Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-468/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvanskidən Poltavaya göndərilməsi illəri Azərbaycan Respublikası Silahlı Qüvvələrdəki xidmət illərinə əlavə edilməsi, 20 il qüsursuz xidməti nəzərə alınaraq Müdafiə Nazirliyində tərtib edilən mənzil növbəliyinə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyatda olan mayor İddiaçı Agaməhəmməd oğlu, 1974-cü il fevral ayının 13-də Şamaxı şəhərində anadan olmuşdur. 1980-cı ildə Şamaxı şəhər 2 saylı orta məktəbə daxil olmuş, 1988-ci ildə Cəmşid Naxçıvanski hərbi litseyə daxil olmuş və 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində Ali Hərbi Rabitə Komandanlıq Məktəbinə göndərilmiş və 1995-ci ildə həmin məktəbi "Rabitə vasitələrinin istismarı üzrə mühəndis" ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə iddiaçıya “leytenant” hərbi rütbəsi verilmiş və o, öz xahişi ilə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. 1995-ci ilin avqust ayından 1996-cı ilin dekabr ayına qədər N saylı hərbi hissədə məxfi bölmənin növbə rəisi, 1996-cı ilin dekabr ayından 1997-ci ilin may ayına qədər N saylı hərbi hissədə rabitə bölüyünün idarəetmə tağım komandiri, 1997ci ilin may ayından 1998-ci ilin dekabr ayına qədər N saylı hərbi hissədə radiokəşfıyyat bölük komandiri, 1998-ci ilin dekabr ayından 2000-ci ilin avqust ayına qədər N saylı hərbi hissənin qarnizon rabitə qovşağının rəisi-qərargah rəisinin məxfi apparatlar üzrə köməkçisi, 2000-ci ilin avqust ayından 2003-cü ilin iyul ayına qədər 476 saylı xususi təyinatlı alayın rabitə rəisi, 2003-cü ilin iyul ayından 2004-ci ilin may ayına qədər N saylı hərbi hissənin rabitə rəisi, 2004-ci ilin may ayından 2005-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə rabitə rəisinin radio üzrə baş köməkçisi, 2005-ci ilin avqust ayından 2010-cu ilin fefral ayına qədər N saylı hərbi hissənin rabitə rəisi Q-6 bölmə rəisi, 2010-cu ilin fevral ayından N-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə Q-6 bölmə rəisi, N -ci ilin iyun ayından 2013-cü ilin noyabr ayına qədər 502 saylı hərbi mobil rabitə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir. 2013-cü ilin noyabr ayında öz arzusu ilə təxris olunmuşdur,156-cı maddə j- bəndi. İddiaçıya 17 iyun 1991-ci ildə “Leytenant”, dekabr 1996-cü ildə “Baş leytenant”, 28 dekabr 1998-ci ildə “Kapitan”, 19 mart 2003-cu ildə “Mayor” hərbi rütbələri verilmişdir. Xidmət etdiyi müddətin 14 ilini döyüş bölgəsində xidmət etmişdir. xx.xx.2007-ci il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2010-cu il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, xx.xx.2008-ci il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, xx.xx.2009-cu il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)" yubiley medalı ilə də təltif olunmuşdur. O, mənzil növbəsinə götürülməsui ilə bağlı cavabdehə müraciət etdikdə onun 20 il qüsursuz xidmət etməsi sual altına alınmışdır. Belə ki, onun Ukraynada aldığı təhsili cavabdeh hərbi xidmət illərinə daxil etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Azərbaycan Ordusu sıralarında 8 iyul 1995-ci il tarixdən 11 noyabr 2013-cü il tarixədək xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr N-ci ii tarixli 569 nömrəli Fərmanına əsasən İddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ili xidmətə malik deyildir. Bununla əlaqədar olaraq, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair müraciətinə Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsində baxılmış və müvafiq cavab məktubu iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan: - EZ № ******* nömrəli həri biletdən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli 0510 nömrəli əmrə əsasən “Hərbi xidmətkemə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. -iddiaçıya aid hərbi biletin 18-ci bəndində aparılan qeyddən görünür ki, o, xx.xx.1991ci ildən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikası Poltava Ali Hərbi Komandirlər Məltəbində kursant kimi təhsil almışdır. - iddiaçıya ünvanlanan mətublardan görünür ki, onun Poltava Ali Hərbi Komandirlər Məktəbinə göndərilməsi barədə əmr (məumat) aşkar edilmədiyindən onun həmin məktəbə Müdfiə Nazirliyi tərəfindən göndərilməsi təsdiqlənməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində... 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət daxil edilməməsi və nəticə etibarı ilə onu 20 il xidət etmiş şəxs kimi mənzil növbəsinə götürtülməməsi ilə bağlı yaranmışdır. Cavabdeh öz etirazını iddiaçının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbinə Azərbaycan Respublikasl Müdafiə Nazirliyi tərəfindən göndərilməsi barədə əmrin aşkar edilməməsi ilə əsaslandırır. Bununla balı məhkəmə qeyd edir ki, əhkəmə araşdırması zamanı həmiun əmr birbaşa aşkar edilməsə də, sübutlara məcmuu qaydada qiymət verdikdə iddiaçının həmin məktəbə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilməsi təsdiq edilir. Belə ki, cavabdeh özü 1988-ci ilin avqust ayında C.Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinə qəbul olunması, 1989-cu il tarixdə ll kursa keçməsi, 1990-cı ildə isə lll kursa keçməsi barədə məlumat verilir. Bundan sonra iddiaçının Ukrayna Respublikası Müdafiə nazirinini xx.xx.1995-ci il tarixli 252 nömrəliu əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi Müdafiə nazirliyinin məktubunda qeyd edilmişdir. İddiaçıya 2004-cü ildə təqdim edilmiş “10 il qüsursuz xidmətə görə” medalında “1991- 2001-ci illər” qeyd edilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilən Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövr onun həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövr onun həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-468/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-468/2024
27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver