Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-475/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nöməli Hərbi Hissəsinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin siyahısına daxil edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nöməli Hərbi Hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü iddiaçı hərbi xidmətini ön cəbhədə keçmişdir. Qüsursuz xidmətinə görə tabeçiliyində olduğu zabit və rəisləri tərəfindən daim təşəkkürə layiq görülmüşdür. Xidməti bitirdiyi zaman döyüş və humanitar hazırlığına görə hərbi hissə komandanlığı tərəfindən təltif olunmuşdur, istər mülki həyatda, istərsə də hərbi xidmətdə daim vətənə olan borcunu məsuliyyətlə yerinə yetirmişdir. Bu borcunu ödəmək naminə 2016-cı ildə yenidən hərbi xidmətə qayıtmaq üçün Müdafiə Nazirliyinin 212 saylı Beylaqan korpusuna müraciət etmişdir. İddiaçının müraciəti müsbət qarşılanmış va Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 59 nömrəli əmrinə əsasən 212 saylı Hərbi Hissədə xx.xx.2016-cı il tarixdan xx.xx.2016-cı il tarixədək təşkil edilmiş avtomobil sürücülük kursuna daxil olmuşdur. Kursu müvəffəqiyyətlə bitirmiş və qüsursuz xidmətinə görə təşəkkürə layiq görülmüşdür. 212 saylı Beylaqan korpusunun “181” saylı hərbi hissəsində xidmətini icra etmişdir. Kursu bitirdikdən sonra xidməti fəaliyyətinə başlamışdır. Xidmətinin beşinci ayında ailə vəziyyətində yaranan problemlə əlaqəli olaraq 3 yaşlı övladının xəstəliyi ilə bağlı tərxis olunmaq üçün xidmət etdiyi “181” saylı hərbi hissəyə müraciət etmişdir. Müraciəti qəbul olunmuş və rəhbərlik tərəfindən tərxis olunmuşdur. Lakin tərxis olunan zaman iddiaçıya xəbərdarlıq edilmədən xidməti fəaliyyətinə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndi əsas götürülməklə xitam verilmiş və xidmətdən azad edilmişdir. Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Maddənin dispozisiyasından aydın olur ki, hərbi qulluqçu inzibati xətaya görə yalnız şərəf məhkəməsinin vəsatəti ilə buraxıla bilər. Şərəf məhkəməsinin vəsatəti olmadan birbaşa buraxılma isə yalnız Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndinə əsasən mümkün sayılır. Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndində göstərilir ki, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşdən görünür ki, iddiaçı şərəf məhkəməsinin vəsatəti olmadan, birbaşa əsasnamənin 156-cı maddəsinin “Ə” bəndi ilə deyil, “e” bəndi ilə ehtiyata buraxılmışdır. Bütün bunlardan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə əmrinin qanunsuz olduğu aşkar görünür. Bundan başqa həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Qanunun bu tələbinə əsasən iddiaçıya buraxılmaya iki ay qalmış xəbərdarlıq edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim etməmiş, yalnız iddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 147 nömrəli əmrindən çıxarışı təqdim etmişdir. Həmin əmrə əsasən müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissənin minaatan batareya 2-ci minaatan tağım 3-cü minaatan sürücü, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 044 əç nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinə müvafiq olaraq “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmrinə əsasən N-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmində almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı N-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilib, o, N-ci ilin növbəti məzuniyyətindən 20 (iyirmi) gün istifadə edib, əlavə məzuniyyət pulu ilə təmin olunub. Məhkəmə prosesində iştirak edən iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, o rəsmi qaydada işdən azad olma barədə əmri əldə etməmiş, həmin əmr ona təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclalsı barədə məlumatladırılmasına baxmyaraq məhkəmə iclasında təmsil edilməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu iddia ilə hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. İşdən görünür ki, mübahisəli əmr (N nömrəli hərbi hissə komandirinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə bağlı) N may N-ci il tarixdə qəbul edilmişdir. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin 24-cü səhifəsindən görünür ki, iddiaçıya mübahisəli əmrin verilməsi hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Yəni, mübahisə predmeti olan xx.xx.N-ci il tarixli əmrin mövcudluğu iddiaçıya həmin vaxt məlum olmasına baxmayaraq, o, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmin tarixlərdə - xx.xx.N-xx.xx.2022-ci illər arasında olan müddətdə iddiaçı rəsmi qaydada əmri əldə etməmiş, lakin hərbi biletini əldə etməsinə və mübahisəli əmrin mövcudluğundan xəbərdar olmasına baxmayaraq məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əmrin iddiaçıya şəxsən təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir, “elan olunma” “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Yəni, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş, mübahisələndirilən əmr iddiaçıya təqdim edilməsə də iddiaçı həmin əmrdən xəbərdar olmuş və qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nöməli Hərbi Hissəsinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin siyahısına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-475/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-475/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver