Məhkəmə qərarları › İş №2-1(118)-4694/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4694/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4694/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçılar İddiaçı9, İddiaçı5, İddiaçı24, X144, İddiaçı21, Üçüncü şəxs İddiaçı30 iştirakları ilə İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı9, İddiaçı8, İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı22, X37, İddiaçı27, X3 Bəxtiyar Əlşad oğlu, X145, X182, İddiaçı26, İddiaçı14, X9, X75, X119, X144, İddiaçı15, İddiaçı17, İddiaçı16, X57, X76, X146, Ramazanova Saday (Saray) Ramazan qızı, X97, İddiaçı18, İddiaçı19, İddiaçı20, X120, X147, İddiaçı21, İddiaçı23, İddiaçı24, İddiaçı25, X121, X148, Əliyev Hicran Səxavət oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X27 adına verilmiş seriya RX 0928447, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX 0098414, qeydiyyat tarixi xx.xx.2012-ci il, seriya RX ******* qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışların, plan-ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı9, İddiaçı8, İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı22, X37, İddiaçı27, X3 Bəxtiyar Əlşad oğlu, X145, X182, İddiaçı26, İddiaçı14, X9, X75, X119, X144, İddiaçı15, İddiaçı17, İddiaçı16, X57, X76, X146, Ramazanova Saday (Saray) Ramazan qızı, X97, İddiaçı18, İddiaçı19, İddiaçı20, X120, X147, İddiaçı21, İddiaçı23, İddiaçı24, İddiaçı25, X121, X148, Əliyev Hicran Səxavət oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X18 adına Seriya RX ******* qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018-ci il, Seriya RX ******* qeydiyyat nömrəsi 281/8017986 qeydiyyat tarixi xx.xx.2018-ci il, Seriya RX ******* qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli çıxarışların və torpaq sahələrinin plan və ölçüsünün, dövlət reyestrindən qeydin iddiaçılara aid hissədə ləğv edilməsi və həmin JN 061 KOD 30318068 saylı, JN 0057 KOD 30318068 saylı, JN 0058 KOD 30318068 saylı, JN 0069 KOD 30318068 saylı, JN 0059 KOD 30318068 saylı, JN 934 KOD 30318068 saylı, JN 927 KOD 30318068 saylı, JN 065 KOD 30318068 saylı, JN 068 KOD 30318068 saylı, JN 063 KOD 30318068 saylı, JN 062 KOD 30318068 saylı, JN 067 KOD 30318068 saylı, JN 066 KOD 30318068 saylı, JN 064, KOD 30318068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarına və xx.xx.2002-ci il tarixli 4Ə140 və xx.xx.2002-ci il tarixli 4Ə156 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən adlarına çıxarışların hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4694/2024 saylı Qərardadı ilə X58 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar İddiaçı9 və digərləri məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “X1 RX 0961268, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX ******* qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX ******* qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışların, plan-ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı30 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 2-1(118)- 4694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək, “X27 adına verilmiş seriya RX 0928447, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX 0098414, qeydiyyat tarixi xx.xx.2012-ci il, seriya RX ******* qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışların, plan-ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, JN 061 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı14, X4, X38, X39, X59 0.86 ha torpaq sahəsi; JN 0057 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, X60, X19, X40, X41, X28 0.86 ha torpaq sahəsi; JN 0053 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı15, İddiaçı18 və ailə üzvləri X98, X77 X99 1.11 ha torpaq sahəsi; JN 0069 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X122, X100, X123, X149, X42, X61, X20 1.36 ha torpaq sahəsi; JN 0059 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı17 0.17 ha torpaq sahəsi; JN 934 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X62 0.54 ha torpaq torpaq sahəsi; JN 927 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X124 0.54 ha torpaq torpaq sahəsi; JN 065 KOD 30318068 saylı torpaqğın mülkiyyətə verilməsinə dair Dövlət Aktma əsasən X5 0.17 ha torpaq torpaq sahəsi; JN 068 KOD 31318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X125, X63, X147, İddiaçı21, X126 0.86 ha torpaq torpaq sahəsi; JN 063 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı24, X64, X127, X101, X150 0.86 ha torpaq torpaq sahəsi; JN 062 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktma əs rsən İddiaçı16, X78, X128, X79, X102, Əliyev Hicran Səxavət oğluna 1.03 ha torpaq torpaq sahəsi; JN 067 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktma əsasən, İddiaçı22, X21, X103, X80, X81 0.86 ha torpaq torpaq sahəsi; JN 066 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktma əsasən X13, X82, X22, X10, 0.69 ha torpaq sahəsi, JN 064 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, İddiaçı9, İddiaçı2, X11, X23, X29, X14 1.20 ha torpaq sahəsi, JN 060 KOD 30318068 sayh torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, İddiaçı20, İddiaçı10, X83, X129, İddiaçı19, X130 1.03 ha torpaq sahəsi, JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, X65, X30, X66, X104 2.16 ha torpaq sahəsi, JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, X31, X15, X32, X84, X67 2.70 ha torpaq sahəsi, JN 9328 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən, X131, X105 1.06 ha torpaq sahəsi verilmişdir. Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724 nömrəli qətnaməsi ilə iddiaçı X27 İddiaçı9, İddiaçı14 və digərlərinə qarşı "torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, reyestrdən çıxarışın verilməsi” tələbi təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş cavabdehlərə münasibətdə iş üzrə yeni qətnamə qəbul edilərək mülki iş üzrə hazırkı iddia tələbi üzrə iddiaçılara, həmin mülki iş üzrə cavabdedehlərə münasibətdə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-237/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)- 237/2023 nömrəli iş üzrə qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnamə və qərardadına əsasən iddiaçıların mülkiyyət hüquqlarının bərpasını təmin etmək məqsədilə tərəflərindən verilmiş icrada dönüş edilməsi barədə ərizələri təmin edilməmişdir. Təmin edilməməsi həmin iş üzrə cavabdeh X43, X33 və alə üzvlərinin sonradan özlərinə məxsus torpaq sahələrini Azər Məlikməmınədovtın hüquqi varisi ilə alqı-satqı qaydasında satılması ilə əlaqələndirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadına əsasən mübahisənin həlli ilə bağlı ilk növbədə aidiyyatı üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqların qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququnun, inzibati orqan tərəfindən müraciətlərinin müsbət həlli olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması bildirilir. Mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədilə iddiaçılar inzibati iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətlər edərək hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışların hazırlanması xahiş etmişlər. Belə ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıların kollektiv müraciətinə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-23/2023 nömrəli qətnaməsi, qərardadı ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi, hər hansı bir vəzifənin qoyulmadığını bildirməklə ərizələrinin icrasından qanunsuz imtina etmişdir. Halbuki həmin qətnamə ilə X18 mülki iddiası iddiaçılara münasibətdə etibarsız hesab edilmiş və yuxarıda qeyd edilən mülkiyyət hüquqularına dair Dövlət Aktlarına əsasən çıxarışların hazırlanması təmin edilməli idi. Lakin cavabdeh orqan ərizənin mahiyyətini dəyişdirməklə mülkiyyət hüquqlarını yeni çıxarışla təmin etməmiş və dövlət qeydiyyatından qanunsuz imtina etmişdir. Ona görə də iddiaçılar mülkiyyət hüquqularının həyat keçirilməsi üçün inzibati məhkəməyə müraciət edirlər. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçılar iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: JN 0068 KOD 30318068 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN 0063 KOD 30318068 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN 932 KOD 30306018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN 933 KOD 30306018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN 0069 KOD 30318068 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə, eyni zamanda iddiaçılarnın dəqiqləşmiş iddia tələbi (X27 adına tərtib edilmiş çıxarışların, plan-ölçü sənədlərinin, reyestrdə aparılmış qeydlərin ləğvi) üzrə cavabdeh orqana müraciəti sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə olan qəbul edilsə də, iddiaçıların müraciətinə cavab verilmədiyindən bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, JN 061 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı14, X6, X44, X39, X59 0,86 ha torpaq sahəsi verilmişdir. JN 0057 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına sasən X34, X24, X45, X46, X28 0,86 ha torpaq sahəsi verilmişdir. JN 0058 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı15, İddiaçı18 və ailə üzvləriX98, X77 və X99 1,11 ha torpaq sahəsi verilmişdir. JN 0069 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X132, X100, X123, X149, X68, X42, X69, X20 1,36 ha torpaq sahəsi verilmişdir. JN 0059 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı17 0,17 ha torpaq sahəsi verilmişdir. JN 935 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X47 0,54 ha torpaq sahəsi verilmişdir. JN 934 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X70 0,54 ha torpaq sahəsi verilmişdir. JN 927 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X124 0,54 ha torpaq sahəsi verilmişdir. JN 0065 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X7 0,17 ha torpaq sahəsi verilmişdir. JN 0068 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X106, X85, X107, İddiaçı21, X126 0,86 ha torpaq sahəsi verilmişdir. JN 0063 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı24, X48, X127, X101, X150 0,86 ha torpaq sahəsi verilmişdir. JN 0062 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı16, X78, X128, X79, X102, Əliyev Hicran Səxavət oğluna 1,03 ha torpaq sahəsi verilmişdir. JN 0067 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı22, X21, X103, X80, X81 0,86 ha torpaq sahəsi verilmişdir. JN 0066 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X13, X82, X22, X10 0,69 ha torpaq sahəsi verilmişdir. JN 0064 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı9, İddiaçı2, X11, X23, X16, İddiaçı6bala oğluna 1,20 ha torpaq sahəsi verilmişdir. JN 0060 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı20, X35, X83, X86, İddiaçı19, X130 1,03 ha torpaq sahəsi verilmişdir. JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X65, X30, X66, X104 2,16 ha torpaq sahəsi verilmişdir. JN 932 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X31, X15, X32, X84, X67 2,70 ha torpaq sahəsi verilmişdir. JN 9328 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X131, X108 1,08 ha torpaq sahəsi verilmişdir. Daha sonra hazırki iş üzrə üçüncü şəxs olan X87 yuxarıda adları çəkilən şəxslərə qarşı “torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi həmin torpağın mülkiyyətinə verilməklə adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi” tələbi ilə Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-724/2009 saylı, 12 avqust 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və 17 iyul 2019-cu il tarixli, 16605 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzalar cavabdehlər (apellyantlar) və onların ailə üzvləri deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724/2009 nömrəli qətnaməsi qismən - İddiaçı14, X8, Ramazanova Saday (Saray) Ramazan qızı, X88, X57, X89, X146, X119, X144, X166, X151, X221 (Əlşad) oğlu, X183, X109, X90, X110, X49, İddiaçı17, X199 (Əzbala) qızı, X147, İddiaçı21, İddiaçı24, X91, Əliyeva Elvina (Elvanə) Yusif qızı, X152, X184, İddiaçı16, X133, X167, X121, X168, Əliyev Hicran Səxavət oğlu (Əliyeva Hicran Səxavət qızı), İddiaçı22, X37, X153, X134, X135, Qurbanova Həmyə (Hamiyə) Mülküm qızı, X50, X25, İddiaçı9, İddiaçı2, X26, X51, X29, İddiaçı6bala oğlu, İddiaçı20, X71, X136, X129, İddiaçı19, X169, X111, X72, X112, X154, X73, X36, X74, X137, X113, X108 münasibətdə ləğv edilməsi, həmin şəxslərə münasibətdə iş üzrə yeni qətnamə qəbul edilərək, onlara münasibətdə iddianın rədd edilməsi qət edilmişdir. Daha sonra iddiaçılar İddiaçı14 İddiaçı15, umazanova Gülçəmən Məlikəjdər qızı, İddiaçı18, X151, İddiaçı17, X120, Əliyev İddiaçı24, X91, İddiaçı16 Güiverdi oğlu, X133, X37, İddiaçı22, İddiaçı20, X166, digər şəxslər X97, X92, X88, X89, X147, İddiaçı21, İddiaçı19, maraqlarına toxunulan şəxs İddiaçı30, cavabdeh X2 hüquqi varisi, cavabdeh X12 və apellyant X17 nümayəndəsi İddiaçı9 tərəfindən verilmiş icrada dönüş ərizəsi digər şəxslərin adına çıxarış tərtib edildiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, sözügedən qərardadda həmçinin qeyd edilmişdir ki, “ərizəçilərin hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır”. Qeyd olunan məhkəmə qərarları əsasında iddiaçılar cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda adıçəkilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724/2009 nömrəli qətnaməsi ləğv edilmiş, üçüncü şəxs X52 çıxarışların verilməsinə əsas olan müqavilələrin etibarlı sayılmasına dair iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədə müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzaların cavabdehlər və onların ailə üzvləri tərəfindən irca edilmədiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan reyestrdə aparılmış qeydin düzgün olmadığını bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində RX 0928447, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX 0098414, qeydiyyat tarixi xx.xx.2012-ci il, seriya RX ******* qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışların tərtib edilməsinə əsas Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724/2009 nömrəli qətnaməsi olmuşdur ki, hazırda həmin qətnamə ləğv edilmişdir. Məhkəmə inzibati işin araşdırılması ilə bağlı aidiyyatı üzrə cavabdeh orqana çıxarışların verilməsinə əsas olan sənədlərin təqdim edilməsi üçün sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq 11 iyul 2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən aydın olur ki, mübahisəli torpaq sahələrinə dair ilk növbədə X27 mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarışlar tərtib edilmiş, sonuncu öldükdən sonra isə qanun üzrə vərəsəlik əsasında torpaq sahələri X18 mülkiyyətinə keçmişdir. Məhkəmə zəruri olaraq qeyd edir ki, çıxarışların verilməsinə əsas olan Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724 nömrəli qətnaməsi qismən ləğv edildiyindən və hazırki iddiaçılara münasibətdə X27 iddia tələbi rədd edildiyindən, onun əsasında verilmiş çıxarışlar da ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X27 adına verilmiş seriya RX 0928447, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX 0098414, qeydiyyat tarixi xx.xx.2012-ci il, seriya RX ******* qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışlar, plan-ölçü sənədləri və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X27 adına verilmiş seriya RX 0928447, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX 0098414, qeydiyyat tarixi xx.xx.2012-ci il, seriya RX 0928495, qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışlar, plan-ölçü sənədləri və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar