Məhkəmə qərarları › İş №2-1(118)-464/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-464/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-464/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 har torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 15.08.2019cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmişdir. İddiaçının nümayəndəsi Rasim Məmmədov Bakı Apellyasiya Məhkəməsinin qərarını və İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyət barədə 31.08.2020-ci il tarixli ərizəni cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubuna bildirmişdir ki, İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin məktubu ilə daşınmaz əmlak üzərinə məhdudiyyət qoyması qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.2.-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. İstinad olunan normanın tələbinə görə məhkəmənin qərarı olmadan daşınmaz əmlak üzərinə məhdudiyyət qoyula bilməz. İnzibati Prosessual Məcəlləsinin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni zamanda bildirirlər ki, 14.09.2020-ci il tarixdə iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş, 02.11.2020-ci il tarixdə hakim Elvin Əliyevin məsləhəti ilə iddia ərizəsi geri götürülərək aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilir. Buna görə hesab edirlər ki, cavabdehin 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubuna dair iddia ərizəsinin müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, araşdırma zamanı İddiaçı məxsus, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq bildirirlər ki, sözügedən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 09.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq iddianı təmin etmə tədbirlərindən biri kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq iddianı təmin etmək tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Sözügedən əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubunda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili üzrə məhkəmə qərarı alınanadək sərəncam vermək hüquqlarının məhdudlaşdırılması qeyd edilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 har torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmişdir. İddiaçının nümayəndəsi Rasim Məmmədov Bakı Apellyasiya Məhkəməsinin qərarını və İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyət barədə 31.08.2020-ci il tarixli ərizəni cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Hazırda iddiaçı 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, araşdırma zamanı İddiaçı məxsus, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq bildirirlər ki, sözügedən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 09.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmiş, lakin bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubunda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili üzrə məhkəmə qərarı alınanadək sərəncam vermək hüquqlarının məhdudlaşdırılması xahiş edilmişdir. Göründüyü kimi hazırkı mübahisənin yaranmasının əsasını Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən daxil olan sənədlər təşkil edir. Məhdudiyyət iddiaçının mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.2.-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Qeyd edilən normanın tələbindən göründüyü kimi bu halın istisnaları ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar