Məhkəmə qərarları › İş №2-1(118)-469/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-469/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-469/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, NN ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmrin ləğv edilməsi barədə qərar çıarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 08.09.N006-cı il tarixdə hərbi xidmətə çağırılmış, 05.08.N019-cu il tarixdən N saylı hərbi hissənin optika və hərbi texniki əmlak şöbəsinin rəisinin köməkçisi vəzifəsində, 14.03.N0N0-ci il tarixdən isə N saylı hərbi hissənin raket artilleriya silahları bölməsinin rəisinin döyüş sürsatları ilə təminatı üzrə köməkçisi vəzifəsində baş leytenant rütbəsində xidmət etmişdir. Xidmət etdiyi dövrdə mükafat və medallarla təltif olunmuş, Tovuz döyüşlərində iştirak etmişdir. N saylı hərbi hissə komandirinin N5 avqust N0N0-ci il tarixli N38 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, o, N0N0-ci ilin 15-N0 fevral tarixlərində toyda olarkən tanımadığı şəxsdən siqaret alıb çəkmiş, bundan sonra halı pisləşmişdir. Bundan bir neçə gün sonra xidmət yerində yoxlama aparılmışdır və qan nümunələrindən analiz götürülmüş, yoxlama nəticəsində 11 nəfərin, o cümlədən onun qanında narkotik vasitə aşkarlanmışdır. Cəlilabad Hərbi Məhkəməsinin 3(096)-10/N0N0 saylı qərarı ilə barsində İnzibati Xətalar Məcəlləsinin N06cı maddəsinin törədilməsində təqsirli bilinərək 300 manat cərimə edilmişdir. N0N0-ci ilin avqust ayında o, 15 gün müddətində məzuniyyətə çıxmış, 13 sentyabr N0N0-ci il tarixdə ehtiyata buraxılmasını bilmiş, 15 sentyabr N0N0-ci il tarixdə isə təyinat vərəqəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər şöbəsinə göndərilmişdir. İddiaçının nümayəndsi M.İsmayılov iddiaçının izahatına uyğun izahat verdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və əmrin verildiyi tarixdə iddiaçıya elan olunduğunu bildirərək iddia müddətinin ötürüldüyünü qeyd etdi. Bundan başqa cavabdehin nümayəndəsi qeyd etdi ki, iddiaçı rütbəsinə və vəzifəsinə görə bəzi hərbi qulluqçulara müasibətdə rəis və ya böyük hesab olunur. Raket-artilerriya silahları xidməti rəisinin döyüş sürsatları ilə təminat üzrə köməkçisi vəzifəsində xidmət etmişdir. İddiaçı narkotik maddələri qəbul etməklə həm öz xidməti üçün, həm də digər şəxslərin narkotik maddələrin qəbuluna cəlb etmək imkanı baxımından təhlükəli olmuşdur. O, narkotik maddələrdən istifadə edən şəxs kimi hərbi xidmətdə saxlanıla bilməzdi. Məhkəmə işdə iştirak edn şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra ehtiyata buraxıldığına dair əmrdən xəbərdar olduğunu və 15.09.N0N0-ci il tarixdə təyinat vərəqəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər şöbəsinə göndərildiyini izah etdi. Məhkəmə hesab edir ki, iddiaçı ən geci həmin vaxt ehtiyata buraxıldığından xəbərdar olmuşdur. Buna baxmayaraq iddianı 06.11.N0N0-ci il tarixdə, yəni 30 günlük iddia müddətini ötürdükdən sonra qaldırmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı mübahisələndirilən əmrin ona hələ də təqdim olunmadığını bildirərək iddia müddətinin ötürülmədiyini bildirərək iddia müddətinin bərpa olunması barədə vəsatəti məhkəməyə təqdim etmədi. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr N008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublkikası Qanununun 6N.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi N0N0-ci ilin 13 sentyabr tarixdən xidmətdən xaric edildiyindən xəbərdar olmuşdur. Əmrin surətini almaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə iddia müddətini ötürməklə müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel N015-ci il tarixli Qərarının N.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar