Məhkəmə qərarları › İş №2-1(118)-47/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-47/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-47/2020 28.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı X8rşı “JN-119A saylı 30609018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” X1 İddiaçı kimi qeyd edilməklə həmin şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrində çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xızı rayonu Tıxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli **********06 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq “JN-119A saylı 30609018 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin və xx.xx.2002-ci il tarixli “Yaşayış evi almaq hüququna dair” Orderdə göstərilmiş yaşayış evinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək JN-119A saylı 30609018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” X1 X3 qeyd edilməklə həmin şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrində çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 1992-ci ildən Xızı rayonu, Tıxlı kəndində yaşayır. Yaşadığı ev dövlət tərəfindən tikilmiş və Kommunal Təsərrüfatı Müəssisələrinin balansına verilmişdir. Xızı Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Xızı rayonu üzrə dövlət tərəfindən tikilmiş yaşayış evlərinin orderləşdirilməsi üçün komissiya yaradılmış, xx.xx.2002-ci ildə Xızı Rayon İcra Hakimiyyəti başçısının eyni tarixli sərəncamma əsasən iddiaçıya order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 dövlət reyestrindən çıxarışın alınması üçün müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, onun adına order verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qardaşı X4 adına rəsmiləşdirildiyindən dövlət reyestrindən çıxarışın verilməsi mümkünsüzdür. Daha sonra iddiaçının əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, X7 səhvən iddiaçının qardaşı X4 adı verilmişdir. Məhz bu səbəbdən də DTXK Xızı rayon şöbəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli Şəhadətnamə iddiaçının qardaşının adına verilmişdir. Bu yanlışlığı Xızı rayonu Tıxlı Bələdiyyəsi və Tıxlı kənd X16 üzrə Nümayəndəliyi də təsdiq edir. Belə ki, Xızı rayonu Tıxlı Bələdiyyəsi və Tıxlı kənd X16 üzrə Nümayəndəliyi tərəfindən iddiaçıya verilən arayışlarda da qeyd olunmuşdur ki, səhvən X7 İddiaçı əvəzinə, qardaşı X4 adı verilmişdir. Göründüyü kimi, 2002-ci il tarixdə iddiaçının adına order verilsə də, 4 il sonra - 2006-cı il tarixdə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə səhvən iddiaçının qardaşı X4 adına verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqalan ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqlan və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yükliilüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanmması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşmmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd olunanlardan və qanunvericilin sadalanan normalarından da görünür ki, Xızı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən iddiaçıya yaşayış evinə dair order verilsə də, "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə yanlışlığa yol verilməsi səbəbindən əmlakıma sərəncam vermək hüququm məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Xızı rayonu, Tıxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxx 2017-ci tarixli ərizə və ərizəyə əlavə olunmuş sənədlərlə Azərbaycan Respublikası Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar ona bildirilmişdir ki, təqdim etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə“-də hüquq sahibi X11 qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Ərizəsi ilə əlaqədar İddiaçı bildirilmişdir ki, hüquq sahibi və ya onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı xx xxxx 2017-ci il tarixli **********76 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Daha sonra İddiaçı Xızı rayonu, Tıxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ərizə ilə yenidən Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri təqdim edilmədiyindən müraciətin icrasının mümkün olmadığı və qanunvericiliyin tələblərinə cavab verən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə qanunauyğun qaydada baxılacağa İddiaçı bildirilmiş və bu barədə ona xx xxxxxx 2019-cu il tarixli **********06 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdehnə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçının təqdim etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə“də hüquq sahibi X11 qeyd olunmuşdur. Bu isə dövlət reystrində qeydiyyatda hüquq sahibinin iddiaçı yox, digər şəxs olmasınını göstərir. Bu halda inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilmir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. İddiaçı ərizəsində qeyd edir ki, X7 səhvən iddiaçının qardaşı X4 adı verilmişdir. Məhz bu səbəbdən də DTXK Xızı rayon şöbəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli Şəhadətnamə iddiaçının qardaşının adına verilmişdir. Bu yanlışlığı Xızı rayonu Tıxlı Bələdiyyəsi və Tıxlı kənd X16 üzrə Nümayəndəliyi də təsdiq edir. Xızı rayonu Tıxlı Bələdiyyəsi və Tıxlı kənd X16 üzrə Nümayəndəliyi tərəfindən iddiaçıya verilən arayışlarda da qeyd olunmuşdur ki, səhvən X7 İddiaçı əvəzinə, qardaşı X4 adı verilmişdir. Məhkəmə hesab edirki, dövlət reystrində qeydə alınmış mülkiyyət sənədinin müvafiq arayış ilə qeydiyyatının dəyişdiyişdirilməsinə cavabdeh inzibati orqana icazə verilməsi qanunvericiliklə tənzimlənməməşdir, cavabdeh inzibati orqanın belə bir səlahiyyəti yoxdur. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı düzgün olmayan hüquq müdafiyə vasitəsi seçmişdir. İddiaçıya izah edilsin ki, hüquqla bağlı mübahisə olmadığı halda, hüquqi faktın müəyyən olunması ilə bağlı müvafiq umumi məhkəməyə müraciət edə bilərlər. Bundan sonra yenidən inzibati orqana müraciət etmələridir. Hüquqla bağlı mübahisə olarsa, müvafiq mülkiyyət sənədi mübahisələndirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar