Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4614/2023 19.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayənfəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 07 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi JN 577 Kod 30304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.24 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 07 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi JN 577 Kod 30304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.24 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 07 yanvar 2003-cü il tarixli 4-Ə-6 saylı torpaq alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Alekseyevka kəndi ərazisindən X2 JN 577 Kod 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X13 əsasən onlara məxsus 0,24 ha kənd təsrrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satın almışam və həmin vaxtdan hal-hazıra kimi torpaqdan istifadə edərək sahiblik edir. İddiaçı hal-hazırda qeyd olunan torpaq sahəsinə dair adıma Çıxarış almaq istəyir.Bununla əlaqədar hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilat cü il tarixli məktubu ilə ərizəmə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivində saxlanılan nüsxəsində 4-ə-6 nömrəli müqavilənin xx.xx.2023-cü il tarixdə təsdiq edildiyi və həmin müqaviləninn digər şəxslər barəsində rəsmiləşdirildiyini bildirərək mənə çıxarışın verilməsinə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, müraciət araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Quba rayonu dövlət notariat kontorunun xx.xx.2003-cü il tarixli 4-Ə-B reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notana': arxivinin xx.xx.2023-cü il tarixli 05/01-M- 5/13 nömrəli arxiv arayışında qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxəsində 4Ə-6 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi göstərilmişdir.Müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.”. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və etiazda göstərilənləri müdafiə etdi. İş materiallarında olan : - JN 577 Kod 30304018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayonu AİK xx.xx.2000-ci il tarixli 02 saylı qərarına əsasən X3 Quba Alekseyevka kəndi ərizəsindən 0.24 ha torpaq sahəsi ayrılmışdır. -07 yanvar 2003-cü il tarixli 4-Ə-6 saylı torpaq alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu Alekseyevka kəndi ərazisindən JN 577 Kod 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X13 əsasən ona məxsus 0,24 ha torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmənin sorğsusuna əsasən X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində 14 yanvar 2003-cü il tarixdə 4-Ə-6 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə notatiat işinin surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ....8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ...8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini iddia edir. Əvvəla, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində əvvəlki saibinin belə mülkiyyət hüququ daşınmmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən alqı-satqı müqaviləsində göstərilən 4- Ə-6 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işi məhkəmə tərəfindən tələb edilmişdir. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən təqdim edilən həmin nömrəli, lakin 14 yanvar 2003-cü il tarixdə tərtib edilmiş notariat işindən görünür ki, həmin reyestr nömrəsi ilə X14 oölu və X7 arasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iki otağının alqı-satqısına dair müqavilə təsdiq edilmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 07 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi JN 577 Kod 30304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.24 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4614/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4614/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver