Məhkəmə qərarları › İş №2-1(118)-471/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-471/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-471/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X16 Ramiz qızının katibliyi, İddiaçı X8 iştirakı ilə, İddiaçı X8 cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının qərarının X3 aid hissədə ləğv edilməsi və həmin qərara X9, yəni torpağın əvvəlki istifadəçisinin adının yazılması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlaraq : MÜƏYYƏN ETDİ : İddiaçı X14 cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının qərarının X3 aid hissədə ləğv edilməsi və həmin qərara X9, yəni torpağın əvvəlki istifadəçisinin adının yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 aprel 2021-ci il tarixli qərardadına əsasən X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1949-cu il tarixdə Quba rayonu ll Nügədi kəndində anadan olmuşdur. 09.07.1950-ci ildə onun atası X17 vəfat etmişdir. Atasından yaşayış evi və 0.26 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin evə və torpağa dair məlumatlar Milli Arxivdə olsa da, DƏDRX-də öz əksini tapmamışdır. Atasının vəfatından sonra iddiaçının anası X15 həmkəndlisi X4 ərə getmişdir. Sonuncu onların evinə köçüb orada yaşamağa başlamışdır. Atalığı İsmayılın öz evi olmamışdır. Bundan sonra təsərrüfatbaşına kitabda ailə başçısı kimi Abdullayev Bayram deyil, İsmayıl göstərilmişdir. Halbuki, həmin ev 1918-ci ildə inşa edilmiş və 0.26 ha həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçının doğma atası olan X23 oöluna məxsus olmuşdur. İddiaçı həmin evə və torpağa dair vərəsəlik hüququq əldə etmək üçün müraciət etdikdə ona imtina cavabı verilərək izah edilmişdir ki, həmin torpağa dair aqrar islahat komissiyasının qərarına əsasən X1 adına şəhadətnamə verilmişdir. Bununla bağlı iddiaçı aqrar islahat komissiyasının qərarının dəyişdirilərək X1 əvəzinə X9 adının qeyd edilməsini tələb edir. Şifahi məhkəmə baxışında iddiaçı Münəvvər Qasımova iddia təlıbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04.12.2018-ci il tarixli məktubundan görünür ki, X1 adına olan 0.10 ha torpaq sahəsinə verilmiş JN-176G kod 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmiş DTXK tərəfindən təhvil verilmş şəhadətnamələrin verilməsi kitabında JN-176 kimi qeyd olunmuşdur. -X25 filialı tərəfindən verilmiş 26 oktyabr 2018-ci il tarilxi 1981 saylı arxiv arayışından görünür ki, Quba rayonu ll Nügədi kənd Sovetinin Dmitrov adına kolxozun Torpaqların qeydə alınması üzrə 1949-cu ilə aid Dövlət Torpaq X2 istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. -Quba RİHB-nın ll Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 11 iyul 1950-ci ildə vəfat etmişdir. -X24 filialı tərəfindən verilmiş arxiv arayışlarından görünür ki, 1986-1990-cı illərdə X6 təsərrüfat başçısı olmuş, digər arayışda onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evinin və şəxsi istifadəsində 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. -Torpağın mülkiyyətə verilməsinə dair JN-176G saylı kod 30319018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə X3 0.10 ha torpaq sahəsi ayrılmışdır. -məhkəmənin sorğusuna cavab olaraq X25 filialı 30.04.2021-ci il tarixli məktubunda bildirmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci ilə aid 14 saylı iclası 01 noyabr 1997-ci il tarixdə olmuşdur. Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixdə iclası keçirilməmişdir. -Qasımova MÜnəvvər İsmayıl qızının 22 fevral 2011-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, mərhum atası X13 oölundan miras qalmış Quba rayonu 2 Nügədi kındində yerləşən 0.10 ha torpaq sahəsindən ona düşən məcburi payı qəbul etmədiyini və gələcəkdə də etməyəcəyini, bununla məhkəməyə müraciət etməyəcəyini və heç bir iddiasının olmayacağaını bildirmişdir. -Quba rayon Məhkəməsinin 23.10.2019-cuil tarixli 2(027)-1989/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Qasımova Münəvvər Bayram qızınını cavabdeh DƏDRX_nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı ilə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçının mübahisələndirilən qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsinə dair iddiası Quba rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində aqrar islahat komissiyasının mübahisələndirilən qərarına istinad olunmuşdur. Beləliklə, iddiaçı ən azı 2019-cu ildə həmin qərardan xəbərdar olmuşdur. Buna baxmayaraq iddianı 2020-ci ilin noyabr ayında qaldırmışdır. Bununla da o, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Məhkəmə Azərbaycan Respublikası ərazisində aqrar islahatlarının 2005-ci ildə tamamilə başa çatdığını və həmin ildə aqrar islahat komissiyalarının fəaliyyətinin dayandırıldığını nəzərə alaraq hesab edir ki, iddiaçı atasına düşən pay torpağının verilməməsini ən azı 10 ildən artıq müddətdir bilmiş və bununla bağlı hər hansı instansiyaya və ya məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X26 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq 4 üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı X8 cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının qərarının X3 aid hissədə ləğv edilməsi və həmin qərara X9, yəni torpağın əvvəlki istifadəçisinin adının yazılması X8 cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının qərarının X3 aid hissədə ləğv edilməsi və həmin qərara X9, yəni torpağın əvvəlki istifadəçisinin adının yazılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X8 cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının qərarının X3 aid hissədə ləğv edilməsi və həmin qərara X9, yəni torpağın əvvəlki istifadəçisinin adının yazılmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar