Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-473/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yaşımın tamam olması ilə əlaqədar 08.06.N2-ci il tarixdə Xaçmaz rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, elə həmin gün Qaradağ rayonunun Sanqaçal qəsəbəsində dislokasiya olunmuş 719 saylı taborda xidmətə başlamışdır.10 günlük təlimdən sonra başqa hərbiçilərlə birlikdə Laçın rayonunun Hoçaz kəndində erməni silahlı dəstələri ilə döyüşən N saylı hərbi hissəyə göndərilmişdir. Orada hərbi hissənin komandiri polkovnik Dilqəm Məmmədovun rəhbərliyi altında döyüşlərdə iştirak etmişdir.N3-cü ilin mart ayın 15-2N tarixlərində N saylı hərbi hissənin qərargah rəisi leytenant rütbəli Namiq adlı hərbiçinin rəhbərliyi ilə bir dəstə döyüşçülərlə hərbi avtomobillə Laçın rayonunun Kürdhacılı kəndinə, oradan isə piyada-dağ yolu ilə Kəlbəcər rayonunun Qamışlı kəndinə erməni hərbi birləşmələri ilə mübarizə aparmağa getmişlər və 10 gün şiddətli döyüşlərdən sonra Kəlbəcər rayonu işğala məruz qaldığından sağ qalmış bir neçə döyüş yoldaşları ilə N3-cü ilin aprelin 3-də yaralı döyüşçüləri də özləri ilə götürüb oradan Murovdağ yoıu ilə Xanlar (indiki Göygöl) rayonunun Toğana kəndinə, oradan isə Hacıkənd qəsəbəsində pioner düşərgəsində briqada komandiri polkovnik Qənizadənin rəhbərlik etdiyi hərbi hissəyə gəlmişlər. Təxminən bir aya yaxın orada xidmət etdikdən sonra 15 may N3-cii il tarixdə 8 ədəd "İkarus" avtobusu ilə əsgərləri, o cümlədən onu Beyləqan rayonunun Daşbıırun qəsəbəsinə gətirib məktəb binasında yerləşən hərbi hissəyə təhvil vermişlər. Bir neçə gün sonra, o da daxil olmaqla N nəfərdən ibarət yeni hərbi hissə təşkil edib Füzuli rayonunun Qorqar kəndinə erməni silahlı dəstələri ilə döyüşə yollamışlar. Orada erməni silahlıları ilə döyüşən zaman 26.01.N4-cü il tarixdə başından qəlpə yarası almış və Füzuli rayonun Bəhmənli kəndində yerləşən hərbi hospitala gətirilmişdir. Hospitalda ilkin tibbi yardım aldıqdan sonra Beyləqan rayonuna mülki xəstəxanaya aparılmış, oradan da 30 nəfər yaralı ilə helikopterlə Bakı şəhəri Zabrat qəsəbəsinə aerodroma, oradan da tibbi avtomaşınla Qara Qarayev metrosu yaxınlığında yerləşən, "vərəm dispanseri" kimi tanınan xəstəxanaya gətirilmişdir. Başında cərrahi əməliiyyat olduqdan sonra 5 ay stasionar müalicə olunmuşdur. N4-cü ilin iyun ayında sağalaraq evə yazılmışdır. 12 may N4-cü ildən müharibə dayandığı üçün Xaçmaza qayıdaraq rayon hərbi komissarlığına müraciət etmiş, təxminən 6-7 ay sonra poçt vasitəsi ilə Xaçmaz rayon hərbi komissarlığından yollanılmış hərbi bileti ünvanıma daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, döyüş əməliyyatları aparmış N nömrəli hərbi hissələrin tərkibində hərbi xidmət keçmişdir. Döyüş əməliyyatları aparmış hərbi hissənin tərkibində hərbi xidmət keçdiyindən cavabdeh onun döyüşlərdə iştirak etməsini mübahisələndirmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. ’’Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən də vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.İddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. İddiaçı da ərizəsində hərbi xidmətdən əmr əsasında buraxıldığını göstərmir. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığına görə məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan : -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 13.09.2020-ci il tarixli 9/2-13141 №-li arxiv arayışından görünür ki, X2 N nömrəli hərbi hissə komandirinin N oktyabr N2-cü il tarixli 179 №-li əmrində (əsas: səh-299, sıra-73, əmrdə atasının adı Asif yazılmışdır) N №-li hərbi hissənin sıravisi X1 Laçın döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 98 №-li əmrində əsas: səh-3, §-1, sıra-32, əmrdə adı Asif yazılmış, atasının adı yazılmamışdır) Asif Seyidəliyevin may ayı üçün döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 135 №-li əmrində əsas: səh-33, §-3 sıra-19, əmrdə adı Asif yazılmış, atasının adı yazılmamışdır) Asif Seyidəliyevin iyun ayı üçün döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müvafiq anına əsasən Xaçmaz RHK-dan çağırılmış, maddt təminat taburunun hərbi qulluqçusu Asif Seyidəliyevin N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli 210 Nq-İİ əmrində (əsas: səh-42, §-3 sıra-17, əmrdə adı Asif yazılmış, atasının adı yazılmamışdır) ştatdan kənar edilərək bütün növ təminatlardan azad olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -НЗ № ******* hərbi biletdən görünür ki, İddiaçı 08.06.N2-ci il tarixdə hərbi xidmətə başlamış, N nömrəli hərbi hissənin N oktyabr N3-cü il tarixli 210 N-İi əmri ilə ştatdan kənar edilərək bütün növ təminatlardan azad olunmuşdur. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən 29.09.2020-ci il tarixli 1/S-12927 №-li məktubundan görünür ki, Mərkəzi Arxivin 13.09.2019-cu il tarixli 9/2- 13141 nömrəli arayışına əsasən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə 04.10.N3-cü il tarixdə qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən N1-ci il oktyabrın 9-dan N4-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. 10 iyun N2-ci ildə qəbul edilmiş və 2011-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin X3 təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 iyul N2-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti N oktyabr N1-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may N4-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N6-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N6-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr N6-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N6-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçının tərxis olunmasına dair arayış qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti N6-cı ildən sonra başlandığından, N3-cü ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-473/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-473/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver