Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4591/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeon rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 18, mənzil 22 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 18 saylı, 5 mərtəbəli yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 75,27 kv m, yaşayı sahəsi 58,96 kv m 3 otaqlı 22 saylı mənzilin pay dəyəri payçı olaraq iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə tam ödənilmişdir. Sözügedən mənzilə dair xx.xx.2010-cu il taridə İddiaçı adına 1451 №-li order verilmişdir. Həmin order Abşeron RİH Başçısının 30 dekabr 2010-cu il tarixli 2176 №-li sərəncamına əsasən verilmişdir. İddiaçının oğlu X7 15 mart 2014-cü il tarixdə X6 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Oğlu Fazil ailə həyatı qurduqdan sonra, yəni 2015-ci ildə həyat yoldaşı Turanəni iddiaçıya məxsus mənzilə köçürmüş və həmin ildən mənzilə qeydiyyata götürülmüşdür. Cavabdeh Turanə oğlu Fazillə bir müddət mehriban yaşasalar da, bir müddətdən sonra münasibətləri pozulmuş və cavabdeh Turanə 2022-ci ilin fevral ayında mənzili tərk edib getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra cavabdeh X2 nikahın pozulması ilə əlaqədar olaraq iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2300/2022 saylı qətnaməsi ilə iddiaçı X3 ilə cavabdeh X7 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 15 mart 2014- cü ildə bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 310 №- si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Qeyd edir ki, cavabdeh X1 iddiaçıya məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildə qeydiyyatda olması iddiaçının əmlakdan maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh X1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2( 102)-3165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Yusipova (Məhərrəmova) Turanə Vladimirovnanın ən azı iddiaçının övladı X7 ilə nikahına xitam verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Mövcud olmayan hüquqa xitam verilməsi isə hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Odur ki, ünvan 1 ünvanından X1 qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.İsmayılov iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmş xx.xx.2010-cu il tarixli, 1451 №-li orderdən görünür ki, İddiaçı Abşeon rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 18, mənzil 22 ünvanında yerləşən yaşayış sahəsinə yiyələnmək hüququ vardır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3165/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iləüşüncü şəxs T.Yusipovanın sözügedən mənzildən istifadə hüququnun olmaması müəyyən edildiyindən əlavə araşdırmaya ehtiyac yoxdur və üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs kimi qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 Abşeon rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 18, mənzil 22 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4591/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4591/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver