Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4597/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik müəyyən olunması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçıya təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin ləğv edilməsi və xx.xx.2024-cü il tarixindən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbini onunla əsaslandırmışdır ki, komissiyadan keçirilərək ikinci dərəcəli dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində isə TSEK tərəfindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsi xəstəliyinə uyğun təyin edilməmişdir. Onun xəstəliyinə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi təyin edilməlidir. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarının 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmin qərarın 3.8-ci bəndinə əsasən isə Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on böş) iş günü müddətində baxılmalıdır. Cavabdehə ərizə ilə müraciət etmişdir ki, təyin edilmiş əlillik dərəcəsi ilə razı deyil, onu əyani müayinəyə cəlb edərək yenidən əlillik dərəcəsi təyin etsinlər. Ərizəni xx.xx.2024-cü il tarixində qəbul etmələrinə baxmayaraq cavabdeh orqan hərəkətsizlik göstərmişdir. Qanuna əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Lakin inzibati orqanlar qanunun tələblərinə riayət etməyərək iddiaçının konstison hüquqlarını pozmaqla yanaşı həm də hərəkətsizlik göstərərək hüquqları inzibati orqan tərəfindən kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sumqayıt, məhəllə 30-cu məhəllə, 6/4, 55 ünvanında qeydiyyatda olan İddiaçı (FİNxxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin İ00227269ZEV nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Kəllənin və üz sümüklərinin sınığı.”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin İ00227269ZEV nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Şəxsin əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşmağı tövsiyyə olunur.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.6.1 (40%) müddətsiz + 6.5.1.1 (40%) 1 il müddətinə bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2024-cü il tarixli l00227269ZEV saylı Forma 88 arayışında İddiaçı TSEK-ə göndəriş zamanı diaqnoz müəyyən edilmişdir: Əsas diaqnoz S02 Kəllənin və üz sümüklərinin sınığı, Kəllənin və üz sümüklərinin sınığı; Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal ) Motor afaziya elementləri; Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol tərəfli frontotemporal kranioektomiya ,əsas sümüyün qanadın meninqiomasının çıxarılmasından sonrakı vəziyyət. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli T568/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozda olan "S02kəllənin və üz sümüklərinin sınığı, kəllənin və üz sümüklərinin sınığı, G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal), motorafaziya elementləri. Z98.8digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasmın çıxarılmasından sonrakı vəziyyət” xəstəliklərə hazırda da onda rast gəlinir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2024cü il tarixinədək) ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin F00217848MTV nömrəli göndərişi əsasında, xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Həmçinin göndərişdə qeyd edilən Z98.8 XBT kodu üzrə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyini nəzərdə tutulmayıb. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2024cü il tarixinədək) ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin F00217848MTV nömrəli göndərişi əsasında, xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı ona təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin ləğv edilməsini və xx.xx.2024-cü il tarixindən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini istəyir. İddiaçının hüquqi marağı barəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulması dərəcəsinin artırılmasından ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli T568/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozda olan "S02kəllənin və üz sümüklərinin sınığı, kəllənin və üz sümüklərinin sınığı, G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal), motorafaziya elementləri. Z98.8digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasmın çıxarılmasından sonrakı vəziyyət” xəstəliklərə hazırda da onda rast gəlinir. Təqdim edilmiş iş materialları ilə müəyyən edilir ki, dövlət tibb müəssisəsinin göndərişində qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli T568/2025 saylı ekspert rəyində G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal) qeyd edilmişdir ki, qeyd edilən diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın XBT 10 kodu G81.1 (6.5.1.2.) bəndində orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsasdır. Beləliklə, XBT 10 kodu G81.1 (6.5.1.2.) bəndinə istinad edildiyi halda belə cavabdeh tərəfindən müəyyən edilmiş orqanizmin pozulmasının faiz dərəcəsində dəyişiklik olmayacaqdır. Həmçinin Z98.8 XBT kodu üzrə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmədiyindən əlilliyin təyini zamanı nəzərə alınmamışdır. İddiaçının hüquqi marağı barəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulması dərəcəsinin artırılmasından ibarət olsa da, məhkəmə araşdırması ilə qeyd edilən hal təsdiqini tapmadığından iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova