Məhkəmə qərarları › İş №2-1(118)-459/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-459/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-459/2022 10.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X5, Üçüncü şəxs Cavabdeh2 qızının, Üçüncü şəxs X8 nümayəndəsi X6, Üçüncü şəxs X14 nümayəndəsi X23 və nümayəndəsi həmçinin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya Qusar rayonunun Çiləgir kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:179A KOD 30121028 saylı, 23 yanvar 2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunmuşdur. Bu yaxınlarda o həmin Şəhadətnamədəki torpağa öz adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz. Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpağın artıq başqa şəxsin mülkiyyətində olduğunu bildirərək ona həmin torpaq sahəsinə Çıxarış verməkdən imtina etmişdir. Bu məsələni araşdırdıqda ona məlum olmuşdur ki, JN:179A KOD 30121028 saylı, 23 yanvar 2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus 0,11 ha həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 29 sentyabr 2005-ci il tarixdə Cavabdeh2 qızının adına JN:179A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. O torpaq sahəsini nə Cavabdeh2 qızına, nə də ki, başqa birisinə satmamış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli həmin Şəhadətnamə qanunsuz, heç bir əsas olmadan verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hər hansı əqdə və ya məhkəmə qərarına əsaslanmır və saxtalaşdırılmış bir sənəddir. Ona görə də həmin JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli Şəhadətnamə saxta bir sənəd kimi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı torpaq sahəsini A.Raidəyə satmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X4 rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, JN-179A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"-də göstərilən 0.11 ha torpaq sahəsinin cizgisinə elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2021-ci il tarixli **********62 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 qızı izahat verərək bildirdi ki, iddiaçının pula ehtiyacı olduğundan, ona müraciət etmiş, torpağı almasını istəmişdir. O, notarial alqı-satqı əsasında torpaq sahəsini pulunu ödəyərək iddiaçıdan almış, 2005-ci ildə isə özünün pula ehtiyacı olduğundan, torpaq sahəsini M.Vüsaləyə satmışdır. Üçüncü şəxs X14 vəkili və nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində bildirir ki, guya o, Cavabdeh2 qızına torpaq satmamışdır. Halbuki tərəflərindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, İddiaçı ilə Cavabdeh2 qızı arasında 27 avqust 2002-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin birinci bəndində göstərilmişdir ki, İddiaçı, Qusar rayonunun Çiləgir kəndində yerləşən JN-179A, kod 30121028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan Qusar rayonu, Çiləgir kəndində 0,11 ha torpaq sahəsini Cavabdeh2 Ziyəddin qızına satmışdır. Həmin müqavilənin ikinci bəndində göstərilmişdir ki, torpağı tərəflər 2 000 000 (iki milyon) manata qiymətləndirdilər. Həmin müqavilənin 3-cü bəndində göstərilmişdir ki, satıcı İddiaçı satılan torpağın pulunu Cavabdeh2 qızından bütünlüklə aldı. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, satılan torpaq girov qoyulmamış və həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, müqavilənin rəsmiləşdirilməsi üçün xərclər Cavabdeh2 tərəfindən ödənildi. Alqı-satqı müqaviləsindən görünür ki, hər iki tərəf müqaviləyə şəxsən özləri notariusun iştirakı ilə imza etmişdirlər.Tərəflərin şəxsiyyəti Qusar rayon dövlət notariat kontorunun dövlət notariusu Y.R.Şəfiyeva tərəfindən müəyyən edilmiş və onların fəaliyyət qabiliyyəti həmin notarius tərəfindən yoxlanılmışdır. Notariat işində olan 27 avqust 2002-ci il tarixli, 28 nömrəli qəbzdən və 17 nömrəli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 220000 manat dövlət rüsumu ödənilmişdir. Qusar rayon İcra Hakimiyyəti başçısının Urva kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş 877 nömrəli arayışdan görünür ki, İddiaçı şəxsi hesabında olan həyətyanı torpaq sahəsinə təkcə özü qeydiyyatdadır. İddiaçı adına verilmiş 877 nömrəli arayışdan görünür ki, onun şəxsi hesabında olan həyətyanı torpaq sahəsi heç kəsə vəsiyyət edilməmişdir. Əvvəllər iddiaçının həyat yoldaşı olmuş X7 qızı notariusda ərizə verərək İddiaçı məxsus olan Qusar rayonunun, Çiləgir kəndində 0,11 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Boşanma haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X16 arasında bağlanmış nikah ləğv edilmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı ona məxsus olan torpaq sahəsini notariusda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 qızına ******* (iki milyon) manat müqabilində satmışdır. İddiaçı həmin pulu bütünlüklə almışdır. İddiaçıya məxsus torpaq sahəsinn satılmasına dair razılıq ərizəsini onun əvvəlki həyat yoldaşı vermişdir. Sözügedən alqı-satqı müqaviləsi qüvvədə olduğundan iddiaçının iddiası əsassızdır. Məhkəmə iclasında üçüncü şəxs X14 nümayəndəsi X29 və nümayəndəsi həmçinin vəkili Nümayəndə etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X8 nümayəndəsi X11 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - JN-179A KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə İddiaçı ayrılmış 0,11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - JN-179A KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə Cavabdeh2 qızına ayrılmış 0,11 ha torpaq sahəsi üzərində Cavabdeh2 qızının mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 18 oktyabr 2021-ci il tarixli, 400 saylı arxiv çıxarışından görünür ki, Qusar rayonu Çiləgir BKT-da islahat zamanı torpaq pay almaq hüququ olanların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 74/12 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Qusar rayon arxivində saxlanılan İİİ Beynəlmiləl adına sovxozun AİK-nın sənədlərində islahat zamanı torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahılarında Cavabdeh2 qızının adı aşkar edilməmişdir. - Qusar rayon Dövlət Notariat Ofisinin 4Ə-91 saylı, 27 avqust 2002-ci il tarixli notariat işindən görünür ki, İddiaçı ilə Cavabdeh2 qızı arasında notarial qaydada bağlanmış 27 avqust 2002-ci il tarixli müqavilə ilə İddiaçı Qusar rayonu, Çiləgir kəndində yerləşən JN-179A, kod 30121028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan 0,11 ha torpaq sahəsini Cavabdeh2 qızına satmış, sonuncu da həmin torpaq sahəsinin müqabilində iddiaçıya ******* (iki milyon) manat məbləğində pul vəsaiti ödəmişdir. - 17 və 28 saylı, 27 avqust 2002-ci il tarixli qəbzlərin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 qızı tərəfindən ******* (iki milyon) manat məbləğində pul vəsaiti ödənilmişdir. - Qusar rayon İcra Hakimiyyəti başçısının Urva kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş 19 avqust 2002-ci il tarixli, 877 nömrəli arayışdan görünür ki, İddiaçı şəxsi hesabında olan həyətyanı torpaq sahəsinə təkcə özü qeydiyyatdadır. Onun şəxsi hesabında olan həyətyanı torpaq sahəsi heç kəsə vəsiyyət edilməmişdir. - İddiaçının keçmiş arvadı X7 qızının xx.xx.2002-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus olan və Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,11 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. - 4Ə-3-444 saylı, 04 oktyabr 2005-ci il tarixli, notarial qaydada bağlanmış müqavilədən görünür ki, X20 278/05 nömrəli, xx.xx.2005-ci il tarixli etibarnamə əsasında vətəndaş Cavabdeh2 qızının adınan çıxış edərək Qusar rayon torpaq şöbəsi tərəfindən verilmiş JN-179A kod 30121028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən torpaq sahəsini X2. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, 29 iyul 2015-ci il tarixli çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X14 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - AN-İ ******* saylı, 09 avqust 2017-ci il tarixli notarial qaydada bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X17 tərəfindən Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,11 ha torpaq sahəsi X1. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı, 26 avqust 2017-ci il tarixli çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı JN:179A KOD 30121028 saylı, 23 yanvar 2001-ci il tarixli şəhadətnamə ilə ona məxsus torpaq sahəsinə Cavabdeh2 qızının adına 29 sentyabr 2005-ci il tarixdə şəhadətnamə verildiyini iddia edərək həmin şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş edir. O iddia ərizəsində həmin torpaq sahəsini Cavabdeh2 qızına satmadığını və ona verilmiş şəhadətnamənin saxta olduğunu iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi 4Ə-91 reyestr nömrəli, 27 avqust 2002-ci il tarixli notarial qaydada bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən Cavabdeh2 qızına satılmışdır. Sonuncuda bunun müqabilində iddiaçıya ******* (iki milyon) manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə tərfindən qeyd edilən torpaq sahəslərinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi alınmış, həmin rəylə qeyd olunan torpaq sahələrinin eyni torpaq sahəsi olduğu müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi sonradan Cavabdeh2 qızının adından 4Ə-3-444 saylı, 04 oktyabr 2005-ci il tarixli, alqı-satqı müqaviləsi ilə X3, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Ağayeva (Məmmədova) Vüsalə Məhəbbət qızı da AN-İ ******* saylı, 09 avqust 2017-ci il tarixli notarial qaydada bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsini X1. Sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı, 26 avqust 2017-ci il tarixli çıxarışla rəsmişləşdirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi şəhadətnamənin onun özü tərəfindən üçüncü şəxs Cavabdeh2 qızına satılmış və bu alqı-satqının nəticəsi olaraq üçüncü şəxsə JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən alqı-satqı müqaviləsi qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız hesab olunması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən də sözügedən müqaviləni bağlanmasını təkzib edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. İnzibati icraat haqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən şəhadətnamədə torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının əsası kimi Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli qərarı qeyd olunsa da, sözügedən qərarla iddiaçıya torpaq sahəsi ayrılmış və iddiaçı tərəfindən həmin torpaq sahəsi alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satılmışdır. Şəhadətnamədə torpaq sahəsinin verilməsinin əsası kimi aqrar islahat komissiyasınn qərarının qeyd olunmasına görə vətəndaş məsuliyyət daşıya bilməz. Həmin dövrdə “Torpağa mülkiyyət hüququna dair şəhadətnamələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq yerli bölmələri tərəfindən tərtib edilirdi ki, həmin şəhadətnamədə hər hansı məlumatın düzgün göstərilməməsinə görə üçüncü şəxslərin hüquqları məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı madəsinə görə,reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 qızının adına verilmiş JN:179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar