Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-459/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4, 3-cü şəxs X5 nümayəndəsi X6, məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X12 və X33, mütəxəssiz qismində dindirilmiş X13 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X5 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq xx.xx.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyester nömrəli “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsini və cavabdeh tərəfindən X5 adına X14 məxsus xx xxxxxx 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən X5 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq xx.xx.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon 2 saylı DNK-da xx.xx.2007-ci il tarixli, 4ə-5-782 nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsinə dair onun adıma DƏDRX-dən çıxarış və buna müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən torpaq sahəsinə dair Dövlət Aktında və Mehdiabad qəsəbəsində torpaq islahatı aparılan bölgü xəritəsinə uyğun həmin torpaq sahəsi naturada mərz nişanları qoyularaq ona təhvil verilmişdir. Bir müddətdən sonra bir sıra şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aparıldığı üçün həmin şəxslərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1131/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi 'ilə iddia tələbi təmin edilməmişdir (hakim İlham Kərimli). İddiaçı həmin qətnamənin dəlillərindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2015-ci il tarixli 14394 saylı ekspert rəyinə ekspert rəylərində bildirilmişdir ki, hal-hazırda iddiaçı X7 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğun gəlir. Mülki işdə olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,28 ha torpaq sahəsinin, sahəsi, ölçüsü və cizgisi həmin çıxarışın işlənməsinə əsas olmuş Abşeron rayon Notariat Kontorunun xx xxxxxx 2013-cü il tarixli 4ə-501 saylı notariat işində saxlanılan xx xxxxxx 2006-cı il tarixli **********2 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş torpaq sahəsinin ölçüsünə, sahəsinə və cizgi-formasına uyğun deyil. Belə ki, qardaşı Yaşar İsgəndərov tərəfindən Sevil İsgəndərovaya bağışlanılan torpaq sahəsi bağışlanma müqaviləsində 0,38 ha qeyd edilmişdir və Binəqədi-Novxanı yolunun kənarında yerləsir. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi isə 0.29 ha (0.09 ha az) olmaqla sənəd üzrə bağışlanılan ərazidən düz xətt boyunca 2269 metr aralıda yerləsir. Ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçı və cavabdehin mülkiyyətlərində olan torpaq sahələri bir-biri ilə qonşu sahələr deyil, ayr-ayrı yerlərdir. Həmin torpaq sahələri qonşu olmadıqları halda aralarındakı məsafə 2269 metr təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(105)-92/2016 saylı qərardadı ilə iş üzrə növbəti məhkəmə tikinti-texniki ekspertizası və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında: “Ərazinin yerquruluşu layihəsinə (ərazinin yerquruluşu xəritəsinə) əsasən iddiaçı X8 adına verilmiş xx xxxx 2007-ci il tarixli seriya MH ******* saylı çıxarış əsasında 0,673778 hektar torpaq sahəsinin nə qədər hissəsi Sevil İsgəndərova tərəfindən zəbt edilmişdir?” sualı qoyulmuşdur. Həmin suala cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2016-cı il tarixli 21980 saylı ekspert rəyində cavabdeh təşkilat tərəfindən verilmiş mütəxəssis rəyinə istinad edərək bildirilmişdir ki, ərazidə böyük həcmdə tikinti işləri aparıldığı üçün köhnə istinad nöqtələri ləğv edilmiş, bu səbəbdən də işin araşdırılması mümkün olmamışdır. Çox təəssüf ki, işə baxan məhkəmə kollegiyası tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin birinci rəyi deyil, ekspert qarşısında qoyulmuş və cavablandırılmamış sualla bağlı ikinci rəyi əsas götürülərək iddiaçının vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsi barədə xx xxxxxxx 2016-cı il tarixli, 2(105)-92/2016 saylı qətnamə qəbul edilmişdir. X1 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) Dövlət Aktı verilmişdir. X84 əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 və onu ailə üzvlərinə seriya MH №0010114 və MH №0010115 saylı xx.xx.2007-ci il tarixli çıxarış verilmiş, lakin torpaq sahələri ilə bağlı plan ölçü sənədi verilməmişdir. İddiaçı xx xxx 2007ci il tarixli AN İ №0125206 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2 və onun ailə üzvlərindən almışdır. Alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, onun adına işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədi onun hazırlanmasına əsas olmuş Dövlət aktı və ərazinin bölgü layihəsi ilə uyğunsuzluq təşkil edir. Ona satılmış torpaq sahəsinin yerinin yenidən dəqiqləşdirilməsi, gələcəkdə qonşularla hər hansı mübahisənin yaranmaması üçün ərazinin bölgü layihəsinə (Dövlət Aktına) və xx.xx.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması və qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə müvafiq arayış verilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Həmin təşkilatdan **********85 saylı xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən xx.xx.2007-ci il tarixli **********57 reyestr nömrəli, mülkiyyətinizdə olan 0,673778 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşür. Bu səbəbdən də naturaya uyğun torpaq sahəsinin plari-ölçü sənədinin düzəliş edilərək verilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan sonra hazırkı iş üzrə cavabdeh təşkilata qarşı ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və xx.xx.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, naturaya uyğun torpaq sahəsinin plan-ölçüsü sənədinə düzəliş edilməsi, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə arayış verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 21/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və xx.xx.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada iddiaçıya tanıdılması öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Torpaq sahəsinin zəbt edən şəxslərin kimliyinin müəyyən edilməsi üçün X38 şikayət ərizəsi ilə müraciət etmiş, Polis Bölməsində müvafiq araşdırma aparılmış, DƏDRX-in 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun adıma tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar naturada müəyyən edilmişdir. Məlum olmuşdur ki, onun torpaq sahəsinə dair alqı-satqıdan sonra plan-ölçü sənədi düzgün tərtib olunmamışdır. Buna baxmayaraq o, plan-ölçü sənədində gösterilən koordinatlar daxilindəki torpaq sahəsində torpaq mülkiyyətçilərinə qarşı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməklə cavabdehlər Aydınov Zamir Ağasəlİm oğlu, X18, X19, X41, X34, X42 və onların ailə üzvləri tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir (hakim İ.Kərimli). Məhkəmə tərəfindən iş üzrə tikinti-torpaqşünaslıq ekspertizası təyin edilmiş, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,673778 ha torpaq sahəsi həmin cavabdehlər tərəfindən zəbt edilməmiş, əksinə mülkiyyətimdə olan torpaq sahəsinə digər vətəndaşlar - X22 (0,06 ha), X15 (0,35 ha), X43 (0,03 ha), X44 (0,03 ha), X29 (0,02 ha), X62 (0,03 ha), X54 (0,03 ha), X45 (0,03 ha), X46 (0,03 ha), və X63 (0,05 ha) tərəfindən müdaxilə olunaraq orada tikinti işləri aparılmışdır. Belə ki, X20 və X35, mülkiyyətində olan torpaq sahəsinin 0,28 ha hissəsinin bir hissəsini notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında həmin şəxslərə satmış və onlara müvafiq Çıxarış və plan ölçü sənədləri verilmişdir. Buna görə də “X5 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun X3 olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim C.Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2895/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir (sədrlik edən və məruzəçi hakim S.Qafari). Həmin qətnamədən cavabdeh N.Babayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iddianın aiddiyyət qaydalarına uyğun verilib-verilməməsi hissəsində iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim İsmayıl Xəlilov). İşə baxan Ali Məhkəmənin mülki kollegiyasının mövqeyinə görə Sevil İsgəndərovaya və Azərbaycan Respublikası X60 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı yönələn tələbə inzibati icraat qaydasında baxılmalıdır. Çünki tələb Sevil İsgəndərovaya məxsus olan torpaq sahəsinin müvafıiq icra hakimiyyəti orqanı tərəfindən qanunsuz olaraq başqa əraziyə işlənməsindən gedir. Bu iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası X60 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2577/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi qismən “X5 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun X3 olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilərək və iddianının həmin hissə üzrə icraatına xitam verilmişdir (sədrlik edən və məruzəçi hakim T.Quliyev). Həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2013-cü ildə tərtib olunmuş **********44 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilərək və X5 adına X14 məxsus xx xxxxxx 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən **********88 saylı xx.xx.2020-ci il tarixli məktubla müraciətin həllindən imtina edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, bununla əlaqədar olaraq torpaq sahəsinə baxıs keçirilmiş və müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləsən ərizəçinin mülkiyyətində olan 0.673778 ha torpaq sahəsinin sənəd (torpaq sahəsinin planı və ölçüsü) üzrə yerləşməsi ilə naturadakı yerləşmə yeri arasında fərq mövcuddur. Ərizəçi tərəfindən göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin (**********78 - Aqa-zadə Rəşad Fərhad oglu, **********15 - X80 oglu, **********18 - X73 oglu, **********17 - X77 oglu, **********74 - X76 oglu, **********76 - X82 oglu, **********15 - X64 oglu, **********75 - X67, **********22 - X81 oglu, **********58 - X16, **********59 - X58 oglu) mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düsür. Bu səbəbdən naturaya uyğun torpaq sahəsinin plan-ölçü sənədinin düzəliş edilərək verilməsi mümkün olmamış və Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılan uçot işləri tam başa çatdıqdan sonra, hüquqi sənəd əsasında torpaq sahəsinin naturada olan uyğunsuzluğunun aradan qaldırılması məsələsinə baxılmasının mümkünlüyü barədə ərizəçiyə izahat verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(85)-21/2019 saylı qərarı ilə ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və xx.xx.2007-ci il tarixli, seriya MH ******* saylı çıxarışa uyğun olaraq iddiaçının mülkiyyətində olan 0.673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada İddiaçı tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X60 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanın imzalandığını, hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində aidiyyatı təşkilatlar tərəfindən lazımı işlər aparıldığını nəzərə alaraq uçot işləri tam başa çatdıqdan sonra, hüquqi sənəd əsasında torpaq sahəsinin naturada göstərilməsi məsələsinə baxıla biləcəyi iddiaçıya bildirilmişdir. İddiaçı X10 məhkəmədən ləğvini xahiş etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında X60 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ******* savlı. **********44 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsi sonuncu tərəfindən tam olaraq müxtəlif vaxtlarda müxtəlif şəxslərin adına özqəninkiləsdirilmişdir. Məhkəmədə iştrak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən 3-cü şəxs X5 nümayəndəsi X23 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsi vaxtı ilə onun özünün mülkiyyətində olmuş və sonradan bağışlama müqaviləsinə əsasən onun tərəfindən bacısı X11 bağışlanmışdır. Qeyd olunan torpaq sahəsini xx xxxxxx 2004-cü ildə Abşeron rayon 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqı-satqı müqaviləsi üzrə əldə edilmiş torpaq sahəsi naturada hal hazırda sənəd üzrə göstərildiyi yerdən fərqli istiqamətdə yerləşirdi. Lakin həmin torpaq sahəsinə sahiblik hüququnu həyata keçirmək istədikdə torpaq sahəsinin başqa şəxslərin adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Buna gör də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının və yerli bələdiyyənin üzvlərindən ibarət komissiya təşkil edilmiş və ona verilmiş torpaq sahəsinin hazırda sənəd üzrə göstərilən ünvanda yerləşməsi bildirilmişdir. Göstərilən müddətdən etibarən o, həmin torpaq sahəsi üzərində hüquqlarını həyata keçirmiş və xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən 0,38 ha torpaq sahəsini bacısı X11 bağışlamışdır. Müqavilə rəsmiləşdirildikdən sonra X5 adına 0.38 ha torpaq sahəsi dövlət qeydiyyatına alıanaraq DƏDRX-nin 4 saylı ərazi idarəsindən 0.28 ha və 0.10 ha dair çıxarışlar verilmişdir. Sonradan qeyd olunan torpaq sahələri müxtəlif şəxslərə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hesab edir ki, dövlət qurumu tərəfindən iddiaçıya çıxarışı verilməsi zamanı Sevil İsgəndərovanın təqsiri yoxdur.Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə 3-cü şəxs qismində cəlb edilmiş X29 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o torpağın vicdanlı alıcısıdır və hal-hazırda həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlkdə yaşayır. Torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi üzrə əldə edib və sonradan bu cür problem ilə üzləşəcəyini ehtimal belə etməmişdir. Qeyd olunanlara əsasən 3-cü şəxs Xəzər Fətullayev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə 3-cü şəxs qismində cəlb edilmiş X63 iddia tələbinə etiraz edərək, X12 izahatına uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş X30 bildirmişdir ki, qeyd olunan mübahisə üzrə bir neçə dəfə məhkəmə prosesləri olmuş və həmin məhkəmələr tərəfindən təyin edilmiş ekspertiza təhqiqatı zamanı onun müstəqil ekspert kimi verdiyi rəylərinə istinad olunmuşdur. Mübahisə predmeti olan və İddiaçı alqı-satqı müqaviləsi üzrə əldə etdiyi 0,67 ha torpaq sahəsinin koordinatları yerinə DTXK tərəfindən səhvən X5 torpaq sahəsinin koordinatları vurulub. Mübahisə üzrə tərəflərin torpaq sahələri arasında məsafə 2.600 metr təşkil edir və bu məsafənin torpaq sahələrinin sürüşməsi zamanı əmələ gəlməsinə dair cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış və məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X54, X43, X44, X62, X36, X24, X48, X45 və X24 məhkəmə iclasında iştrak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh tərəfindən X6 adına 0.380054 ha torpaq sahəsinə dair verilmiş MH ******* saylı çıxarışın surəti, X23 tərəfindən 0.38 ha torpaq sahəsinin X11 bağışlanması haqqında xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin surəti, DƏDRX-in X5 adına verilmiş RX ******* və RX ******* saylı çıxarışların surəti, X5 adına 0.100054 ha torpaq sahəsinə dair verilmiş **********45 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, X5 adına 0.28 ha torpaq sahəsinə dair verilmiş **********544 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0.673778 ha torpaq sahəsinə dair verilmiş MH ******* saylı çıxarışın surəti, İddiaçı adına 0.673778 ha torpaq sahəsinə dair AA 001503 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, 3022 saylı xx xxxx 2018-ci il tarixli, 2891 saylı xx xxxxxx 2018-ci il tarixli və 22742 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyləri və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X31 cavabdehlər DƏDRX-in 4 saylı ərazi idarəsinə, X11,X47,X25 və X17 qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi,torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldırlaraq ona təhvil verilməsi” tələbi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətanəməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Tərəflərin verdiyi apellyasiya şikayəti əsasında iddia tələbinə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunan iddia tələbi üzrə verilmiş apellyasiya şikayətinə baxılarkən, iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 22742 saylı rəyində qeyd olunmuşdur ki, “İddiaçı Ədalət Gülməmmədovdan JN-510 (kod ********) nömrəli Dövlət aktına əsasən alqı-satqı qaydasında aldığı ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən faktiki olaraq mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin koordinatların naturaya uyğun olması müəyyən edilmişdir, X26 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X33 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X12 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. Ağa-zadə Rəşad Fərhad oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X27 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X28 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X32 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X37 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. Həmçinin mütəxəssis tərəfindən qeyd olunmuşdur ki, iş materiallarında olan X49 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir.” Buna görədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilərək,X5 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarış qismən etibarsız hesab edilmiş və həmin çıxarış əsasında sonradan aparılmış hüquqi hərəkətlər etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinə yenidən hüquqi qiymət verilməsi məqsədi ilə iş Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinə dair X5 adına verilmiş çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsinə inzibati icraat qaydasında baxılmalıdır. Qeyd olunan qərara istinad edən Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli 2(105)-2577/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Ona görədə iddiaçı hazır ki, iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Həmin Qanunun 15.1.6-cı maddəsinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Hazırki, iddia tələbini araşdırılan zaman müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan 0,380054 ha torpaq sahəsinə görə “torpaq sahəsinin planı və ölçüsü” hazırlanarkən texini səhvə yol verilməsi və yeni koordinatlar barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən DƏDRX-nin Abşeron ərazi İdarəsinə 59 saylı xx xxxxxx 2013-cü il tarixli məktub göndərmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Lakin X5 torpaq sahəsi qeydiyyatdan keçirilən zaman təqdim olunmuş torpağın koordinatlarının səhv göstərilməsinə baxmayaraq, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxsləri zaman etibarı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin məktubuna əsaslanmaqla X11 bağışlanmış torpaq sahəsinin yerini müəyyən edərək hüquqlarını qeydiyyata almışdır. Halbu ki, bu cür halda qeydiyyat orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən zəruri olan mərçəkmə və inventarlaşma aparılması hüququ var idi. Bundan başqa oda nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş tikinti texniki ekpertizanın rəyi ilə hazır ki, iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin torpaq sahələrinin koordinatlarının səhvən İddiaçı mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin koordinatlarının yerinə işlənməsi müəyyən edilmişdir. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində İddiaçı hüquqları pozulmuşdur. Belə ki, X1 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) dövlət aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 və onu ailə üzvlərinə seriya MH №0010114 saylı xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. xx xxx 2007-ci il tarixli AN İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2 və onun ailə üzvlərindən almış, alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış verilmişdir. 1998-ci ildən 2007-ci ilədək X2 və onun ailə üzvləri, 2007-ci ildən sonra isə iddiaçı qeyd olunan torpaq sahəsindən maneəsiz istifadə etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası X60 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX-ti tərəfindən verilmiş çıxarışın ləğv edilməsinin ümumi və ya inzibati məhkəmələr tərəfindən baxılmasına aydınlıq gətirmişdir. Qeyd olunan Qərardan məlum olur ki, DƏDRX-nin tərəfindən çıxarışın verilməsinə əmlak hüquqları, yəni mülki hüquqi əqdlər əsas olduğu tədqirdə həmin Çıxarışın ləğvinə ümumi məhkəmələr, DƏDRXti tərəfindən verilən Çıxarışın verilməsinə əsas inzibati akt olduğu tədqirdə inzibati məhkəmələr tərəfindən baxılır. Hazır ki, iddia tələbindən məlum olur ki, DƏDRX-nin 4 saylı ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair X5 adına RX ******* seriyalı Çıxarış və xx xxxxxx 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İddiaçı iddia tələbinin ikinci hissəsinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi inzibati akt qüvvəsinə malik olmasada belə “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından həmin sənədin ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmamlıdır. Ona görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarış və buna müvafiq olaraq xx xxxxxx 2013-cü ildə tərtib edilmiş **********544 saylı reyester nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası X60 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı Çıxarış və buna müvafiq olaraq xx xxxxxx 2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-459/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-459/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver