Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4595/2023 04.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsai Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergi borcunun silinməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 6242.37 manat məbləğində vergi borcunun silinməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir dövlət orqanına müraciət edərək MMC yaradılmasını xahiş etməmişdir. Onun adına saxta yollarla MMC təsis edilmişdir. Bu barədə iddiaçı onun barəsində Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırıldıqdan sonra səbət tutmuşur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 238/2023 saylı qətnaməsi ilə 8 saylı Ərazi Vergilər İdarəsinin ona qarşı qaldırdığı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iddiası rədd edilmişdir. Bununla bağlı o, hesablanmış vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin əsl cavabdeh olan 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə iddiaçıya hüquqi yardım göstərərk cavabdehin əsl cavabdeh olan 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsinə razılıq verməsini təklif etmişdir. Lakin iddiaçı və nümayəndəsi cavabdehi düzgün seçdiklərini bildirərək cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqlarını bildirdilər. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh vəsatətində qeyd etmişdir ki, İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Bundan başqa iddiaçının mübahisələndirdiyi borc məbləği 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********857300 nömrəli, xx.xx.2021-ci il tarixli **********315100 nömrəli və xx.xx.2022-ci il tarixli **********378200 nömrəli qərarlar əsasında hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən Ərazi Vergilər İdarələrinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hsablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirən İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, struktura daxil olan qurumları və struktura daxil olmayan tabeliyindəki qurumları, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, o cümlədən fiziki və hüquqi şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir (təmsil olunur). “İnzibati orqanlarının Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarının 15.2.1ci bəndində ərazi vergilər departamentləri (baş idarələri) ayrıca olaraq inzibati orqanların təsnifatlarına aid edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tələb üzrə birbaşa cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi olduğu və həmin idarənin müstəqil cavabdeh qismində çıxış edə biləcəyi halda iddiaçı cavabdeh qismində Dövlət Vergi Xidmətini seçmişdir və məhkəmənin təkilif etməsinə baxmayaraq cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergi borcunun silinməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergi borcunun silinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4595/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4595/2023
04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver