Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4703/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Nügədi meyvəçilik sovxozu əmək kollektivi şurasının 5 avqust 1993-cü il tarixli protokolunun qərarına əsasən Birinci Nügədi kəndi ərazisindən ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Nügədi meyvəçilik sovxozu əmək kollektivi şurasının 5 avqust 1993-cü il tarixli protokolunun qərarına əsasən Birinci Nügədi kəndi ərazisindən ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Nügədi meyvəçilik sovxozu əmək kollektivi şurasının 5 avqust 1993-cü il tarixli protokollu qərarına əsasən İ Nügədi kəndi ərazisindən iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata göndərmişdir. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli cavab məktubuyla fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin ayrılmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini və həmçinin xx.xx.2023-cü İl tarixli 3-48- ДА/2-А/3xx-xx/2023 nömrəli arxiv çıxarışında göstərilən “Nügədi” meyvəçilik sovxozu üzrə xx.xx.1993-cü il tarixli 90 nömrəli əmri vətəndaşlara həyətyanı torpaq sahələrinin təhkim edilməsi barədə olduğunu qeyd edərək çıxarışın verilməsindən imtina etmişdir. X8 X3 aydın olur ki, “Nügədi” meyvəçilik sovxozunun № 90-li Əmri ilə iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Quba rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin Rəyinə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə və hüquqmüəyyənedici sənədlərin hazırlanmasına etiraz etmir. Fərdi yaşayış evinin tikinti layihəsinə əsasən həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 10 avqust tarixli ,113 nömrəli Fərmanın 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş”qeydiyyat orqanf’nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Qanunun 4.1-ci maddəsinə əsasən,2006-ci il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tələfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci madddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir.Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsanamənin 4,10,11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrinin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçrilir. “Daşınmaz mlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanaları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakmiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidir. Beləliklə torpaq üzərində hüquqlara dair Dövlət Aktlarının hazırlanması, verilməsi və qeydiyyata alınması iddiaçıya sənəd verilən dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyatı kitablarda, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Nügədi Meyvəçilik sovxozu direktorunun 16 avqust 1993-cü il tarixli, 90 saylı Əmrinə əsasən Nügədi meyvəçilik sovxozu üzrə əmək kollektivi şurasının 05 avqust 1993cü il tarixli protokol qərarında göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 saylı qərarı ilə sovxoz üçün ayrılmış həyətyanı torpaq fondu daxilində ailə vəziyyətlərini və sovxozda həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşların böyük növbəsini nəzərə alaraq 231 nəfər fəhlə və qulluqçu üçün təsdiq olunmuş 20.54 ha fond daxilində almayanların hesabına adı siyahıda göstərilən İddiaçı 0.08 ha torpaq sahəsi növbədənkənar təhkim edilmişdir. (məhkəmə sorğusuna cavab olaraq sözügedən Əmrin arxiv çıxarışı Azərbaycan Respublikası Dövlət X7 tərəfindən məhkəməyə təqdim edilmişdir) Quba rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2023-cü il tarixli, 575 saylı rəyində qeyd edilmişdir ki, Fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi Birinci Nügədi bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respubilikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün Torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanmasına etiraz etmirlər. Təhkim aktının, kəndin yerquruluşu xəritəsindən çıxarışların, memarlıqplanlaşdırma bölməsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin 31 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində Quba rayonu Nügədi Meyvəçilik sovxozunun xx.xx.1993- cü il tarixli 90 saylı Əmri, eləcə də həmin əmrin əsasında İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Arxivdə saxlanılan Quba rayonu, Birinci Nügədi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında (əlyazma və elektron) İddiaçı (Kəspər) oğlu və onun ailə üzvlərinin adları 166-cı sırada qeydə alınmış və qanuni həyətyanı torpaq sahəsi 0.20 ha göstərilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən müayinə aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olmuşdurlar və həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Ölçü və koordinatları GPS aləti və ölçmə cihazları vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, Torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə Bələdiyyə tərəfindən təsdiq olunmuş 1:2000-lik və 1:10 000-İİk sxemlərdə göstərilmiş torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsi X1 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Sözügedən mübahisəli torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. JN-166 nömrəli şəhadətnamə mübahisəli torpaq sahəsində deyil kəndin başqa bir hissəsində yerləşir və faktiki olaraq iddiaçının öz istifadəsindədir. Torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər işə əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Nügədi meyvəçilik sovxozu əmək kollektivi şurasının 5 avqust 1993cü il tarixli protokolunun qərarına əsasən Birinci Nügədi kəndi ərazisindən ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi və fərdi yaışı evi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, fərdi yaşayış evinə dair məlumatlandırma icraatı haqqında məlumat digər şəxs tərəfindən yazılmışdır. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş arxiv çıxarışında göstərilən Nügədi meyvəçilik sovxozu üzrə xx.xx.1993-cü il tarixli 90 №li əmri vətəndaşlara həyətyanı torpaq sahələrinin təhkim edilməsi barədədir. Bundan əlavə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş arxiv məlumatlarında, elektron məlumat bazasında müvafiq Aqrar islahat Komissiyasının qərarı əsasında 0.20 ha ölçüdə iddiaçı və ailə üzvlərinin adlarına JN-166 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" işlənilmişdir və fərdi yaşayış evinə aid isə 67 nömrəli qeydiyyat vəsiqəsi mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Torpaq islahatı haqqında” Qanuna əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Nügədi Meyvəçilik sovxozu direktorunun 16 avqust 1993-cü il tarixli, 90 saylı Əmrinə əsasən Nügədi meyvəçilik sovxozu üzrə əmək kollektivi şurasının 05 avqust 1993-cü il tarixli protokol qərarında göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 saylı qərarı ilə sovxoz üçün ayrılmış həyətyanı torpaq fondu daxilində ailə vəziyyətlərini və sovxozda həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşların böyük növbəsini nəzərə alaraq 231 nəfər fəhlə və qulluqçu üçün təsdiq olunmuş 20.54 ha fond daxilində almayanların hesabına adı siyahıda göstərilən İddiaçı 0.08 ha torpaq sahəsi növbədənkənar təhkim edilmişdir. (məhkəmə sorğusuna cavab olaraq sözügedən Əmrin arxiv çıxarışı Azərbaycan Respublikası Dövlət X7 tərəfindən məhkəməyə təqdim edilmişdir) Belə ki, torpaq sahəsinə münasibətdə iddianın təmin edilməsi üçün hüquqi əsas mövcuddur. Bundan əlavə iddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Quba rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2023-cü il tarixli, 575 saylı rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi Birinci Nügədi bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respubilikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün Torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanmasına etiraz etmirlər. İddiaçı tərəfindən tikinti ərazəsinin baş planı, memarlıq-planlaşdırma bölməsinin surəti iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Bundan əlavə cavabdeh imtinasında qeyd edir ki, arxiv məlumatlarında, elektron məlumat bazasında müvafiq Aqrar islahat Komissiyasının qərarı əsasında 0.20 ha ölçüdə iddiaçı və ailə üzvlərinin adlarına JN-166 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" işlənilmişdir və fərdi yaşayış evinə aid isə 67 nömrəli qeydiyyat vəsiqəsi mövcuddur. Məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən müayinə aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olmuşdurlar və həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Ölçü və koordinatları GPS aləti və ölçmə cihazları vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, Torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə Bələdiyyə tərəfindən təsdiq olunmuş 1:2000-lik və 1:10 000-İİk sxemlərdə göstərilmiş torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsi X1 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Sözügedən mübahisəli torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. JN-166 nömrəli şəhadətnamə mübahisəli torpaq sahəsində deyil kəndin başqa bir hissəsində yerləşir və faktiki olaraq iddiaçının öz istifadəsindədir. Torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər işə əlavə edilmişdir. Göründüyü kimi imtinada qeyd edilən ziddiyyətli vəziyyət aradan qalxmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Nügədi meyvəçilik sovxozu əmək kollektivi şurasının 5 avqust 1993-cü il tarixli protokol qərarına əsasən Birinci Nügədi kəndi ərazisindən ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4703/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4703/2024
27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver