Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-462/2022 06.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “22.08.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq 22.08.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilk öncə əlilliyi müəyyən edilməli və əlillik müəyyən edildiyi təqdirdə, cavabdeh inzibati orqan tərəfindən onun pensiyanın hesablanmasına dair müraciəti təmin edilmədiyi halda həmin orqana qarşı müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Ona əlilliyin təyin olunmasına dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2-1(118)-463/2022 saylı qərarı ilə iddia təmin edilsə də, həmin qərar qanuni qüvvəsini almamışdır. İddiaçı iddiasına məhkəməyə təqdim edilmiş qaydada baxılmasını, məsələyə məhkəmə qərardadı ilə münasibət bildirilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 tərəflərindən iddiaçının məktublarına cavab verildiyini, eyni zamanda iddiaçının eyni cavabdehə qarşı eyni iddia ilə məhkəməyə müraciət etdiyini, iddiasının təmin edilmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.Həmin Qanunun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 96-cı bəndinə görə göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil edir. İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir. Təlimatın 97-ci bəndinə əsasən imzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. Həmin Təlimatın 98-ci bəndinə əsasən göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir. Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır. Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər. Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir. Həmin Təlimatın 118-ci bəndinə görə sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri həyata keçirirlər. Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər. Həmin Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Göründüyü kimi “Vətəndaşların müraciətləri” haqqında Qanunun tələblərinə əsasən dövlət təşkilatları tərəfindən vətəndaşların müraciətinə ən geci 30 gün müddətinə baxılaraq cavab verilməlidir. Hesab olunur ki, iddiaçı tərəfindən Təlimatın 98-ci bəndinə istinad edilərək cavabdeh təşkilatın pozuntuya yol verməsinə istinad etməsi düzgün deyil. Belə ki, qeyd olunan Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Yuxarıda qeyd olunanlardan başqa o da nəzərə alınmalıdır ki, hazırkı mübahisə cavabdeh təşkilatın inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.(İİ haqqında Qanun-2.0.2) Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Hazırki iddia tələbinə baxılarkən “Vətəndaşların müraciətləri” haqqında Qanunun tələblərinə istinad olunması həmin Qanunun 5.2-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı inzibati icraat çərçivəsində əlliliyin təyin edilməsi haqqında eyni cavabdeh təşkilatın imtinasına görə Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2(118)-463/2022 nömrəli “əlillik təyinatından imtina barədə cavabdehin 19.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə baxılmışdır. Həmin Məhkəmənin 07 fevral 2022-ci il tarixli 2-1(118)-463/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı barəsində 18.10.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilməsi və İddiaçı İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Hazırki iddiada da iddiaçının ƏƏSMN-nə etdiyi müraciəti pensiyanın hesablanması ilə bağlı olduğuna görə, məhkəmə qeyd edir ki, iddiaçı sözügedən qərarın qanuni qüvvəyə mindikdən sonra, yəni ona müvafiq əlillik dərəcəsi təyin edildikdən sonra pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət edə bilər. Cavabdeh inzibati orqan tərəfindən mürciəti təmin edilmədiyi təqdirdə müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 22.08.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-462/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-462/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver