Məhkəmə qərarları › İş №2-1(118)-463/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-463/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-463/2021 19.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2003-cü il tarixli, JN – 009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və sözügedən torpaq sahəsinin İlyas Hacıbaba oğlunun mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında rəamiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2003-cü il tarixli, JN – 009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və sözügedən torpaq sahəsinin İlyas Hacıbaba oğlunun mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında rəamiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia ərizəsinin geri qaytarılmasına dair etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar