Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4735/2025 18.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə (Açar sözlər: diplomun tanınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Hacıyev X9 Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı 1996-cı ildə Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki Məktəbində “X2” ixtisası üzrə təhsil almış və 1998-ci ildə həmin məktəbi bitirərək daxili xidmət leytinantı rütbəsi alaraq həmin tarixdən hal- hazırki vaxtadək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində müxtəlif vəzifələrdə işləmiş, hazırda ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin 49 nömrəli YMH-nin rəisi vəzifəsində işləyir. FHN-nin Daxili xidmət mayoru rütbəsinə malikdir. Hacıyev X6 Respublikası Minsk şəhərində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinə bakalavır təhsili üzrə 08 oktyabr 2021-ci il tarixdə daxil olmuş və 26 iyun 2024-cü il tarixdə həmin Univerisiteti “Fövqəladə vəziyyətin xəbərdarlığı və aradan qaldırılması” ixtisası üzrə bitirmiş, diplomu Belarus Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Həmin diplomun tanınması üçün İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və tələb olunan bütün sənədləri Nazirliyə təqdim etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yanında TKTA-nin NA 00036195 saylı 31 yanvar 2025-ci il tarixli məktubunda ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X10 təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydalarf’nm 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasımn tanınmasından imtina edilmişdir. Qeyd olunan məktubun özündə göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur. Təhsil aldığı müddətlərdə sesiyalarda iştirak etmək üçün İddiaçı hər il Belarusiya Respublikasına getmiş, tədris müddətində həmin ölkədə olaraq universitetin tədris etdiyi dərslərdə iştirak etmişdir. Belə ki, qeyd olunan diploma əlavədən göründüyü kimi İddiaçı bütün təhsil proqramını ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirməklə başa çatdırmış və həmin əlavə də Belarus Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Təhsil məzuniyyərinin verilməsi haqqında” 23 may 2023-cü il tarixli № 0316/C saylı əmri ilə İddiaçı 2023-cü ilin may ayının 23-dən iyun ayının 16-dək 15 gün müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Təhsil məzuniyyərinin verilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli № 0770/C saylı əmri ilə İddiaçı 2023-cü ilin oktybr ayının 10-dan oktyabr ayının 30-dək 21 gün müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Təhsil məzuniyyərinin verilməsi haqqında” 23 may 2024-cü il tarixli № 0453/C saylı əmri ilə İddiaçı 2024-cü ilin may ayının 26-dan iyun ayının 26-dək 32 təqvim günü müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Həmçinin, İddiaçı xarici pasportunda olan Belarus Respublikasına giriş-çıxış möhürlərindən də göründüyü kimi o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin ölkənin ərazisində olmuşdur. Əlavə olaraq X5 Nazirliyinin Univerisiteti ilə Azərbaycan Respublikası Fövqalədə Hallar Hazirliyinin arasında qarşılıqlı razılaşmaya əsasən 2022-ci ildə Rusiya Ukrayna müharibəsinin Belarusiya Ərazisindən başlanması ilə əlaqədar iddiaçı Belearusiya Respublikasının Univerisiteti tərəfindən oraya dəvət edilməmiş və imtahanları onlayın şəkildə vermişdir. Bu iddiaçının iradəsindən aslı olmayan obyektiv hallara görə baş vermişdir. İddiaçı həmin Unviresitetdə təhsil aldığı ixtisaslar üzrə təhsil proqramında nəzərdə tutulmuş 180-240 ECTS kreditləri toplamış, tədris təcrübəsi keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni İddiaçı tərəfindən təhsil aldığı müəssisənin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Yəni, hər dəfə sesiyada iştirak etmək üçün İddiaçı Belarus Respublikasında olduğu minimum müddət 180 saatdan çox olmuş, buna baxmayaraq heç bir araşdırma aparılmadan əsassız olaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. X10 Təhsil Sahəsində ixtisaslarının tanınması və ekvivalenti iyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 may 2003-cü il tarixli 64 saylı qərarının 3.6-cı bəndində göstərilir ki, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy: təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin qərarın 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə , tutulduğundan bir il az olduqda: təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, göründüyü kimi imtina üçün qanununda nəzərdə tutulan əsasların heç biri mövcüd olmadan əsassız olaraq İddiaçı xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasınm tanınmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş xx.xx.2024 -cü il tarixli, ДИ № ******* nömrəli diplom üzrə əldə etdiyi “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "X10 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları"nın uyğun olaraq aparılmışdır. 1.1-ci bəndində qeyd olunur ki, Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris Hi 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı Hə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir.(Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir) Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-getməyib (pandemiya dövrü) İİ İl 1-14 gün İİİ il 1-1 ay 21 gün Kollec diplomu əsasında qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər”. Eyni qərarın 29-cü bəndində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. ” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli, 2-1(102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. ” “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. ” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhrmalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Yekun olaraq cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yanmbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 31 yanvar 2025-ci il tarixli NA00036195 saylı qərarı ilə İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. AB-İİ 033658 saylı diplomun surətindən görünür ki, İddiaçı 1996-cı ildə Azərbaycan Respublikası DJN-nın Bakı Yanğın-Texniki Məktəbinə daxil olmuş və 05 noyabr 1998-ci ildə yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ona X2 ixtisası verilmişdir. ДИ ******* saylı ali təhsil haqqında diplomunun tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis istisası verilmişdir. Hazırki diplom ixtisasın əldə olunması ilə bağlı bütün işlərin müstəqil yerinə yetirilmə hüququnu verir. ДИ ******* saylı diploma əlavədən (məqbul imtahan cədvəlindən çıxarış) görünür ki, iddiaçı 08 oktyabr 2021-ci il tarixdən 26 iyun 2024-cü il tarixədək Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi fakültəsində fövqəladə halların qarşının alınması və aradan qaldırılması ixtisası üzrə fənləri mənimsəmiş, bilikləri göstərmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının 12 dekabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən 1996-cı ildən 1998-cı ilədək Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki Məktəbində “X2 ixtisası üzrə təhsil almışdır. Eləcə də təsdiq edirik ki, İddiaçı adına təhsil haqqında verilən AB-İİ № 033658 nömrəli (qeydiyyat № 62, 05.11 1998-ci il tarixli) diplom həmin müddətdə aşağıdakı vəzifəli şəxslər tərəfindən imzalanmışdır. Dövlət ixtisas komissiyasının sədri - Daxılı İşlər nazirinin muavını polis general-leytenantı X3; Direktor - Bakı Yanğın-Texniki Məktəbinin rəisi daxılı xidmət polkovniki X7, Katib - Tədris şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı X4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2021-ci il tarixli 1005/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2021-ci ilin dekabr ayının 13-dən 27dək 15 təqvim günü müddətinə; 08 iyun 2022-ci il tarixli 0375/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2022-ci ilin iyun ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 23 may 2023-cü il tarixli 0316/e saylı əmrilə İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2023-cü il may ayının 23-dən iyun ayının 6-dək 15 təqvim günü müddətinə, 06 oktyabr 2023-cü li tarixli 0770/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmələri üçün 2023-cü il oktyabr ayının 10-dan 30-dək 21 təqvim günü müddətinə, 23 may 2024-cü il tarixli 0453/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 16 may 2025-ci il tarixli 48/1-35-719 saylı məktubu iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-1543/25 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2021-2024-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2023 Çıxış Belarusiya xx.xx.2023 Giriş Belarusiya xx.xx.2023 Çıxış Belarusiya xx.xx.2023 Giriş Belarusiya xx.xx.2024 Çıxış Belarusiya xx.xx.2024 Giriş Belarusiya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından mühafizə Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı təhsil məzuniyyəti ilə əlaqədar əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia məcburetmə haqqında iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddia müddətinə əməl edilmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 31 yanvar 2025-ci il tarixli NA00036195 saylı qərarı ilə İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş xx.xx.2024 -cü il tarixli, ДИ № ******* nömrəli diplom üzrə əldə etdiyi “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-getməyib (pandemiya dövrü) İİ il 1-14 gün İİİ il 1-1 ay 21 gün Kollec diplomu əsasında qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. X10 təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. X10 təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, X10 təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında X10 təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: Bənd 3.2. Tədrisin təşkili 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10 təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Hazırkı işin hallarından görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis istisası verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2021-ci il tarixli 1005/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2021-ci ilin dekabr ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 08 iyun 2022-ci il tarixli 0375/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2022-ci ilin iyun ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 23 may 2023-cü il tarixli 0316/e saylı əmrilə İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2023-cü il may ayının 23-dən iyun ayının 6-dək 15 təqvim günü müddətinə, 06 oktyabr 2023-cü li tarixli 0770/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmələri üçün 2023-cü il oktyabr ayının 10-dan 30dək 21 təqvim günü müddətinə, 23 may 2024-cü il tarixli 0453/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən: Maddə 1. Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 16 may 2025-ci il tarixli 48/1-35-719 saylı məktubunda qeyd edilmişdir ki, Dövlət Təhsil Müəssisəsi “Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Belarus Respublikası Prezidentinin 19 avqust 2016-cı il tarixli, 313 №-li Fərmanı ilə Komanda-Mühəndis İnstitutu, X8 və Təkrar Hazırlıq və İxtisasartırma İnstitutunun bazasında yaradılmışdır. Universitet, Belarus Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyaya malikdir, həmçinin Belarus Respublikası Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətinə Nəzarət Departamenti tərəfindən akkreditasiyadan keçmişdir. xx.xx.2021-ci il tarixli, Mülki Müdafiə Universitetinin № 145к/л-с əmri ilə iddiaçı qiyabi (distant) təhsil forması üzrə təhsil almaq üçün qısaldılmış müddətə qəbul olunmuşdur...Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təhsili, xx.xx.2006-cı il tarixli “Belarus Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən və xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini general- leytenant Tağızadə f.d.o. tərəfindən razılaşdırılmış “Xarici təhsilalanların (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının) distant təhsil forması üzrə təhsil prosesinin təşkili haqqında Təlimat’’a uyğun olaraq həyata keçirilir. Qiyabi (distant) təhsil forması, tədris materiallarının bir hissəsinin müstəqil şəkildə və bir hissəsinin isə müəllimlə birbaşa öyrənilməsini, bilik, bacarıq və vərdişlərin yoxlanılmasını isə imtahan-laborator sessiyaları çərçivəsində keçirilən cari və yekun attestasiya zamanı nəzərdə tutur. Universitetdə imtahan-laborator sessiyaları tək semestrlərdə müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə etməklə, videokonfrans rabitəsi vasitəsilə təhsilalanm şəxsiyyətinin identifikasiyası və autentifikasiyası imkanı ilə təşkil olunmuşdur. Cüt semestrlərdə isə sessiyalar birbaşa universitetin özündə keçirilmişdir. İmtahan-laboratoriya sessiyalarının keçirilmə müddətləri: 3-cü kurs (xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022), 4-cü kurs (xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023), 5-ci kurs (xx.xx.2023-xx.xx.2023; xx.xx.2024-xx.xx.2024), Dövlət imtahan komissiyası (xx.xx.2024-xx.xx.2024). Belarus Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytındakı məlumata əsasən, xx.xx.2020 tarixinədək xüsusi karantin rejimi qüvvədə olmuşdur, bu rejimə əsasən: - qonşu dövlətlərlə: Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə ilə sərhədlər bağlıdır; -bütün istiqamətlər üzrə müntəzəm sərnişin daşımaları dayandırılmışdır; -yükdaşımalardan, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə azərbaycan vətəndaşlarının evakuasiyası üçün həyata keçirilən çarter və xüsusi reyslər istisna olmaqla, istənilən nəqliyyat vasitəsi ilə Azərbaycan ərazisinə giriş/çıxış qadağan edilmişdir; - xaricdən gələn Azərbaycan vətəndaşları ilə yanaşı, COVİD-19 testindən keçmiş xarici vətəndaşlar da xüsusi yaradılmış sahə zonalarında və ya polis nəzarəti altında, tibb müşahidəsi ilə olan ayrılmış yerlərdə ən azı 14 gün olmaqla məcburi karantinə yerləşdirilir, diplomatik nümayəndəliklərin əməkdaşları isə yaşayış yerində ən azı 14 gün müddətində özünü təcrid rejimində saxlayırlar. Təhsil və əldə olunmuş bilik, bacarıq və vərdişlərin Dövlət imtahan komissiyası tərəfindən qiymətləndirilməsi nəticəsində «Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması» ixtisası üzrə «Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis» ixtisası verilmiş və təsdiq olunmuş nümunəyə uyğun diplom təqdim edilmişdir, hansı ki, 8.07.2011-ci il tarixli “Belarus Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında Saziş”ə əsasən Azərbaycan Respublikasında tanınmalıdır. Mülki Müdafiə Universitetinin xx.xx.2024-cü il tarixli № 63-k əmrinə əsasən, təhsili başa vurduqlarına görə universitetdən xaric ediliblər. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bağlanmış əməkdaşlıq sazişi çərçivəsində təhsil almışdır. Təhsil aldığı dövrlərdə iddiaçıya işəgötürən tərəfindən ödənişli təhsil məzuniyyətləri verilmiş və qeyd edilən əmrlərin surəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından mühafizə Xidməti tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. İddiaçının tədris yükünün yerinə yetirməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, tədris yükü təhsil aldığı təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş və ali təhsil haqqında diplom və əlavəsi ilə təsdiq olunmuşdur. ДИ ******* saylı ali təhsil haqqında diplomunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis istisası verilmişdir. Hazırki diplom ixtisasın əldə olunması ilə bağlı bütün işlərin müstəqil yerinə yetirilmə hüququnu verir. ДИ ******* saylı diploma əlavəyə (məqbul imtahan cədvəlindən çıxarış) əsasən, iddiaçı 08 oktyabr 2021-ci il tarixdən 26 iyun 2024-cü il tarixədək Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi fakültəsində fövqəladə halların qarşının alınması və aradan qaldırılması ixtisası üzrə fənləri mənimsəmiş, bilikləri göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən ixtisas üzrə tədris yükünü mənimsəməməsi barədə mövqeyi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4735/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4735/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver