Məhkəmə qərarları › İş №2-1(118)-466/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-466/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-466/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı "soyadının “Əliyevadan” “Rufullayeva”ya, ata adının isə “Ələsgər”dən “Cərulla”ya dəyişdirilməsi tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideyinləri arasnda nikah mübasibətlərinə xitam verilmiş və uzun müddətdir ki, atası ilə bütün əlaqələr kəsilib. Həmişə ona ana tərəfdən babası baxıb, onun bütün qayğılarını qarşılayıb. İddiaçının artıq 20 yaşı var və ona dəyər verməyən bir şəxsin adının və soyadının daşımaq niyyətinndə deyil. Bununla əlaqədar iddiaçı “Asan Xidmət Mərkəzi”nin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qaydalarını əsas gətirərək xahişinin təmin etməkdən imtina etmişdilər.Hesab edir ki, yetkinlik yaşına çatdığına görə o, adının və soyadının dəyişdirilməsində sərbəstdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhəkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili və digər iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsi 20.11.2020-ci il tarixli, 05/Q-1827- 76 nömrəli ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qaydalarının 6.6-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. İddiaçı X2 tərəfindən tərbiyələndirilməsi faktı müəyyən edilə bilmədiyindən soyad və ata adının dəyişdirilməsi imkan xaricindədir. Xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak etməkləri mümkün olmadığı üçün, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubları, doğum haqqında şəhadətnamə, X1 notarial qaydada təstiq edilmiş razılıq ərizəsi daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən atanın öz adını dəyişdirilməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir.Yetkinlik yaşına çatmayan ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Məhkəmə hesab edir ki, iddiaçı soyadının və ata adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, onların soyadı dəyişdirilməlidir. Belə ki, cavabdeh təşkilat etirazında gətirdiyi arqument yuxarlda qeyd olunan Qaydaların 6.4-cü bəndinə əsasən İddiaçı tərbiyə etmiş şəxsin razılığı olduğu tədqirdə soyadının və ata adının dəyişdirilə biləcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Qaydaların 6.4-cü bəndində olan qeyd ərizəçinin digər şəxs tərəfindən tərbiyə olunduğu və tərbiyə etmiş şəxsin adının ərizəçi tərəfindən götürülməsi hallarına aid olunur. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində ata adının baba adı olmasını deyil, Cərulla olmasını istəmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, X2 nəvəsi olan İddiaçı ata adının Cərulla olmasına etirazının olmamasını bildirmiş və buna dair notarial qaydada təstiq edilmiş ərizə vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməli, iddiaçının "soyadının “Əliyevadan” “Rufullayeva”ya, ata adının isə “Ələsgər”dən “Cərulla”ya dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının soyadının “Əliyevadan” “Rufullayeva”ya, ata adının isə “Ələsgər”dən “Cərulla”ya dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar