Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-46/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X13 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarının etibarsız hesab edilməsini, Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,76 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,40 hektar hissədə ləğv edilməsi və Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,40 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsinin xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdeh Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,76 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,40 hektar hissədə ləğv edilməsi və Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,40 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsinin xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” QSC-nin 4 saylı Xaçmaz istismar sahəsi tərəfindən Xaçmaz rayonunun Palçıqoba kəndindən keçən dəmir yolunun mühafizə zolağına baxış keçirilərkən torpaq sahəsinin ayrı-ayrı fiziki şəxslər tərəfindən zəbt edildiyi və sənədləşdirildiyi aşkar edilmişdir. Yaranmış problemin araşdırılması məqsədilə “xxxx” QSC tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası X18 Komitəsinə məktubla müraciət edilmişdir. Azərbaycan Respublikası X18 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin əməkdaşlarının, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin sədrinin və “xxxx” QSC-nin 4 saylı Xaçmaz istismar sahəsinin rəisinin iştirakı ilə xx.xx.2018- ci il tarixdə həmin əraziyə baxış keçirilmiş, müəyyən edilmişdir ki, “xxxx” QSC-nin iddia etdiyi torpaq sahəsi 1,40 hektardır və xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Palçıqoba kənd sakini X3 mülkiyyətindədir. Araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli ərazi dəmir yolunun mühafizə zonası üçün ayrılmış torpaq sahəsidir və X3 mülkiyyətində olan torpaq sahəsi “xxxx” QSC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür (xx.xx.2018-ci il tarixli akt əlavə olunur). Daha sonra məsələnin ətraflı araşdırılması üçün “xxxx” QSC tərəfindən xx.xx.2019cu il tarixdə X18 Komitəsinə məktubla müraciət edilmişdir. X18 Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, dəmir yolu xəttinin mühafizə zonasında yerləşən 1,40 hektar torpaq sahəsinin qanunsuz mülkiyyətə verilməsi faktı təsdiqini tapmamış, həmin torpaq sahəsi barədə ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, JN 0088 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsində qeydiyyat aparılmışdır. Qeyd edilən cavab məktubunda torpaq sahəsinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi faktı inkar olunsa da, eyni zamanda həmin torpağın mülkiyyətə verilməsi barədə sənədin olduğu təsdiq olunmuşdur. Yaranmış ziddiyyətli məlumatın aydınlaşdırılması üçün “xxxx” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə X18 Komitəsinə yenidən məktubla müraciət edilmiş və həmin torpaq sahəsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. X18 Komitəsi tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda torpaq sahəsinin mülkiyyətə verilməsi və həmin torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşməməsi qeyd edilmiş və müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Xaçmaz rayonu Palçıqoba kəndində 1,76 ha torpaq sahəsi, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında həmin kənd sakinləri X10, X8, X11, Məlikova (Süleymanova) Aynur Mübariz qızı və X7 mülkiyyətinə verilmişdir. xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Palçıqoba kəndində 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X8, X11, Məlikova (Süleymanova) Aynur Mübariz qızı və X7 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı hesab edir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı qanunsuz verildiyi üçün etibarsız sayılmalı və həmin dövlət aktı əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv olunmalıdır. İddia ərizəsinə əlavə olunan X18 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, kameral araşdırma zamanı X3 mülkiyyətində olan 1,40 hektar torpaq sahəsinin dəmiryolunun mühafizə zonası üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü təsdiqini tapmışdır. Buna baxmayaraq qeyd olunan təkzibolunmaz fakt X18 Komitəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda inkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci bəndinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların tələblərinə əsasən mübahisəli ərazidə dəmir yolunun təhkim zolağının eni 60 metr müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1108/2019 saylı, 5.06.2019-cu il tarixli qərardadı ilə mübahisənin mülki xarakterli mübahisə olması əsası ilə iddia mümkün sayılmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-572/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olarkən, iddiaçı iddiasını dəqiqləşdirərək “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı etibarsız hesab edilməsini, Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,76 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı 1,40 hektar hissədə ləğv edilməsi və Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,40 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsinin xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə müraciət edərək Cavabdeh2 də iş üzrə cavabdeh qismində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1761/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3079 saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən vahid elektron baza məlumatlarında olan xəritə materiallarında Xaçmaz rayonu, Palçıqoba kəndindən keçən dəmiryolu xəttinin mühafizə zolağı göstərilmədiyindən X5 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-00xx xxx 30213028 saylı Dövlət Aktının mübahisə predmeti olan 88 M hissəsinə əsasən 1.40 ha torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X12 iştirak etmiş, iddianı müdafiyə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarının etibarsız hesab edilməsini, Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,76 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,40 hektar hissədə ləğv edilməsi və Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,40 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsinin xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddianın Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarının etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin xx xxxxx 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması məsələsini aydınlaşdırmaq zərurəti vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3079 saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən vahid elektron baza məlumatlarında olan xəritə materiallarında Xaçmaz rayonu, Palçıqoba kəndindən keçən dəmiryolu xəttinin mühafizə zolağı göstərilmədiyindən X5 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-00xx xxx 30213028 saylı Dövlət Aktının mübahisə predmeti olan 88 M hissəsinə əsasən 1.40 ha torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları" və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"na istinad olunmuşdur. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"-na əsasən: xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır; qaydaların 27-ci bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər. Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normalarına əsasən: 1.3. Təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni torpaq yatağının konfiqurasiyasından (en kəsiyindən), süni qurğuların ölçülərindən, yerin relyefindən, ərazinin təbii şəraitindən (zəif özülü olan ərazilər və bataqlıqlar, müvəqqəti subasmaya məruz qalan və su anbarları ilə tutulan sahələr, yarğanəmələgəlmə və sürüşmə təhlükəsi olan ərazilər, daimi donmuş torpaq zonaları və s.), yolların qum və qar basqınından mühafizə olunması zərurətindən, yerin meşəliliyindən, riskli zonaların (qəza zamanı yükün və hərəkət tərkibinin torpaq yatağından kənara aşması təhlükəsi olan ərazilərin) mövcudluğundan və digər faktorlardan asılıdır. Təhkim zolağı hüdudlarında yerləşən torpaq sahələrinin eni qeyd edilən şərait və faktorlar nəzərə alınmaqla müəyyənləşdirilən ölçülərin maksimal göstəricisinə uyğun olmalıdır. 1.7. Təhkim zolağı üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri relyefdən və ərazinin xüsusi təbii şəraitindən, yaşayış məntəqələrindəki yaşayış tikililərinin ötüb keçən qatarların yaratdığı normadan artıq səslərdən mühafizə olunması zərurətindən və dəmir yol qovşaqlarının, stansiyalarının, ayrı-ayrı obyektlərin sonrakı etaplı inkişafından asılı olaraq müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçı digər şəxslərin mülkiyyət hüququnu mübahisələndirmək üçün mübahisəli torpaq sahəsinin onlara təhkim olunması barədə sübutu məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi ilə də mübahisəli torpaq sahəsinin xüsusi mühafizə zolağına aid olması müəyyən edilməmişdir. Belə olan halda isə iddiaçının üçüncü şəxslərə torpaq ayrılmasını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkün hesab edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kmi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı eyni zamanda Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,76 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 0088 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,40 hektar hissədə ləğv edilməsi və Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 1,40 ha torpaq sahəsinin X5, X3, X6, Məlikova (Süleymanova) Aynur Mübariz qızının və X7 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon ərazi idarəsinin xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********30) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edir. Göründüyü kimi iddia bu hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququ olsa belə, inzibati orqanın qanunsuz hərəkəti ilə bağlı ilkin olaraq inzibati orqana müraciət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"-nın 27-ci bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının fəaliyyətinə məhdudiyyətlər yaradıldığı halda mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiyə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. İddiaçıdan 50(əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev
Məhkəmə qərarları › İş №2-1(118)-46/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-46/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver