Məhkəmə qərarları › İş №2-1(118)-466/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-466/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-466/2020 16.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Balabəyova Südabə Mövlud qızına 5.0 hektar torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair xx xxxxxxx 2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibatiməhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı , Balabəyova Südabə Mövlud qızına 5.0 hektar torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair xx xxxxxxx 2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********90 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Balabəyova Südabə Mövlud qızı iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu İstisu bələdiyyəsinin ehtiyat fondunda saxlanılmış torpaqların pay torpağı kimi verilməsi barədə müraciətə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, Xaçmaz rayonu keçmiş Müqtədir (indiki İstisu) bələdiyyəsinin xx xxxxxxxx 2004- cü il tarixli 10 saylı qərarı ilə istirahət düşərgəsinin tikintisi məqsədi ilə Müqtədir kəndi ərazisindən Xaçmaz şəhər sakini Balabəyova Südabə Mövlud qızının mülkiyyətinə 5.0 ha torpaq sahəsi satılmış və həmin torpağın mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, JN- 0010 KOD-30203018 nömrəli Dövlət Aktı verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən inzibati nəzarət icraatı qaydasında bələdiyyənin həmin qərarının öyrənilməsi zamanı qeyd olunan torpaq sahəsi vətəndaşın mülkiyyətinə satılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığı, qərarın xx.xx.2004-cü il taixdə verilməsinə baxmayaraq torpağın dəyərinin xx.xx.2004-cü il tarixdə ödənildiyi, o cümlədən keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin əkin torpaqlarına aid olduğu, 15 il ərzində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Balabəyova Südabə Mövlud qızına həmin torpaq sahəsinin satılması ilə bağlı Müqtədir bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu əsasında Xaçmaz rayonu İstisu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 32 saylı qərarı ilə Xaçmaz şəhər sakini Balabəyova Südabə Mövlud qızına 5.0 ha torpaq sahəsinin satılması barədə Müqtdədir bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı qərarı ləğv edilmişdir. Bundan sonra Balabəyova Südabə Mövlud qızına 5.0 ha torpaq sahəsinin satılması barədə Müqtdədir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün İstisu bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 ərizə ilə müraciət olunmuşdur. Lakin Dövlət Reyestri Xidmətinin 5 saylı X9 qeyd olunan Dövlət Aktının etibarsız sayılması və mübahisəli torpaq sahəsinin İstisu bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh əsassız və qanunsuz olaraq bələdiyyənin müraciətini təmin etməkdən imtina etmişdir. Buna görə də bələdiyyənin mülkiyyət hüquqlarını müdafiə etmək üçün İstisu bələdiyyəsinin sədri kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirirlir ki, ölkə başçısı cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik olunaraq “Müqtədir” bələdiyyəsinin adı “İstisu” bələdiyyəsinin adı ilə əvəz edilmişdir. Bu səbəbdən İstisu (keçmiş Müqtədir) bələdiyyəsinin Nizamnaməsi xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq təsdiq edilmişdir "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsi nəzarəti bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və iqtisadi cəhətdən stimullaşdırılması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin saxlanması və yüksəldilməsində marağın artırılması, təsərrüfat fəaliyyətinin zərərli təsirindən torpaqların qorunması məqsədilə həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2 və 67.3-cü maddələrinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin Mülki Məcəllənin 204.1. maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı iiə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Bu Məcəllənin 247.2-ci maddəsində isə göstərilir ki, 247.1-ci maddədə nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 -ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1 -ci maddəsinə əsasən, 2006- cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bundan başqa Mülki Məcəllənin 139-1.1, 139-1.1 5-ci maddələrinə və buna müvafiq olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3, 8.0.5-ci maddələrinə əsasən, 2006- cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı bildirmişdir ki, qeyd olunan hərəkətləri qanunsuz hesab etməli və iddiaçının tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməklə Balabəyova Südabə Mövlud qızına 5.0 ha torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli ,JN-0010 KOD -302031018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 üzərinə qoyulmalıdır. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Xaçmaz rayonu X3 şəhər sakini Balabeyova Südabə Mövlud qızına 5 ha torpaq sahəsinin satılması baradə Müqtədir bələdiyyəsinin xx.xx.2004-cü il tarixii 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, JN-0010 KOD- 30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq « daşınmaz emlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 20.11,2019-cu il tarixli, 320 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixli **********90 saylı məktubla cavab olaraq bildirilmişdir ki,“İstirahət düşərgəsinin tikintisi məqsədilə Müqtədir kəndi ərazisindən Balabəyova Südabə Mövlud qızının mülkiyyətinə verilmiş 5,0 ha torpaq sahəsi və X1 mülkiyyətinə verilmiş 10,0 ha torpaq sahəsi barədə Xaçmaz rayon Müqtədir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarınn İddiaçı xx.xx.2019-cu il tarixli 32 saylı qərarı ilə ləğv edilməsi və xx.xx.2004-cü il tarixli 10 saylı qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0010 və JN- 0009 nömrəli Dövlət Aktlarının etibarsız sayılaraq həmin torpaq sahələrinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı 26.11,2019-cu il tarixli ********** və ********** nömrəli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakln Dövlət Reystri Xidmətinin 5 saylı X7 baxılmışdır. Bələdiyyənin xx.xx.2019-cu il tarixli 32 nömrəli qərarında torpaq sahəsinin əkin torpaqlarına aid olması, təyinatı üzrə və 15 il ərzində həmin torpaq sahəsindən istifadə edilmədiyi müəyyən edilmiş və qeyd olunan səbəbdən Müqtədir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarının ləğv edilməsi göstərilmişdir. Məsələ ilə bağlı bildirirlər ki, Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmçinin Mülki Məcəllənin 204.1. maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Yuxarıda qeyd olunan səbəbdən İstirahət düşərgəsinin tikintisi məqsədilə Müqtədir kəndi ərazisindən Balabəyova Südabə Mövlud qızının mülkiyyətinə verilmiş 5,0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0010 nömrəli Dövlət Aktının etibarsız sayılaraq həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı xx xxxxxxx 2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmasını istəyir. İddiaçı bununla bağlı inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının müraciətini təmmmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. İş materiallarından görsənir ki, iddiaçının qərarı əsasında üçüncü şəxs mülkiyyət hüququ əldə etmiş, lakin iddiaçı sonradan öz qərarını ləğv etmiş, bundan sonra cavabdeh izibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, Balabəyova Südabə Mövlud qızına 5.0 hektar torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair xx xxxxxxx 2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız saymaq cavabdeh inzibati orqanın səlahiyyətində deyildir və sözügedən mübahisənin həlli məhkəmə qaydasında həyata keçirilə bilər. Bu mübahisənin məhkəmə qaydasında həll edildikdən sonra isə daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması məsələsinə baxıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar