Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-474/2021 25.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Quba “ASAN” Xidmət Mərkəzi Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı “xx xxxxxx 2015-ci il tarixli, 7R/-2072 reyestr nömrəli bölgü sxeminin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Quba “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun vəzifəli şəxslərinin və həmin bölgü sxemi əsasında xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, ********** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinin isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 və “Asan” Xidmət X1rşı “bölgü sxeminin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə Quba rayon Məhkəməsinə müraciət etmiş, Quba rayon Məhkəməsinin 2(027)-1950/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmiş, iddiaçıya izah edilmişdir ki, o, vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Daha sonra, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 və “Asan” Xidmət X1rşı iddia qaldıraraq “xx xxxxxx 2015-ci tarixli, 7R/02-2072 reyestr nömrəli bölgü sxeminin ləğv edilməsi və bölgü sxemi əsasında xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, ********** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 üzərinə qoyulmasına” dair iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx xxxxx 1983-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşdurlar .Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli 05 saylı qərarı ilə onlara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə JN-4xx xxx 30301004 saylı torpağa mülkiyyət hüquqna dair Dövlət Aktına əsasən 0.60 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0.36 ha-sı bağ , 0.24 ha-sı isə əkin sahəsidir. Qarabağ müharibəsi iştirakçısı olduğuna görə iddiaçıya 2 pay olmaqla 0.24 ha bağ , 0.16 ha əkin sahəsi, cavabdehə isə 0.12 ha bağ, 0.08 ha isə əkin sahəsi düşmüşdür. xx xxxxxx 2007-ci il tarixli Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehin iddiası əsasında Quba rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-236 nömrəli qətnaməsilə həmin 0.60 ha torpaq sahəsinin 0.40 ha hissəsinə iddiaçının, 0.20 ha hissəsinə Cavabdeh1 mülkiyyət hüququ müəyyən olunmuşdur. Cavabdeh1 iddiaçının xəbəri olmadan X2 xx xxxxxx 2015-ci il tarixli , 7R/02 -2072 reyestr nömrəli bölgü sxemini əldə edərək 0.20 ha bağ sahəsinə 5 saylı X4 xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı , ********** reyestr nömrəli çıxarış almışdır. Öz payına çıxarış almaq üçün DƏDRX-nin X7 müraciətləri uzun müddət həll edilməmişdir. Hazırki iş üzrə Cavabdehlərdən DƏDRX-nin X4 iddiaçıya bildirilmişdir ki tərəfindən imzası ilə təsdiq edilən xx xxxxxx 2015-ci il tarixli, 7R/02 -2072 reyestr nömrəli bölgü sxeminə əsasən Cavabdeh1 0.20 ha bağ sahəsinə çıxarış hazırlanması səbəbindən qanunla müəyyən olunan 0.24 ha bağ sahəsinə mülkiyyət hüququna dair-çıxarış hazırlanması mümkün deyil. Bundan sonra keçən bu illər ərzində tərəfindən icra olunmayan bölgü sxeminin məhkəmə qaydasında ləğv edilməsi üçün əldə olunması məqsədilə müraciətləri nəticəsiz qalmış və Quba rayon Vəkil bürosuna müraciət etmək məcburiyyətində qalmışdır. Nəhayət DƏDRX-nin xx.xx.2020-ci il tarixli **********24 nömrəli vəkil bürosına verilən cavabdan məlum olmuşdur ki, həqiqətən Cavabdeh1 iddiaçının xəbəri olmadan X2 xx xxxxxx 2015-ci il tarixli , 7R/02 -2072 reyestr nömrəli bölgü sxemini əldə edərək 0.20 ha bağ sahəsinə 5 saylı X4 xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, ********** reyestr nömrəli qanunsuz çıxarış almışdır. X2 xx xxxxxx 2015-ci il tarixli, 7R/02- 2072 reyestr nömrəli bölgü sxemindən iddiaçının xəbəri yoxdur, tərəfindən icra olunmamış, imzası saxtadır və iddiaçının əmlak payı olan Dövlət Aktında 403 nömrə ilə qeyd olunmuş 0. 24 ha bağ sahəsindən 0.08 ha hissəyə mülkiyyət hüquqlarını pozur . Belə ki, Dövlət Aktına əsasən 0.60 ha torpaq sahəsindən 0.36 ha-sı bağ sahəsidir, həmin bölgü sxeminə əsasən 0.36 ha bağ sahəsindən 0.20 ha hissə guya iddiaçının razılığı olan həmin bölgü sxeminə əsasən, Cavabdeh1" Seyfulla qızının adına rəsmiləşdirilmişdir. Belə ki, Quba rayon məhkəməsi tərəfindən verilən icra sənədlərini də cavabdeh orqan icra etmir, məhkəməyə müraciət olunması bildirilir. Nəhayət 7R/02 2072 reyestr nömrəli bölgü sxeminin ləğv edilməsi və bölgü sxeminə əsasən X8 tərəfindən verilənxx.xx.2015-ci il tarixli RX ******* seriyalı, **********26 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə yerli Quba rayon Məhkəməsnə müraciət etmişdir. Quba rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1950/2020 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmuş və inzibati orqan DƏDRX-nin vəzifəli şəxsiərinin hərəkətlərindən (hərəkətsizliyindən) Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək izah olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Qanunun 60-cı maddəsinə görə Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. AR MM-nin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları ..., mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludur. AR MM-nin 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması və 14.2.9-cu maddəsinə görə mülki nəticələrin baş verməsi ilə bağladığı hadisə-mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Həmçinin həmin məcəllənin 6.1.1-ci maddəsinə görə mülki hüquq subyektlərinin bərabərliyi və 6.12.8-ci maddəsinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin əsas prinsiplərindən olduğuna baxmayaraq cavabdeh məhkəmə ilə birləşərək iddiaçı adından iddia yazıb məhkəmə icraatına qəbul etməklə 0.36 ha bağ sahəsindən onun 0.24 ha hissədə yerləşən əmlak payı olan meyvə ağaclarından gələn gəlirlərdən məhrum etməklə qanunsuz qətnamə qəbul etməsini təsdiq edir. AR-da ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, həmçinin AR-nın Qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Dövləti hüquqi respublikadır və dövlətimizdə hər bir hüquq münasibəti mövcud hüquqi aktların tələblərinə müvafiq qaydada həll edilməlidir. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarım nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Azərbaycan Konstitusiyasının 24-cü maddəsində deyilir ki, "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". 26-cı maddədə isə bunun təminatını vətəndaşların qurduğu dövlətə verir: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. İddiaçı hesab edir ki, əmlak payları Dövlət Aktına əsasən Quba rayon AİK-nın qərarına uyğun yəni bağ sahəsindən iddiaçıya iki pay olmaqla 0.24 ha bağ sahəsinə , 0.16 ha isə əkin sahəsinə mülkiyyət hüququ müəyyən olunduğundan və saxta bölgü sxeminə əsasən hazırlanmış xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı , ********** reyestr nömrəli qanunsuz çıxarış etibarsız hesab edilməli və xx xxxxxx 2015-ci il tarixli 7R/02 -2072 reyestr nömrəli bölgü sxemi məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək cavabdehlər Quba “ASAN” Xidmət Mərkəzi Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı “xx xxxxxx 2015-ci il tarixli, 7R/-2072 reyestr nömrəli bölgü sxeminin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Quba “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun vəzifəli şəxslərinin və həmin bölgü sxemi əsasında xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, ********** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinin isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 vəzifəli şəxslərinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən Məmmədova (Məmmədəliyeva) Zümrüd Seyfulla qızının adına olan 0.20 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Quba rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-336 saylı qətnaməsinə əsasən JN-4xx xxx 30301004 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.60 ha torpaq sahəsinin notariat qaydasında təsdiq edilmiş tərəflər arasında razılaşdırılmış bölgü sxemi əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “qanuni qüvvəyə minmiş məhkəmə qərarları” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, Məmmədova (Məmmədəliyeva) Zümrüd Seyfulla qızının adına olan 0.20 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il iarixli, RX ******* nömrəli, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq məhkəmə tərəfindən müvafiq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında İddiaçı iştirak etmişdir. İddiaçıya izah edilmişdir ki, mülki hüquq münasibətlərindən yaranan torpaq mübahisələrinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı mübahisənin yaranma əsası notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təşkil edir. Bu kateqoriya işlərə isə mülki məhkəmə icraatında baxılır. Onun tərəfindən ilkin olaraq umumi məhkəməyə düzgün müraciət edilmişdirdir. Müvafiq qərardaddan şikayət verilməli idi. Hazırkı mübahisə mülki hüquq münasibətlərini müəyyən edən məhkəmə tərəfindən həll edilməlidir. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədən xx xxxxxx 2015-ci il tarixli, 7R/-2072 reyestr nömrəli bölgü sxeminin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Quba “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun vəzifəli şəxslərinin və həmin bölgü sxemi əsasında xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, ********** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinin isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 vəzifəli şəxslərinin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi mübahisənin yaranma əsasını notariat hərəkətləri təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Quba “ASAN” Xidmət Mərkəzi Notariat Kontorunun bölgü sxemi əsasında verilmiş xx.xx.2015-ci il tarixli RX0734358 seriyalı, **********26 reyestr nömrəli çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Bundan əlavə İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını müvafiq natoriat hərəkətləri təşkil etdiyindən notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk dəfə müvafiq ümumi məhkəməyə müraciət edərək həm notariat hərəkətlərini, həmdə onun əsasında dövlət qeydiyyatına alınmış hüquqları mübahisələndirərək düzgün hüquqi müdafiyə vasitəsi seçmişdir. İddiaçıya izah edilsin ki, təkrar müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev