Məhkəmə qərarları › İş №2-1(118)-46/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-46/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-46/2020 14.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “onun xx.xx.1997-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı onun xx.xx.1997-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Cavabdeh **********9 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı vəfat etmişdir. Məktuba ölüm haqqında şəhadətnamənin sürəti əlavə edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, İddiaçı vəfat etməsi səbəbilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən, Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Hazırkı işdə iddiaçı vəfat etdiyi üçün məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı onun xx.xx.1997-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə işin icraatına, iddiaçının vəfat etməsi səbəbilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar