Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-468/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı “DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X10 həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və izahatında bildirmişdir ki, xx xxxxxx 2005-ci il tarixində İddiaçı və Quba rayonu 2-ci Nugədi bələdiyyəsi arasında Quba rayonu 2-ci Nugədi kəndi ərazisində yerləşən 5.00 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra, həmin torpaq sahəsinə dair İddiaçı adına xx xxx 2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı xx xxxxxx 2019-cü il tarixində həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 müraciət etmişdir. Lakin inzibati orqan əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, ”hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 9.11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verməlidir. İddiaçı 2005-ci ildən torpaq sahəsi almış, müvafiq səndələr əldə etmişdir.Dövlət Aktının 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının hüquqlarını pozmamalıdır. Sonda nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Vətəndaş İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 JN 28xx xxx 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında dövlət reyestrindən çıxarışın (Forma-1) verilməsi ilə bağlı 26.11,2019-cu tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 müraciət etmişdir. Cavabdeh bildirir ki, ərizədə göstərilən xx.xx.2019-cu il tarixli **********19 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN 28xx xxx 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmamışdır. Bundan əlavə, 28xx xxx 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlara əsasən 5 saylı X7 elekton məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Cavabdeh qeyd edir ki, həmin kateqoriyaya aid torpaq sahələrinin 28xx xxx 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərildiyi kimi sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətin icrası cavabdeh tərəfindən mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına seçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Cavabdeh bildirir ki, qeyd olunduğu kimi mübahisələndirilən JN 28xx xxx 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır, o cümlədən aktda göstərilən koordinatlara əsasən 5 saylı X7 elekton məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 namayəndəsi X4 iclasında iştirak etmiş izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məktub daxil olmuşdur. Xəritələr Quba RMTM idarəsində olduğu üçün həmin idarəyə sorğu olunmuşdur. Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunda Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığının müəyyən olunduğu bildirilmişdir. Əraziyə meşə idarəsinin topoqrafının iştirakı ilə baxış keçirilib. Rəyə əsasən sorğuya cavab verilib Ərazi xəritələrə əsasən meşə fonduna aid deyil. 1996-cı ildə təhvil təslim olub. Ərazi meşə təsərrüfatına bitişik olan ərazidir. Meşə yerinə bitişik sovxoz ərazisi olub. Sonra həmin ərazi Bələdiyyəyə verilib. Təhvi təslim zamanı ola bilsin ki, koordinatlar bazaya yerləşdirilməsin. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 namayəndəsi cavabdeh inzibati orqan tərəfindən JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilməsinə, DWJ xəritəsindən çıxarışın surəti məhkəməyə təqdim edilməsinə münasibətində bildirmişdir ki, Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunun əsasında Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığı müəyyən olunmuşdur. X6 RMTM idarəsində saxlanılır.Meşə təsərrüfatına bitişik olan ərazilərdə yerləşən meşə ağacları ilə örtülü olan ayrı-ayrı sahələrdə meşə fonduna aid edilir. Məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 cavab məktubunda bildirmişdir ki, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir. Qeyd edirik ki, həmin Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilmişdir. DWJ xəritəsindən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X9 cavab məktubunda bildirmişdir ki, Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunda Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığının müəyyən olunduğu bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümüknlüyü ilə bağlı bildirirki, iddiaçının JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” mövcuddur və iddiaçı xx xxxxxx 2019-cü il tarixində torpaq sahəsinə dair müvafiq çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iİddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümükünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir. Həmin Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 cavab məktubunda bildirmişdir ki, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir. Həmin Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilmişdir. DWJ xəritəsindən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Bundan başqa JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməsə, həmin Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmasada, iddiaçı JN- 28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nın və həmin aktın verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etmişdir. Quba rayonu 2-ci Nugədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixində qərarındada satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğu göstərilir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Məhkəmə hesab edir ki, qeyd edilənlər inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X9 tərəfindən cavab məktubunda isə bildirilmişdir ki, Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunda Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığının müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 nümayəndəsi -X4 cavabdeh inzibati orqan tərəfindən JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilməsinə, DWJ xəritəsindən çıxarışın surəti məhkəməyə təqdim edilməsinə münasibətində bildirmişdir ki, Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunun əsasında Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığı müəyyən olunmuşdur.Meşə təsərrüfatına bitişik olan ərazilərdə yerləşən meşə ağacları ilə örtülü olan ayrı-ayrı sahələrdə meşə fonduna aid edilir. Hər bir halda məhkəmə hesab edir ki, Quba rayonu 2-ci Nugədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixili qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunun göstərilməsi, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməməsi, həmin Dövlət Aktı 5 saylı X7 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı X7 elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-468/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-468/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver