Məhkəmə qərarları › İş №2-1(118)-466/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-466/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-466/2025 24.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçınn nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 25 may 2023-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “İddiaçı hərbi xidmətlə bağlı müddətsiz olaraq 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi, əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsi və “Əlillik” altsistemində əlilliyin səbəbi barədə qrafada “Azərbaycan Respublikasının müdafiəsi zamanı travmanı almışdır” kimi qeyd edilməklə məlumatın altsistemə daxil olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 25 may 2023-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Qubadlı RHK-na ərizə ünvanlayaraq müharibədə iştirakının təmin edilməsini xahiş etmiş və xx.xx.1992-ci ildən 05.08 1996-cı illər ərzində könüllü olaraq Qubadlı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları ərazisində döyüşlərdə yaxından iştirak etmiş və döyüş zonasında hərbi xidmət keçərkən 21 02 1993-cü ildə travma və qəlpə yarası almış və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu dövrdə yaralanma-diaqnoz: Hər iki baldırda “Qəlpə yarası” və xx.xx.1993-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi-Hərbi Hospitalında müayinə və müalicə olunduğum zaman travmadiaqnoz “Qapalı kəllə-beyin travması” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Həkim Psixatr Komissiyası tərəfindən müayinə olunmuşam və komissiya tərəfindən “Üzvi şəxsiyyət pozuntusu.tez-tez baş verən dekompensasiyaiar, funksional tutmalar və intihar cəhdləri F07.0 diaqnozu qoyulmuşdur. Artıq uzun illərdir ki, xx.xx.1993-cü il tarixində müharibədə iştirak edərkən minamyot partlaması nəticəsində qapalı kəllə beyin travması və badırlarından aldığı qəlpə yarası səbəbindən şəxsiyyət və davranış pozuntuları tez-tez qıcolma tutmaları ilə və baş beynin üzvi xəstəliyindən əziyyət çəkir. Sağlamlığı ilə bağlı heç bir yerdə işləmir və himayəsində iki azyaşlı körpə və yoldaşı ilə bərabər kirayə mənzildə məskunlaşmışdır. Pensiya ödənişinin kəsilməsi ilə əlaqədar müalicə üçün tələb olunan xərcləri qarşılaya bilmir. Səhhəti günü-gündən pisləşməyə doğru gedir və övladlarının iddiaçını bu halda görməsi onlar üçün bu yaşda travma təşkil edir. Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi zamanı “Diaqnoz əlillik əlaməti müəyyən etmir” olaraq göstərilmişdir. Bu yanlış məlumat iddiaçının müvafiq əlilliyə görə müəyyən olunmuş pensiya almasına maneə törədir. Bundan əlavə, təyin edilmiş pensiya ödənişinin ödənilməməsi də hüquqlarının pozulması halına misaldır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “əlillik dərəcəsinin müəyyən edilməsi, əlillik alt sistemində məlumatların yerləşdirilməsi" tələbinə dair iddia ərizəsinə dair etirazı təqdim edirlər. Sumqayıt şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 210 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki baldırda qəlpə yarası. Qapalı kəllə- beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənmə, yaddaşsızlıq, əsəbilik, qıcolma tutmaları, yeriyərkən sol ayaqaltı nahiyədə yanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında doğum tarixini xatırlamadığını, qıcolma tutmasını öncədən hiss etmədiyini, neçə müddət davam etdiyini bilmədiyini, tutma zamanı qeyri-iradi sidik İfrazından sonra Özünə gəldiyini bildirmiş, medikamentoz preparatlardan “Benzanal”, “Diazepam" qəbul etdiyini qeyd etmişdir. Vətəndaş 2016-ci ilə aid hərbi qərarını dəyişdirdiyini, bunu həkimin sənəd üzərində səhv etməsi ilə əlaqələndirmişdir. Müayinə gedişatında verilən bir çox suallara “bilmirəm, xatırlamıram" kimi ifadələrlə yayındırıcı cavablar verməyə çalışmışdır. Baş-beynin instrumental müayinə nəticəsi General Hospitala məxsus olmuş, həmin nəticədə qeyd olunan məlumat obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən instrumental müayinə nəticələrini (EEQ) təqdim etməmişdir. Təqdim olunmuş psixi sənədlər və hərbi sənədlərdə yaddaş pozğunluğu haqqında heç bir məlumat öz əksini tapmamış, həmçinin vətəndaş ümumiyyətlə psixiatriya xəstəxanasına müraciət səbəbini izah edə bilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının həkim psixiatr komissiyasının rəyində intihar cəhdləri İlə bağlı məlumat qeyd olunsa da, vətəndaş özü intihar fikirləri ilə bağlı məlumat verməmiş, özünəxəsarət izlərinə məxsus izlər göstərməyə çalışmamış, bu barədə məlumat verməmişdir. Psixi statusunda hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci İl tarixli 9822 nömrəli Tibbi Rəydə diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Şəhər 2 saylı Xəstəxanasının xx.xx.2022-ci il tarixli Aşağı ətraf venalarının Duppleks dopplerografiyası müayinəsinin nəticəsi "Hər iki dizaltı venaların trombozundan sonrakı vəziyyət hər İki baldırın media əlavə səthi venalarında xırdaölçülü kompressiya olunan, varkoz genişlənmiş düyünlər 11 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 10149483 nömrəli Çıxarışda diaqnoz “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 84/599 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beynin üzvi mənşəli (keçirilmiş qapalı kəllə beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntuları, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023- cü il tarixli 106 nömrəli Tibbi Rəydə diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, funksional tutmalar və intihar cəhdləri ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.General Hospitalın xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Baş-beyinin və beyinciyin minimal afrofik dəyişiklikləri. Beyinciyin hər iki hemisferində T2 və FLAİR siqnalı hiperintens olan fokal ocaqlar və sol hemisferində ölçüsü 2 sm olan kistoz-gliotik kortiko-subkortikal patoloji sahə. Pons səviyyədə beyin kötüyündə fokal ocaq. Baş beynin hər iki yarımkürəsində periventrikulyar leykoaraioz, yan mədəciklərin periventrikulyar nahiyələrində, bazal qanqlionlar və talamuslarda, semioval mərkəzlərdə, alın və təpə payların subkorteksində çoxsaylı qovuşmaya meyilli ocaqlar kimi qeyd olunsa da, obyektiv müayinə zamanı Öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Mərkəzi Hərbi Həkim Komissiyasının 210 saylı, 20 iyul 2022-ci il tarixli qərarı; hərbi biletin surəti; 25 may 2023cü il tarixli qərar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 25 may 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 01 oktyabr 1970-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 06 yanvar 2017-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki baldırın güllə yaralanmasından sonrakı vəziyyət. Baldır əzələsinin atrofiyası. Postkontuzion sindrom, Postravmatik ensefalopatiya. Xroniki obstruktiv pielonefrit, Xroniki piyelonefrit tez-tez kəskinləşmələrlə böyrək çatmamazlığı, X B Ç İİ dərəcə. Hərəkətin və yerişin pozulmaları, yerişinin çətinləşmələri diaqnozları ilə əlillik 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 25 may 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik təyin etmir” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı halhazırda cavabdeh orqanın 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 25 may 2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş U00101151KMA nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-466/2025 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T327/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” phş-də həkimpsixiatr tərəfindən müayinə edilərkən ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların qabarıq enməsi ilə F07.0. Anamnezində funksional tutmalar və intihar cəhdləri MMSE=10 bal” diaqnozu qoyulmuşdur. Onun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez qıcolma tutmaları ilə (5-6 dəfə təkrarlanan). Ağırlaşma: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, funksional tutmalar və intihar cəhdləri ilə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Novruzov X4 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatriya Komissiyası tərəfindən. Yanaşı xəstəliklər: G40.3- Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” diaqnoz onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Vətəndaş M.Ə.X9 adına Xəstəxanada 21.10.-xx.xx.2024-cü il tarixlərdə “Kəllə daxili travmanın nəticələri, baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 6-7 dəfə) generalize olunmuş forma. Ensefalopatiya İİ mərhələ. Kəllə daxili hipertenziya. Vegeto damar paroksizmal krizlərlə. Kəskin ifadəli asteno nevrotik hal” diaqnozu ilə stasionar müalicədə olmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 1925 saylı, xx.xx.2025-ci il tarixli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri (F07) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəylərindən göründüyü kimi iddiaçıda hal-hazırda U00101151KMA nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 25 may 2023-cü il tarixli qərar ləğv edilməli və İddiaçı xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 25 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar