Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-468/2025 27.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023cü il tarixli **********165000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində mənə gəlir vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi) məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız oiaraq hesablanmışdır.Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır.Belə ki, iddiaçı 2021-2022-ci illər ərzində ona məxsus oolan ünvan 1a yerləşən torpaq sahəsində fərdi ev tikintisi həyata keçirmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 83-cü maddəsinə əsəsən torpaq mülkiyyətçisinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək, qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq hüququ vardır. Bundan əlavə mülkiyyət toxunulmaz olub, dövlət tərəfindəön müdafiə edilir- Azərbaycan Respublikası Konstitusiyanın 13.1-ci maddəsi, 29.3-cü maddəsin qeyd edir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Fərdi yaşayış evindən istifadəyə görə vergi hesablanmasının heç bir qanuni əsası yoxdur.Cavabdehin qərarından yuxarı orqana- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına xx.xx.2023-cü il tarixli Şikayt ərizəsi ünvanlanmışdır. Orada qeyd edildiyi kimi iddiaçı tərfindən ünvan 1a tikilmiş fərdi yaşayış evinin sadəcə bir çıxarışı mövcuddur və satıldığı zaman ödəmə məbləğində vergi tutularaq büdcəyə ödənmişdir. Bütün bu proses notarius tərəfindən də təsdiqlənmişdir.Yuxarıda adı çəkilən yuxarı orqan şikayəti qəbul təmin etməmiş, cavabdeh orqanın qərarlarını qüvvədə saxlamışdır. Yuxarı orqan belə bir əsas gətirmişdir ki, fərdi vasavıs evinin bir hissəsinin satılması, hər mənzil ücün ayrıca qaz, su və işıq sayğaclarının inşa edilməsi və hər mənzilin ayrıca girişinin olması və hər mərtəbənin dəhlizinin ümumi istifadə öcün nəzərdə tutulmasıdır.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.Mənzil Məcəlləsinin 35.1-ci maddəsi qeyd edir: “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları oian zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri elə daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzii binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və' ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir,” Nəzərə almaq lazımdır ki, ünvan 1a tikilmiş fərdi yaşayış evinin sadəcə 1 (bir) sayda çıxarışı var. Bu da onu deməyə əsas verir ki, iddiaçı tikintini həyata keçirən zaman özü üçün, fərdi yaşayış sahəsi inşa etmək niyyətində olub. Lakin daha sonralar maddi sıxıntılar səbəbi ilə daşınmaz əmlakın bir hissəsini satmaq məcburiyyətində qalıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mərtəbələrinin sayt 3-dən hündür, hündürlüyü 12 metrdən çox olmayan evlərin tikintisi məlumatlandırma icraatı səviyyəsində həyata keçirilir və iddiaçı bu nüansa da əməl etmişdir. Göründüyü kimi yaşayışevinin tikintisi qanunun tələblərinə cavab verməklə inşa edilmişdir. Yaşayış evinin ayrı-ayrı şəxslərə satıldığını nəzərə alsaq, hər mənzil üçün ayrıca sayğaclarım quraşdılırması və hər mənzilin ayrıca girişinin olması normaldır. Mübahisə ilə bağlı İqtisadiyyat Nazirliyinin yanında Dövlər Vergi Xidmətinin Apellyasiya şurasına şikayət ərizəsi göndərilsə də, müvafiq orqan heç bir geri dönüş etməmişdir. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 20ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququmuzun olduğunu bildirmişik, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqlarımız kobud şəkildə pozulmuşdur.Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən bizim vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyitisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli' şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları, üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququmuz vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları itə təmin edilir.“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdınlmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya İnzibati orqandan məlumat əldə etmək hüququ vardır. “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür və İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Uçot-baza məlumatlarına əsasən fiziki şəxs xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi" olduğu, xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatının qüvvəyə mindiyi müəyyən edilmişdir.Uçot baza məlumatlarının araşdırılması zamanı notariusdan əldə edilmiş alqı-satqı müqaviləsinə əsasən fərdi sahibkar tərəfindən 2022-ci ilin noyabr ayı ərzində 70000,0 manat, 2023-cü ilin yanvar ayında 15000,0 manat və 2023-cü ilin fevral ayında 10000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilməməsi, eyni zamanda 2022-ci və 2023-cü illər üçün gəlir vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Qeyd edilən kənarlaşmalarla bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Aşkar edilmiş kənarlaşma haqqında” xx.xx.2023-cü il tarixli **********044300 nömrəli və xx.xx.2023-cü il tarixli **********017700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün noyabr ayı üçün 10677,97 manat, 2023-cü ilin yanvar ayı üçün 2288,13 manat və 2023-cü ilin fevral ayı üçün 1525,42 manat ƏDV, 2022-ci il üzrə 1977,4 manat və 2023-cü il üzrə 706,21 manat gəlir vergisi məbləğləri hesablanaraq“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********891900 nömrəli, **********893300 nömrəli, **********894000nömrəli, xx.xx.2023-cü il tarixli **********165000 nömrəli xx.xx.2023-cü il tarixli **********847000 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********181200 nömrəli, xx.xx.2023-cü il tarixli **********211000 nömrəli,xx.xx.2023-cü il tarixli **********118500 nömrəlivə xx.xx.2023- cü il tarixli **********110900 nömrəli məktublarla məlumat verilmişdir. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********798500 nömrəli məktub göndərilərək, xx.xx.2023-cü il tarixdə, saat 15:00 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, fərdi sahibkar Dövlət Vergi Xidmətinin inzibati binasında olmuş və araşdırmaya uyğun sualları cavablandırmışdır. Fərdi sahibkar izahatında inşa edilmiş binanın bankdan kredit alaraq iki oğlu üçün inşa etdiyini, bankda borcu olduğu üçün otaqları ayırıb satdığını, təqdim edilmiş mənzillərə görə almış şəxslərə çıxarış verildiyini, hal hazırda öz adına həmin tikilidə çıxarışla yaşayış sahəsinin olmadığını, quraşdırılmış sayğacların hər alıcının öz adına quraşdırıldığını, satılmış mənzillər kvadrat metri 350,0 manata təqdim edildiyini bildirmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2022-ci ildə təbii qaz, içməli su və çirkab suyuna görə 2978,25 manat (ƏDV daxil) dəyərində elektron qaimə fakturaların əldə edildiyi, 2022-ci ildə 70000,0 manat və 2023-cü ildə 25000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyi, idxal əməliyyatlarının həyata keçirilmədiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 496 m2 olan daşınmaz əmlakının xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə fərdi sahibkarın adına xüsusi mülkiyyət olaraq qeydiyyata alındığı, vergi ödəyicisi tərəfindən 2022-ci ilin noyabr ayında üç nəfər fiziki şəxsə 70000,0 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayında bir nəfər fiziki şəxsə 15000,0 manat (ƏDV daxil) və 2023-cü ilin fevral ayında bir nəfər fiziki şəxsə 10000,0 manat (ƏDV daxil) dəyərində, ümumilikdə 95000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən ümumi sahəsi 496 m2 olan daşınmaz əmlakın 2022-ci ilin noyabr ayında 316,9 m2 olan hissəsi, 2023-cü ilin yanvar və fevral aylarında 152,7 m2 olan hissəsi, ümumilikdə 469,6 m2 olan hissəsi təqdim edildiyi, bugünkü günə fərdi sahibkarın mülkiyyətində daşınmaz əmlakın 26,4 m2 olan hissəsi qaldığı müəyyən edilmişdir. Araşdırma zamanı təqdim edilmiş daşınmaz əmlakın çıxarışlarına əsasən mənzillər təqdim edildikcə əmlak sahiblərinin sayının artdığı müəyyən edilmişdir ki, bu da mülkiyyətin payçı mülkiyyəti olduğu, yəni fərdi sahibkarın tam mülkiyyətində olmadığı deməkdir. Fərdi sahibkar tərəfindən araşdırmaya təqdim edilmiş daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda fərdi sahibkarın izahatında hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edildiyinə əsas verir.Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən aksizli, məcburinişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır.Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər.Eyni zamanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalara görə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilməli olduğundan həmin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.Beləliklə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 496 m2 olan daşınmaz əmlakının xx.xx.2021-ci il tarixdə fərdi sahibkarın adına qeydiyyata alındığını, vergi ödəyicisi tərəfindən 2022-ci ilin noyabr ayında üç nəfər fiziki şəxsə 70000,0 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayında bir nəfər fiziki şəxsə 15000,0 manat (ƏDV daxil) və 2023-cü ilin fevral ayında bir nəfər fiziki şəxsə 10000,0 manat (ƏDV daxil) dəyərində, ümumilikdə 95000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyini, təqdim edilmiş sənədlərin araşdırılması zamanı ümumi sahəsi 496 m2 olan daşınmaz əmlakın 2022-ci ilin noyabr ayında 316,9 m2 olan hissəsi, 2023-cü ilin yanvar və fevral aylarında 152,7 m2 olan hissəsi, ümumilikdə 469,6 m2 olan hissəsi təqdim edildiyi, bugünkü günə fərdi sahibkarın mülkiyyətində daşınmaz əmlakın 26,4 m2 olan hissəsi qaldığını, araşdırmaya təqdim edilmiş daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda fərdi sahibkarın izahatında hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edilməsinə əsas verdiyini, uçot-baza məlumatlarına əsasən 2022- ci və 2023-cü illərdə təqdim edilmiş daşınmaz əmlakla bağlı xərclərinin uçotunun aparılmadığını və bu səbəbdən vergi orqanı tərəfindən müvafiq dövrlər üçün gəlir vergisi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaların aparıldığını nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarların surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı barəsində 3 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarlarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. Belə ki, iddiaçı mübahisələndirilən qərarların ləğvi üçün yuxarı instansiya orqanı olan DVX-yə və İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasına şikayət etmiş müsbət nəticə əldə etmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan əmlakı qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında notarial dövlət büdcəsinə vergilərini ödəməklə satmışdır.Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 218.4.3 maddəsinin tələblərinə uyğun olaraq vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaratdığı vergi məcəlləsində göstərilmişdir. Vətəndaş müvafiq alqı-satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini VM-nin 220.8 maddəsinə uyğun olaraq hesablamış və ödəmişdir. 218.4 maddədə də göstərildiyi kimi VM-nin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Yuxarıda göstərilənlərlə əlaqədar VM-nin aşağıdakı maddələrinə əsasən : 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Maddə 63. Vergi orqanında şikayətə baxılma 63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər.Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir. 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. 63.3. Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır. Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrası tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir. 63.4. Hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən verginin, faizlərin və ya maliyyə sanksiyasının məbləği hesablanmaya (tətbiq edilməyə) uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin aşağıdakılara hüququ vardır: 63.4.1. səhv tutulan məbləğlərə görə bu Məcəllənin 61.2-ci maddəsinə uyğun olaraq kompensasiya almaq; 63.4.2. bu Məcəlləyə müvafiq olaraq həmin məbləğlərdən faizlər almaq. Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İş hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçotda olaraq eyniləşdirmə nömrəsi almasına baxmayaraq uzun müddətdir ki, kommersiya fəaliyyəti ilə məşğul olmur və fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi orqanına müvafiq ərizə təqdim etmişdir.İddiaçı 2021-2022-ci ilər ərzində ona məxsus ünvan 1a yerləşən torpaq sahəsində fərdi ev tikmişdir, bundan sonra maliyyə çətinlikləri ilə əlaqədar həmin tikilinin müəyyən hissələrini digər şəxslərə notarial qaydada satmışdır. Bununla əlaqədar notariat rəsmiləşdirilməsi zamanı satdığı hissənin sahəsinə uyğun olaraq vergilər ondan tutulmuş və büdcəyə ödənilmişdir. Eyni zamanda sözügedən yaşayış sahəsinin cəmi 1 (bir) sayda çıxarışı var. Bununla yanaşı iddiaçının ƏDV ödəyicisi kimi nəzərdən keçirilməsi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 218.4.3 maddəsinin tələblərinə uyğun olaraq vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaradır. Vətəndaş müvafiq alqı satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini VM-nin 220.8 maddəsinə uyğun olaraq hesablamış və ödəmişdir. 218.4 maddədə də göstərildiyi kimi VM-nin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. Vergi Məcəlləsində fərdi yaşayış evinin təqdim edilməsinin ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmamışdır.Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius Vergi Məcəlləsinin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir. Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, 220.8. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 12-ci bəndinə əsasən Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri) notariat qaydasında təsdiqi zamanı notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci, 220.8-1-ci və 220.8-2-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tətbiqi məqsədləri üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxs barədə məlumat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2-1(118)-468/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-468/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver