ərzində xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyətdə olmağı onun öz istəyi ilə olmamışdır. Həmin dövrdə işəgötürənin təqsiri üzündən müəssisədə istehsal fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərin bir hissəsi məcburən ödənişsiz məzuniyyətə göndərilmiş, əmək haqqı ödənilməmişdir. Onun təhsil müddəti və ümumi iş stajı bu münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan xx.xx.2006-cı tarixinə yaranmış və xx.xx.2018-ci tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən onun ödənişsiz məzuniyyətdə olduğum dövr ümumi əmək stajı kimi nəzərə alınmalıdır. Həmin tarixə iddiaçının 57 yaşı, 25 il 04 ay 17 gün ümumi əmək stajı və 18 il 10 ay 11 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.Ağayeva iddianı qəbul etmədi və izah etdi ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********5 nömrəli cavab məktubunda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 22365,50 manat təşkil etdiyi, eyni zamanda, xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malik olduğu barədə məlumat verilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22365,50 manat təşkil edir. İddiaçının mübahisələndirilməyəm iş stajı 20 il 11 ay 20 gün təşkil edir ki, o da iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. İş materiallarında olan : - iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdür. -Dəvəçi (Şabran) rayon 110 nömrəli kənd texniki peşə məktəbi tərəfindən verilmiş 01137 seriyalı attestatdan görünür ki,İddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixdə 3-cü dərəcəli traktorçu-maşınist istisası üzrə tam kursu bitirmişdir. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. - iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamış, hazırki tarixədək işləyir. - "xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.2014-cü il və xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə boruyayma sexində soyuq boru kəsicisi, təmirçi çilingər, metal çeşidləyən və təhvilverən, cilalayıcı peşələrinə işləmişdir.Göstərilən peşə Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİ bölməsinin 4 a yarım bölməsinin 2040400a-17968; 18559; 1753 a,b şifri ilə güzşətli şərtlərlə əmək pensiyası almaq hüququ verir. xx.xx.1998-ci il tarixdən xx.xx.2006cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. - -"xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 55 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə boruyayma 1 sexində isti şöbədə təmirçi-çilingər peşəsində işləmişdir. Göstərilən peşə AəzrbaycanRespublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİ bölməsinin 4 a yarım bölməsinin 1030400a-1753a şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. - Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı kifayət qədər pensiya kapitalına malik olmadığından ona güzəştıi şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. ”Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. İddia ərizıəsindən görünür ki, iddiaçı ona əvvəlki qanunvericiliyin tələblərinə uyğun olaraq 57 yaşından əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay güzəştli və 25 il ümumi əmək stajı toplandığı təsdiq olunmadığından, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamış olur. Belə ki, iddiaçının "xxxx" ASC-də işlədiyi dövrün 8 ilə yaxın hissəsinin (xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cl il tarixədək) ödənişsiz məzuniyyətdə olması işin mübahisələndirməyən halıdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə iddiaçının tələb olunan 25 il sıorta stajına malik olması təsdiqlənmir və nəticə etibarı ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun əsası yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilən Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar