Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4621/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ezamiyyə xərclərinin əvəzi olaraq pul vəsaitinin ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin əvəzi olaraq pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 1N.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. N8 dekabr N0N4-cü il tarixli İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmiş ərizəsindən görünür ki, N0N4-cü ilin fevralından dekabrınadək ezamiyyətdə olduğu dövr üçün ezamiyyə xərcləri üçün müvafiq pul ödnəcinin ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 1N.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinin N avqust N0N5-ci il tarixli məktubundan görünür ki, İddiaçı N0N4-cü ilin fevral ayından ilin sonunadək N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N0N4-cü ilin fevral ayından dekabr ayınədək ərzində N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu günləri göstərən bütün nizami hissə üzrə əmrlərin surəti qoşma şəklində göndərilmişdir: - N nömrəli hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli, 39 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N fevral N0N4-cü il tarixdən N8 fevral N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N8 fevral N0N4-cü il tarixli, 48 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün N8 fevral N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N mart N0N4-cü il tarixli, 50 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N mart N0N4-cü il tarixdən N mart N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N mart N0N4-cü il tarixli, 61 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün N mart N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N3 mart N0N4-cü il tarixli, 66 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N3 mart N0N4-cü il tarixdən N aprel N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N aprel N0N4-cü il tarixli, 81 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün N aprel N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N may N0N4-cü il tarixli, 111 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə əsgər İddiaçı N may N0N4-cü il tarixdən 31 may N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N5 may N0N4-cü il tarixli, 117 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N5 may N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin NN iyun N0N4-cü il tarixli, 138 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı NN iyun N0N4-cü il tarixdən 7 iyul N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli, 150 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N iyul N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli, 15N nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N iyul N0N4-cü il tarixdən N3 iyul N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N3 iyul N0N4-cü il tarixli, 166 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N3 iyul N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli, N40 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N noyabr N0N4-cü il tarixdən N noyabr N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli, N51 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N noyabr N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli, N5N nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N0 noyabr N0N4-cü il tarixdən 1 dekabr N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli, N58 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N noyabr N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli, N59 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N dekabr N0N4-cü il tarixdən N dekabr N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli, N71 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N dekabr N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N0 dekabr N0N4-cü il tarixli, N73 nömrəli əmrindən görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə gizir İddiaçı N0 dekabr N0N4-cü il tarixdən 30 dekabr N0N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və qazan təminatına qoyulmamışdır. - N nömrəli hərbi hissə komandirinin N1 dekabr N0N4-cü il tarixli, N74 nömrəli əmrindən görünür ki, gizir İddiaçı ezamiyyət müddəti başa çatdığı N1 dekabr N0N4-cü il tarixdən öz xidmət yerlərinə getmiş hesab edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
3. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N0N4-cü ilin fevral ayından dekabr ayınadək iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin əvəzi olaraq pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq gizirlik kursunu bitirdikdən sonra gizir hərbi rütbəsinə yiyələnməklə N018-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. Son illər ərzində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 1-ci taqımının N-ci maşınının komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmət etmişdir. İddiaçı N0N4-cü ilin fevral ayından dekabr ayınadək xidmətdə olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən (Yevlax rayonu, Aran qəsəbəsindən) N nömrəli hərbi hissəyə (Goranboy rayonu, Goran təlim mərkəzinə) ezam edilmişdir. Lakin iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” N5 yanvar N008-ci il tarixli, 14 nömrəli qərarı ilə nəzərdə tutulmuş gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsait ödənilməmişdir. İddiaçı N9 dekabr N0N4-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək N0N4cü ilin fevralından dekabrınadək ezamiyyətdə olduğu dövr ərzində ezamiyyə xərcləri üçün müvafiq pul ödənişinin iddiaçıya ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Qeyd edilən ərizə 6 yanvar N0N5-ci il tarixdə cavabdeh inzibati orqana çatdırılsa da, hazırkı ərizə hazırlanıb məhkəməyə göndərilənə qədər cavabdeh inzibati orqandan heç bir cavab məktubu daxil olmamış, eyni zamanda iddiaçıya ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında N5 yanvar N008-ci il tarixli, 14 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 1N5 manat, Naxçıvan şəhərində 100 manat, Sumqayıt və Gəncə şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat müəyyən edilmişdir. İddiaçının ezam edildiyi N nömrəli hərbi hissə Goranboy rayona ərazisində yerləşdiyindən iddiaçıya ödənilməli olan ezamiyyə xərcinin 1 günlük norması 90 manat təşkil edir. İddiaçının xidmətdən ehtiyata buraxılması üçün əsas göstərilmiş hadisədə isə iddiaçının hər hansı bir təqsirinin olması müəyyən edilməmişdir. Cavabdeh orqanın 1-ci Təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə kapitanı XN cinayət işi başlanmasının rədd edilməsi haqqında NN noyabr N0N4-cü il tarixli qərarından görünür ki, iddiaçının mülki avtomobilinin yük hissəsindən hərbi hissəyə məxsus dizel yanacağının aşkar olunması faktı ilə bağlı N897-mt/N4 saylı material toplanmış və iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.N-ci maddəsinə əsasən rədd edilmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının N6, 60, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1, N6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1, prosessual hüquqi əsası kimi isə İPM-in N.N.3, 34.1, 9.1.1N-ci maddələrinə istinad edilmişdir.
6. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. İddiaçının iddia ərizələrindən göründüyü kimi, o, N nömrəli hərbi hissədə (tank bölüyünün tank tağımının tank komandiri) vəzifəsində xidmət etmişdir. Adından məlum olduğu kimi, qeyd edilən hərbi hissənin hərbi qulluqçuları, həmçinin iddiaçı, öz peşə bacarıqlarını daimi artırmaq və döyüş hazırlığı tapşırığının yerinə yetirilməsi üçün məşqlərin keçirilməsi məqsədilə mütəmadi olaraq çıxışlara cəlb edilmişdilər. Qeyd edilən çıxışlar zamanı hərbi qulluqçular xidməti nəqliyyat vasitələri, gündə 3 dəfə yemək və yataqla tam həcmdə təmin olunurlar. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə (Aran qəsəbəsi, “Aran-1” hərbi şəhərciyi) və N nömrəli hərbi hissə (“Təlim mərkəzi” “Goran-N” hərbi şəhərciyi) ərazi baxımından birbirlərinə yaxın yerləşdiyindən, hərbi qulluqçular təlim məşqlərindən sonra daimi yaşayış yerlərinə qayıtmaq imkanına malikdilər.
10. Etirazın maddi hüquqi əsası kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 oktyabr 199N-ci il tarixli, 56N nömrəli Qərarının N-ci bəndinə, “Azərbaycan Ordusunun hərbi qulluqçularına ezamiyyə xərclərinin ödənilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” N5 yanvar N008-ci il tarixli, 14 nömrəli Qərarına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “X1”nın təsdiq edilməsi haqqında 18 yanvar N01N-ci il tarixli, Q-01 nömrəli Qərarına, Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə, prosessual hüquqi əsası kimi isə İPM-in 47.N-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onunla birlikdə digər iki şəxs ezam edilmiş, həmin şəxslərə də ezamiyyət xərcləri ödənilməmişdir. Qeyd etmişdir ki, əsassız şəkildə işdən çıxarıldığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ondan öncə ezamiyyətə gedən şəxslərə ezamiyyət xərclərin ödənildiyini, 10 ay müddət üçün iddiaçının və iş yoldaşlarının ezamiyyət xərclərinin ödənilmədiyini bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, digər şəxslərə ödəniş edilməsi halların olduğu yanlışlıqla baş vermiş ola bilər. Lakin sonrakı araşdıma zamanı bu hal üzə çıxdığı təqdirdə mühasibatçılar cəzalandırılmış olurlar.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
14. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
15. İPM-in N.N.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
17. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
18. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
19. İddiaçı tələbini onunla əsaslandırır ki, o, N0N4-cü ilin fevral ayından dekabr ayınadək xidmətdə olduğu Müdafiə Nazirliyinin Yevlax rayonu, Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsindən Goranboy rayonu, Goran təlim mərkəzində yerləşən N nömrəli hərbi hissəyə ezam edilmişdir. Lakin iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsait ödənilməmişdir.
20. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, daimi xidməti yolda keçən və gedişgəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır, müvafiq çıxışlar zamanı iddiaçı və digər hərbi qulluqçular xidməti nəqliyyat vasitələri, gündə 3 dəfə yemək və yataqla tam həcmdə təmin olunmuşlar.
21. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar N01N-ci il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. (-)
4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
22. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 38.N-ci maddəsinə əsasən, daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. Həmin Əsasnamənin 38.N6-cı maddəsində qeyd olunmuşdur ki, ezam edilənə pulsuz yaşayış yeri və yemək verildikdəezamiyyət xərcləri ödənilmir.
23. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçı N nömrəli hərbi hissədə xidmət etmiş, öz peşə bacarıqlarını daimi artırmaq və döyüş hazırlığı tapşırığının yerinə yetirilməsi üçün məşqlərin keçirilməsi məqsədilə mütəmadi olaraq çıxışlara cəlb edilmişdir. Həmin çıxışlar zamanı hərbi qulluqçular xidməti nəqliyyat vasitələri, gün ərzində 3 dəfə yemək və yataqla tam həcmdə təmin olunmuşdurlar.
24. Bundan əlavə, yuxarıda istinad edilən normalara əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında hesabatı (təsdiqedici sənədlərlə bir yerdə) 3 gün ərzində təqdim etməlidir. Həmçinin, Azərbaycan Respublikası ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi tərtib edilməli və Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Lakin iddiaçının xidmət dövründə, tələblərə uyğun olaraq rəsmiləşdirilmiş və ya ödənilməmiş ezamiyyə vəsiqəsi mövcud olmamışdır.
25. Eyni zamanda, istinad edilən normalara əsasən işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, eləcə də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
26. Bununla əlaqədar məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xidmət etdiyi Aran qəsəbəsi, “Aran-1” hərbi şəhərciyində olan N nömrəli hərbi hissə və Təlim mərkəzi” “Goran-N” hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissə ərazi baxımından bir-birlərinə yaxın yerləşdiyindən, iddiaçı təlim məşqlərindən sonra daimi yaşayış yerlərinə qayıtmaq imkanına malik olmuşdur.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
29. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, hazırkı iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
NƏTİCƏVİ HİSSƏ
30. Şərh edilənlərə və İPM-in N.N, 4.1, N3.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova