Məhkəmə qərarları › İş №2-1(118)-461/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-461/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-461/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı N99N-ci ildən N994-cü ilə kimi Zəngilan kəndində gedən döyüşlərdə və Horadiz əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N992–ci il tarixli 270 nömrəli əmri ilə şəxsi heyətinin siyahısına alınmış, həmin hərbi hissənin xx.xx.N992-ci il tarixli 3 nömrəli əmri ilə isə baş atıcı vəzifəsinə təyin edilmiş, sonradan hərbi hissələri dəyişdirilmiş, birinci N nömrəli, sonra isə N saylı hərbi hissəyə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 5 nömrəli əmri ilə şəxsi heyətin siyahıya alınmış, bununla yanaşı, qeyd etdi ki, N99N-ci ildən başlayaraq yuxarıda qeyd olunan döyüşlərdə və əməliyyatlarda aktiv iştirak etmiş, N nömrəli hərbi hissədə xidmət göstərdiyi zaman 3 şəhid (şəhidlərdən birinin adı – XN (Zəngilan rayonu, Xaştab kəndinin sakini olub) gətirib Sumqayıt hərbi komissarlığına təhvil vermişdir. Həmin müddətdə səhətində nasazlıqlar olduğundan bir müddət hərbi hissəyə qayıda bilməmiş, lakin bununla bağlı hərbi hissəni məlumatlandırmışdır. Bir müddət sonra hərbi hissəyə qayıtmış, amma təxris olunması üçün zəruri sənədlər ona təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq və göstərdiyi xidmətə görə müharibə veteranı adının və vəsiqəsinin almması üçün Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin həmin Nazirlik tərəfindən ona xx.xx.20N9-ci il tarixli N/5-N2892 saylı məktubla xx.xx.N992–xx.xx.N994-cü il tarixlərində xidməti barədə məlumat olmadığına və N nömrəli hərbi hissəni özbaşına tərk etmə tarixi bilinmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsini məqsədəuyğun hesab etməmiş və buna görə imtina etmişdir. Bu hissəyə münasibətdə bildirmək istəyir ki, döyüşdə iştirak edən zaman onların düşüncələri yalnız döyüş bölgəsində olmuşdur. Canını fəda verməyə belə hazır olduğumuz zaman sənədlərin necə rəsmiləşdirilməsi yəqin ki, onların düşünəcəyi ən sonuncu məsələ ola bilərdi. Bununla yanaşı, sənədləşdirmə işinə görə məsul şəxslər olduğu təqdirdə, onların səhvi ucbatından onun və onun kimi digər yoldaşların xidmətini yoxa saymaq qüruruna və şərəfinə toxunur. Döyüş zamanı sənədləşmənin hansı qaydada aparılmasında məlumatlı olmamış, lakin qeyd edilən döyüşlərdə iştrak etdiyinə dair şahidləri də vardır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən onun iddia tələbi təmin edilə bilməz. “Müharibə veteranı“” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir. hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 N-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə "Qeyd" hissəsi əlavə olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N997-ci il tarixli, 383-l QR Qərarın 9-cu bəndinə əsasən: Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 N–li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı. silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N–ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı" adı verilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X3 İdarəsinin xx.xx.20N9-cu il tarixli məktubları və H3 ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.N-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N və N nömrəli hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının təxris olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X3inin məlumatlarında İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli 270 N-İi əmrilə şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 3 N-li əmrilə sıravi İddiaçı baş atıcı vəzifəsinə təyin olunaraq əmək haqqı 0N.N2.92ci il tarixdən hesablanmışdır. N N-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994–cü il tarixli 5 N-li əmri ilə şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq Direktivinə əsasən N970–ci il təvəllüdlü, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 40 N-İi əmri ilə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Beləliklə iddiaçı qanuni əsaslarla tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar