Məhkəmə qərarları › İş №2-1(118)-4609/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4609/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4609/2024 30.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ölüm akt qeydində düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “atası X9 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013cü il tarixli 119 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin “Sumqayıt şəhəri”-ndən "Xankəndi” şəhərinə, bacısı X5 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 120 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin "Sumqayıt şəhəri”-ndən, "Qubadlı rayonu"-na dəyişilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, İddiaçı atası X9 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 119 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin “Sumqayıt şəhəri”-ndən "Xankəndi” şəhərinə, bacısı X5 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 120 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin "Sumqayıt şəhəri”-ndən, "Qubadlı rayonu"-na dəyişilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdehnə müraciət edərək atası X9 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 119 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin Sumqayıt şəhərin"dan, "Xankəndi şəhərinə, bacısı X6 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 120 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin "Sumqayıt şəhərindən, "Qubadlı rayonu"na dəyişilməsinə dair ərizə ilə müraciətindən imtina edilərək, akt qeydinə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Belə ki, X15 Komitəsinin xx.xx.2005-ci il tarixli arayışında atası X9 xx.xx.1994-cü il tarixində BQXK-nin nümayəndələri tərəfindən Xankəndində qeydiyyata alındığı və xx.xx.1994cü il tarixində Xankəndində vəfat etdiyi qeyd edlmişdir. Bundan əlavə bacısı X6 isə Qubadlı rayonunda itkin düşməsi ilə bağlı Qubadlı rayon Məhkəməsinin 2-33 saylı və xx.xx.1996-cı il tarixlə qətnamədə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİİ-ci hissəsinin tələbinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən, hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qərarın 9.2-ci maddəsinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Həmin Qərarın 9.3-1-ci maddəsinə əsasən təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. Həmin Qərarın 9.7-ci maddəsinə əsasən ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Həmin Qərarın 9.9-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarındakı qeydlərə uyğun yazıhr. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən, hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilkin məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etdiyini bildirmiş, sonrakı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Cavabdeh 14 may 2024-cü il tarixli, 3-16-5/8-xx/xx/2024 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının atasına və bacısına Sumqayıt şəhərində ölüm akt qeydi ölüm yeri bəndində Sumqayıt şəhəri qeyd edilmişdir. akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2023-cü il tarixli, 39 saylı Arayışına əsasən iddiaçının atası X13 xx.xx.1993-cü ildə Qubadlı rayonunda (mülki) şəhid olmuşdur. Əsas RİHB-nın Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 11-17/101 saylı arayışı Qubadlı rayon Xalq Məhkəməsinin 2-33 1996 saylı, 26 avqust 1996-ci il tarixli X2 və X5 30 avqust 1993-cü il tarixdə itkin düşməsi faktları müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli, 2(060)-4995/2012 saylı Qətnaməsinə əsasən 1931-ci ildə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş X13 və 1961-ci ildə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş X12 ölmüş elan edilmişdir. Qubadlı rayon Məhkəməsinin 20 aprel 2007-ci il tarixli, 2-54 2007 saylı Qətnaməsinə əsasən 1926-cı ildə Qubadlı rayonunun Xəndək kəndinə anadan olmuş X3 1993-cü il avqust ayının 31-də Qubadlı rayonunun işğalı zamanı Xəndək kəndində ölməsi faktı müəyyən edilmişdir. Qubadlı rayon VVADQ-da qeydə alınmış, xx.xx.1994-cü il və xx.xx.2007-ci il tarixlərdə verilmiş İİ ЖГ 499602 saylı və AZ-İ 243235 saylı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 və X1 rayon Xəndək kəndində vəfat etmişdir. X15 Komitəsi (BQXK) tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli arayışda qeyd edilmişdir ki, X13 (doğum tarixi və yeri: 1931, Qubadlı rayonu) xx.xx.1994-cü il tarixində Xankəndi şəhərində qeydiyyata alınmış, məsul orqanların gəldiyi nəticəyə əsasən xx.xx.1994-cü il tarixində Xankəndi şəhərində vəfat etmişdir. Məhkəmənin 27 may 2024-cü il tarixli sorğusuna X16 Komitəsinin 09 iyul 2024-cü il tarixli, 24/00538-DKOJ saylı cavab məktubunda bildirilmişdir ki, cənab Cavadovun ölümü haqqında məlumatı BQXK-ya onu nəzarətdə saxlayan hakimiyyət orqanları ötürmüşdür. BQXK, humanitar vəzifəsi çərçivəsində neytral vasitəçi kimi çıxış edərək, bu məlumatı 3 fevral 2005-ci il tarixində ailəyə ötürmüş və 24 iyun 1994 tarixində Xankəndində BQXK-nın cənab Cavadova baş çəkdiyini və nəzarətdə saxlayan hakimiyyət orqanlarının məlumatına görə, onun 1 oktyabr 1994 tarixində Xankəndində vəfat etdiyini BQXK-nın təsdiq etdiyi arayış təqdim etmişdir. Təəssüf ki, BQXK cənab Cavadov haqqında hər hansı başqa məlumata sahib deyil. BQXK öz vəzifələrini icra edərkən və ya icra etməsi nəticəsində əldə etdiyi bütün məlumatları, sənədləri və digər dəlilləri konfidensial saxlayır. BQXK-nın bilavasitə neytrallıq və müstəqillik prinsiplərindən irəli gələn və çoxdan tətbiq etdiyi konfidensiallıq siyasəti və təcrübəsi təşkilatın standart iş metodu olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının tərəf olduğu 1949-cu ilin Cenevrə Konvensiyaları və X17 və X11 Nizamnaməsi əsasında ona həvalə edilmiş mandatını həyata keçirmək iqtidarında olmaq və bunu müstəqillik və neytrallıq kimi təməl prinsiplərinə və konfidensial iş metoduna müvafiq olaraq etmək məqsədilə BQXK prinsipcə ixtiyarında olan konfidensial məlumatları digər hüquqi və məhkəmə icraatlarında nə şahid ifadələri verməklə, nə digər bir yolla açıqlayır, nə də ki, hazırda əməkdaşları olan şəxslərə və ya keçmiş əməkdaşlarına bunu etmək icazəsi verir. Bu məlumatların konfidensiallığının qorunub saxlanması məqsədilə BQXK-nın beynəlxalq adət hüququna əsasən konfidensial məlumatları açıqlamamaq imtiyazı var. Belə bir imtiyazın beynəlxalq hüquq normaları əsasında mövcudluğu ilk dəfə Keçmiş Yuqoslaviya üzrə Cinayət Tribunalının (İCTY) Simicin işi üzrə 1999-cu ildə qəbul etdiyi qərarında təsdiqlənmişdir. İCTY müəyyən etmişdir ki, BQXK-nın həm beynəlxalq sazişlər, həm də adət hüququna əsasən məhkəmə icraatı ilə bağlı dəlillər təqdim etməkdən imtina etmək kimi müstəsna imtiyazı var. Məhkəmə, həmçinin hesab etmişdir ki, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına tərəf olan Dövlətlər bu imtiyaza hörmətlə yanaşılmasını təmin etmək öhdəliyini öz üzərinə götürüblər. Bu qərar daha sonra İCTY-nın Apellyasiya Palatası, o cümlədən Ruanda üzrə Beynəlxalq Tribunal (İCTR) tərəfindən təsdiq edilmişdir. Bu qərar, həmçinin müvafiq olaraq Beynəlxalq Cinayət Məhkəməsi (İCC), Siyerra-Leone üzrə Xüsusi Məhkəmə (SCSL), Livan üzrə Xüsusi Tribunalın (STL) prosedur qaydalarında və beynəlxalq cinayət tribunallarının mexanizmlərində öz əksini tapmışdır. Məhkəmənin 27 iyun 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 09 iyul 2024-cü il tarixli, 19-3/2-295/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, Qubadlı rayonunun Yusifbəyli kənd sakini olmuş, xx.xx.1931-ci il təvəllüdlü, X13 xx.xx.1993-cü il tarixdə yaşadığı kəndin ərazisində itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır və axtarışdadır. X17 Komitəsindən (BQXK) 11 02.2005-ci il tarixdə Dövlət Komissiyasına daxil olmuş məlumatda E.Cavadovun Xankəndi şəhərində erməni girovluğunda 1994-cü il tarixdə vəfat etdiyi göstərilsə də, meyiti Azərbaycan tərəfinə təhvil verilməmişdir. E.Cavadovun sonrakı taleyi ilə bağlı Dövlət Komissiyasında məlumat yoxdu. AZ İ № 595945, AZ İ № 595946 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin Qətnaməsi əsasında iddiaçının atası X9 və bacısı X5 ölüm yeri Sumqayıt şəhəri qeyd edilməklə bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 01 ayının 19 günündə 119 və 120 nömrələri ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Cinsin dəyişməsi ilə əlaqədar olaraq ada, soyada və ata adına düzəliş edildikdə, ərizə, həmçinin cinsin dəyişməsi haqqında rəy vermiş tibb müəssisəsinin olduğu yerdə verilə bilər. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. Qeyd edilmiş normalardan görünür ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərində səhv (qeyri-düzgün) daxil edilmiş məlumatlar olduqda vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Hazırki iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli, 2(060)-4995/2012 saylı Qətnaməsinə əsasən 1931-ci ildə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş X13 və 1961-ci ildə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş X12 ölmüş elan edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə Sumqayıt şəhər Məhkəməsinin Qətnaməsi əsasında iddiaçının atası X9 və bacısı X5 ölüm yeri Sumqayıt şəhəri qeyd edilməklə bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 01 ayının 19 günündə 119 və 120 nömrələri ilə qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və məhkəmə araşdırmasından görünür ki, X13 və X12 30 avqust 1993-cü il tarixdə Qubadlı ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğalı zamanı rayonun Xəndək kəndi ərazisində naməlum şəraitdə itkin düşmüşdür. Hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, Qubadlı rayonu 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. Belə olan halda həmin vaxtda itkin düşmüş X9 və bacısı X5 ölüm yerinin Sumqayıt şəhəri olması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası ilə X17 Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında 1996-cı il iyulun 29-da Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə 8 oktyabr 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə X17 Komitəsinin yardım göstərilməsi, insan əzablarının yüngülləşdirilməsi və eləcə də sülhün qorunub saxlanılması üzrə həyata keçirdiyi işi nəzərə alaraq, Azərbaycan Respublikasının mənafelərini və Azərbaycan Respublikasının qoşulduğu 1949-cu il Cenevrə Konvensiyaları ilə BQXK-ya həvalə olunan mandata, habelə X17 Hərəkatının Nizamnaməsinə uyğun olaraq BQXK-nın vəzifələrini yerinə yetirən nümayəndəliyini Bakı şəhərində təsis etmək barədə X17 Komitəsinin arzusunu nəzərə alaraq BQXK hökumətlərarası təşkilatlara verilən eyni statusdan istifadə edilməsi və BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edilməsi barədə razılığa gəlinmişdir və BQXK-nın arxivləri və ümumiyyətlə ona mənsub olan, yaxud qoruyub saxladığı bütün sənədlər harada olmasından asılı olmayaraq toxunulmaz olduğu müəyyən edilmişdir. X16 Komitəsinin 09 iyul 2024-cü il tarixli, 24/00538-DKOJ saylı cavab məktubundan göründüyü kimi iddiaçının atasının ölümü haqqında məlumatı BQXK-ya onu nəzarətdə saxlayan hakimiyyət orqanları ötürmüşdür. BQXK, humanitar vəzifəsi çərçivəsində neytral vasitəçi kimi çıxış edərək, bu məlumatı 3 fevral 2005-ci il tarixində ailəyə ötürmüş və 24 iyun 1994 tarixində Xankəndində BQXK-nın cənab Cavadova baş çəkdiyini və nəzarətdə saxlayan hakimiyyət orqanlarının məlumatına görə, onun 1 oktyabr 1994 tarixində Xankəndində vəfat etdiyini BQXK-nın təsdiq etdiyi arayış təqdim etmişdir. Həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 09 iyul 2024-cü il tarixli, 19-3/2-295/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, Qubadlı rayonunun Yusifbəyli kənd sakini olmuş, xx.xx.1931-ci il təvəllüdlü, X13 xx.xx.1993-cü il tarixdə yaşadığı kəndin ərazisində itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır və axtarışdadır. X17 Komitəsindən (BQXK) 11 02.2005-ci il tarixdə Dövlət Komissiyasına daxil olmuş məlumatda E.Cavadovun Xankəndi şəhərində erməni girovluğunda 1994-cü il tarixdə vəfat etdiyi göstərilsə də, meyiti Azərbaycan tərəfinə təhvil verilməmişdir. E.Cavadovun sonrakı taleyi ilə bağlı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında məlumat yoxdur. Məhkəmə hesab edir ki, aparılan araşdırma və qeyd edilən sənədlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. X9 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 119 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin "Xankəndi” şəhəri, bacısı X5 adına Cavabdeh tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 120 saylı ölüm haqqında şəhadətnamədə öldüyü yerin "Qubadlı rayonu" kimi qeyd edilməsi barədə düzəliş aparılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar