Məhkəmə qərarları › İş №2-1(118)-474/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-474/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-474/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X10 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 (ƏMDX–nin Sumqayıt Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan), Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 üçüncü şəx qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 2 saylı binada yerləşən keçmiş bərbərxana olan sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumqayıt Texniki İnventarlaşdırma idarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş, məhz bu texniki ölçülərdə qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona “Mülkiyyət hüququ haqqında” şəhədətnamə verilmişdir. İddiaçının sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev iddiaçının mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır. İdidiaçı onun bu qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, dəhliz iddiaçının mülkiyyətində hesab edilərək, H.Bağıyevin ona məxsus 40,25 kv m olan qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın onun öz hesabına sökülməsi, dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan məneənin ona qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmiş və icra olunaraq iddiaçıya məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş və dəhlizin əvvəlki vəziyyəti bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri-qanuni olaraq öz məqsədləri üçün istifadə edir. İcra zamanı iddiaçıya məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən dövrdə H.Bağıyev saxta yollarla,DƏDRX_nin 2 saylı Ərazi İdarəsinin əməkdaşlarını aldadaraq və yaxud onların səhlənkarlığından istifadə edərək texniki pasportda iddiaçının sahəsi kimi göstərilmiş və 1997-ci ildən iddiaçının mülkiyyətində olan dəhlizin yarısını öz sahəsi kimi mülkiyyətinə və öz sahəsinin texniki sənədlərinə daxil etmişdir, Ərazi İdarəsi ona bu barədə çıxarış və texniki pasport vermişdir. İddiaçı bu barədə 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK-ya rəsmi ərizə ilə müraciət etmişdir. Bu ərizə nəticəsində iddiaçıya öz sahəsinə dair mülkiyyət hüququna dair çıxarış vermişlər, lakin texniki pasport verməmişlər və bildirdilər ki, H.Bağıyevə məxsus çıxarış və texniki pasport qismən etibarsız hesab edilmədən iddiaçıya texniki pasport verilə bilməz. Bunumla bağlı iddiaçı iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı ona verilmiş çıxarış və texniki pasportun qanunsuzluğu təsdiq edilmişdir. Cavabdeh idarənin nümayəndəsi də bildirmişdir ki, əvvəlki qətnamələrlə dəhlizin ümumi istifadədə olması sübut edildiyi halda H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport səhv olmuşdur və bu barədə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport qismən, dəhliz hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qanuni hesab edilərək qətnamə qüvvədə saxlanmışdır. Lakin işə Ali Məhkəmədə baxılanda məlum olmuşdur ki, mübahisə inzibati orqana qarşı verildiyi üçün bu işə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, qətnamələr ləğv edilmiş və işə yenidən baxan Sumqayıt şəhər Apellyasiya Məhkəməsini qərardadı ilə işə xitam verilmişdir. İnzibati məhkəməyə müraciət etmək üçün hüquqi əsasların yaranması üçün iddiaçı cavabdeh təşkilata müraciət edərək H.Bağıyevin adına olan çıxarışın qismən, iddiaçının dəhlizinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə iddiaçıya bundan imtina edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qabil Mehdiyev iddianı qəbul etmədi və izah etdi ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 40.3 kv m olan qeyri-yaşayış sahəsi X9 tərəfindən 4 sentyabr 1996-cı il tarixdə keçirilmiş auksionda (protokol № 25) satın alınmış və həmin qeyri-yaşayış sahəsinə dair onunla Dövlət Əmlak Komitəsi arasında 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmçinin ünvan 3 ünvanda yerləşən "İmdad" tKB-nin 25 saylı bərbərxanasımn əmlakı və 40.25 kv.m qeyri-yaşayış sahəsi 18 iyun 1997-ci il tarixli, 5813 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3, X15, X11, X7 və X12 tərəfindən özəlləşdirilmişdir və bu barədə onlara 25 iyun 1997-ci il tarixli, 005730 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra 26 sentyabr 2000-ci il tarixdə X3, X15, X11, X7 və X12 tərəfindən notarial qaydada bağlanılmış alqısatqı müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Ağarəsul oğluna satılmış və bu barədə ona 16 oktyabr 2000-ci il tarixli, 000386 nömrəli şəhadətnamə verilmişdir.Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsindən 25 ilə yaxın müddət keçmiş, bu müddət ərzində iddiaçı onun tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin X9 tərəfindən özəlləşdirilmiş qeyriyaşayış sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mübahisə qaldırmamışdır.Bununla bağlı iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Üçüncü şəxs X9 iddianı qəbul etmədi və izah etdi ki, o, dövlət orqanı tərəfindən verilmiş sənədlər əsasında qeyri-yaşayış sahəsinsən istifadə edir. Onun tərəfindən sənədlərə hər hansı düzəliş edilməmişdir. Bu səbəbdən hazırda iddianı əsassız hesab edir. İş materiallarında olan: -Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən sahəsi 40.25 kv.m olan qeyri-yaşayış sahəsi AR ƏMDK tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 006932 nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə, ƏMDK arxivinin təqdim etdiyi sxem və təsnifat əsasında X2 adına qeydiyyata alınmış və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. -000386 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 25 saylı bərbərxananın əmlakı və 40.25 kv.m qeyri-yaşayış sahəsi Quliyev X20 xüsusi mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, həmin sənəd X6 məxsus ünvan 4 ünvanında yerləşən 5 saylı gön dəri emalatxanasına dair tərtib edilmişdir. -ƏMDK tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən 5 saylı gön dəri emalatxanası X1. -RX№ ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.3 olan qeyri-yaşayış sahəsi (5 saylı gön dəri emalatxanası) X2 xüsusi mülkiyyətindədir . -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış obyektinin 3.75 kv m hissəsi Quliyev X21 məxsusdur. -Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-334/2021 saylı qərarından görünür ki, İddiaçı Ağarəsul oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən X2 adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriya ******* saylı çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində İəğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasınа dair iddiası rədd edilmişdir. - Sumqayıt şəhər Məhəkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-01/2019 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Ağarəsul oğlunun cavabdehlər X6 və AR ƏMDK yanında DƏDRX-nın 2 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi, sahədən çıxarılma və müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı Ağarəsul oğlu və AR ƏMDK yanında DƏDRX-nın 2 saylı Ərazi İdarəsinə qarşı "qeyri-yaşayış sahəsinin ölçülərinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə İlkin iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış və texniki pasport qismən, dəhliz hissəsində etibarsız hesab edilməsinə, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2020 saylı qərardadından görünür ki, Sumqayıt şəhər Məhəkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-01/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icaata xitam verilmişdir. -Məhkəmənin sorğusuna əsasən DƏDKR-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, razi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən ünvan 6 ünvanında yerləşən, **********62-05101-083007 reyestr, ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsi (5 saylı gön dəri emalatxanası) dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilir. -Məhkəmə sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, X2 adına verilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 17 sentyabr 1996-cı il tarixi, 6932 qeydiyyat nömrəli Şəhadətnamənin verilməsinə əsas olan sənədlər ərazi idarələrinə təhvil verilməmişdir. Sözügedən şəhadətnamənin arxivi Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır. - Məhkəmə sorğusuna əsasən DƏDKR-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 17 sentyabr 1996-cı il tarixli 6932 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən X2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, b.1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (5 saylı gön dəri emalatxanası) üzərində mülkiyyət hüququ 19 aprel 2014-cü il tapxli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 17 sentyabr 1996-cı il tarixli 6932 qeydiyyat nömrəli Şəhadətnamənin verilməsinə əsas olan sənədlər ərazi idarələrinə təhvil verilməmişdir. Sözügedən şəhadətnamənin arxivi Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır.17 sentyabr 1996-cı il tarixli 6932 qeydiyyat ncjmrəli şəhadətnamənin və Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak (Məsələləri Dövlət Xidmətindən 2 saylı Sumqayıt Ərazi İdarəsinə faksla daxil olmuş sözügedən şəhadətnamənin verilməsinə əsas olan sxemlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilir. -Məhkəmə sorğusuna əsasən DƏDKR-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, Ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, b.1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (5 saylı gön dəri emalatxanası) üzərində X2 tam mülkiyyət hüququ 19 aprel 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mübahisəli obyektə yerində baxış keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikas Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, İddiaçı və H.Bağıyev arasında həmin dəhlizlə bağlı əvvəllər məhkəmə çəkişməsi olmuş və Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-129/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə H.Bağıyev tərəfindən ümumi istifadədə olan dəhlizdə inşa edilmiş divarın onun hesabına sökülməsi və əvvəlki vəziyyətinə gətirilməsi, ümumi dəhlizdən və sanitar qovşağından istifadəyə olan maneənin cavabdehə qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə ilə dəhlizin tərəflərdən heç birinin mülkiyyətində olmaması müəyyən edilmişdir. Qətnamədən sonra H.Bağlyev tərəfindən dəhlizin bir huissəsinə dair hüquqmüeəyyənedici sənədlər alınmışdır. Belə ki, dəhlizin bir hissəsi ona texniki pasportun verilməsi üçün əsas olmuş sxemə salınmışdır. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilərkən müəyyən edildi ki, İddiaçı və X5 istifadələrində olan qeyri-yaşayış sahələri qonşu sahələrdir, hər bir sahəyə ayrıca giriş-çıxış qapıları vardır, sahələrin arasında dəhliz mövcuddur, dəhlizin bir hissəsi hazırda H.Bağıyev tərəfindən emalatxana kimi istifadə edilir. Məhkəmə araşdırması zamanı H.Bağıyev özü də dəhlizin əvvəldən ümumi istifadə üçün nəzərdə tutulduğunu, onun obyektinə aid sxemə hansı əsasla salındığını izah etdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar