Məhkəmə qərarları › İş №2-1(118)-475/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-475/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-475/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X16 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Müdafiə Nazirliyinin üzərinə XN “şəhid” statusunun verilməsi barədə öhdəliyin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, XN “şəhid” statusunun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məmmədhüseyn qızı xx.xx.1993-cü ildə Azərbaycan Respublikası, Qusar Rayonu, Yasab kəndində doğulmuşdur. xx.xx.N2-ci ildə X11 ilə nikaha daxil olmuşdur. (Nikah haqqında şəhadətnamə AZ-İ № N9308N ilə qeydə alınmışdır). Mərhum həyat yoldaşı X11 20 fevral 1990-cı ildə Qusar rayonunun Piral kəndində anadan olmuşdur. X11 N nömrəli hərbi hissə komandirinin N oktyabr N5-ci il tarixli, 294 nömrəli əmri ilə 0491-ci tank taborunun 2-ci bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. Rəşadət İzzətov N nömrəli hərbi hissənin 3-cü tank taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində olarkən, və eyni zamanda Cəmil Əliyev N nömrəli hərbi hissənin 3-cü tank taborunun N-ci bölük komandiri vəzifəsini leytenant hərbi rütbəsində müvəqqəti icra edərkən “049” nömrəli hərbi hissənin zirehli tank texnikalarında cari təmir işlərinin aparılması üçün təmir qrupunun yaradılması haqqında” hərbi hissə komandirinin N iyun N9-cu il 1008 nömrəli əmri ilə, gizir X21 rəhbərliyi altında gizirlər X12, X22, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları X28, X23, X24, X14, X8, X9 və N nömrəli hərbi hissədən mütəxəsssis kimi ezam olunmuş mülki şəxslər X25, X15, X10 ibarət təmir qrupu yaradılmış, həmin əmrin 4.1-ci bəndinə əsasən, şəxsi heyəti işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırmaq, görüləcək işlərin həcmindən və xarakterindən asılı olaraq gündəlik təhlükəsizlik qaydalarını çatdırmaq, təhlükəsizlik qaydalarının çatdırılması kitabında müvafiq yazılı qeydlər aparmaq vəzifəsi tabor komandiri kimi ona həvalə edilmişdir. Əvvəlki tarixlərdə hərbi hissənin N və 2-ci taborlarının balansında olan tanklardakı problem və çatışmazlıqlar aradan qaldırılmış, 06 iyul N9-cu il tarixdə, saat 08:35-də isə artıq 3-cü taborun balansında olan tanklar yoxlanılmağa başlanmışdır. Tabor komandiri kimi Rəşadət İzzətova hərbi hissə komandirinin yuxarıdakı əmrilə birbaşa həvalə edilməsinə baxmayaraq, onun tərəfindən səhlənkarlıq edilərək bu vəzifələr yerinə yetirilməmiş, yəni təmir qrupunun üzvləri işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırılmamış, görüləcək işlərin həcmindən və xarakterindən asılı olaraq gündəlik təhlükəsizlik qaydaları onlara izah edilməmiş, təhlükəsizlik qaydalarının çatdırılması kitabı formal olaraq şəxsi heyətə imzalatdırılmış, habelə 3-cü taborun balansında olan tanklarda cari təmir işlərinin aparılması üçün ilk gün olmasına baxmayaraq təmir qrupunun üzvləri ilə heç bir fərdi söhbət aparılmamış, taborun balansında olan tanklarda hər hansı problemin olub-olmaması barədə təmir qrupunun üzvlərinə heç bir məlumat verilməmiş, qrup üzvlərinin işə hazır olub-olmamaları yoxlanılmamış, eləcə də Silahlı Qüvvələrdə Daxili Xidmət Nizamnaməsinin 112-ci maddəsinin tələləri pozularaq texnika ilə işləyərkən təhlükəsizlik tədbirlərinə riayət edilməsi işçilərdən tələb edilməmişdir. “T-N2 M1 markalı tankın texniki təsviri və istismarı üzrə təlimat”ın 3.5.6-cı bəndinə əsasən, tankın fırlanan transportyorunda döyüş mərmisi və atımlar olduğu hallarda avtomat-doldurma sisteminin işinin avtomatik rejimdə yoxlanılmasının qadağan edilməsinə, zəruri olarsa mexaniki üsulla (çeviricini əllə hərəkətə gətirməklə) yoxlanılmalı olmasına dair təlimatın bu tələbləri , “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-N9 DÜST”ün 1.1, 3.10 bəndlərinin tələbləri, yəni işçilərlə əməyin mühafizəsinə dair təlimin keçirilməli olması, işçilərin iş yerində ilkin təlimatlandırmadan və biliyin yoxlanılmasından sonra müstəqil işə buraxılmalı olmasında dair tələbləri Rəşadət İzzətov tərəfindən kobud surətdə pozulmuş, bir daha işə başlamazdan əvvəl təmir qrupunun üzvlərinə zərurət olarsa, tankın fırlanan transportyorunu yalnız mexaniki üsulla yoxlamaq, içərisində mərmi və atımları olduğu üçün fırlanan transportyorun işinin avtomatik rejimdə işə salınmaqla yoxlanılmasının təhlükəli olması səbəbindən qadağan edildiyi tapşırılmamış, mexaniki üsulla yoxlama zamanı fırlanan transportyorda hər hansı nasazlıq və ya içərisində yad cisim olduğu halda onu hərəkətə gətirməyin mümkün olmadığı, bu yolla fırlanan transportyordakı nasazlığı aşkar etməyin mümkün olduğu, avtomatik rejimdə yoxlama zamanı isə fırlanma gücünün təsiri altında isə fırlanma gücünün təsiri altında orada olan nasazlıq və yad cisimin təhlükəli nəticələr verə biləcəyi kimi mühüm və əsas təhlükəsizlik qaydaları izah edilməmiş, işlərin həyata keçirilməsinə Raşadət İzzətov tərəfindən ümumiyyətlə nəzarət olunmamışdır. İşlərin həyata keçirilməsinə eyni zamanda bölük komandiri kimi leytenant Cəmil Əliyev tərəfindən nəzarət edilməli olduğu halda, nəzarət olunmamışdır. İşə buraxılmış Amiddin Ağalarov tankın tuşlayıcı bölməsində otumuşdur Yuxarıda göstərilən qaydalar onlara izah edilmədiyindən tankın transportyoru avtomatik yoxlanmışdır, buna görə də tankda yanğınla müşayiət olunan partlayış baş vermişdir. Partlayış nəticəsində X1N vəfat etmişdir. Məhkəmə ekspertizasının 06 iyul N9-cu il tarixli 08 nömrəli rəyindən görünür ki, X4 almış olduğu xəsarətlər-ümumi bədən səthinin 100%ni əhatə edən termiki yanığı, partlayış nəticəsində partlayışın əlavə faktorlarından olan alovun yerli təsirindən törənməyə xarakterikdirlər, həyatidirlər, yetirilən anda həyat üçün təhlükəli olan ağır zərəvurmaya aiddir. Təpə nahiyəsində olan əzilmiş-cırılmış yara, tinli bərk küt əşyanın təsirindən ağır zərəvurmaya aiddir. Təpə nahiyəsində olan əzilmiş-cırılmış yara, tinli bərk küt əşyanın təsirindən törənmiş, partlayış zamanı qəlpənin təsirindən, zərbə dalğasında başın hər hansı küt əşyaya dəyməsi nəticəsində yarana bilər və ölümlə səbəli əlaqəsi yoxdur. Onun ölümünə səbəb partlayışın hesabına yaranmış yanğın zamanı dəm qazından zəhərlənmə olmuşdur. Amiddin Ağalarov öz vəzifə öhdəliklərini yerinə yetrirərkən tabor komandiri və bölük komandirinin səhlənkarlığı nəticəsində tankda baş verən partlayış nəticəsində vəfat etmişdir. Həmin şəxslərin səhlənkarlığı faktı Gəncə Hərbi Məhkməsinin 03 mart 2021-ci il tarixli hökmündə də öz təsbitini tapmışdır. Hökmə əsasən, X18 AR CM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR CM-nin N0-ci maddəsinə əsasən, 2(iki) il sınaq müddəti müəyyən edilməklə X13 təyin olunmuş 4 il müddətə azadlıqdan məhrumetmə cəazası şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. X42 da AR CM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR CM-nin N0-ci maddəsinə əsasən, 2(iki) il sınaq müddəti müəyyən edilməklə X33 təyin olunmuş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. xx.xx.2021-ci ildə Gəncə Hərbi Məhkəməsinin X1N Məhkəməsinə apellyasiya protesti verilmişdir. Protest ilə məhkəmədən X18 və X34 məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünün dəyişdirilərək, təyin olunmuş cəza ağırlaşdırılmaqla, barələrində CM-nin N0-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların və hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq az ağır cinayət törətmələrinin cəzanı yüngülləşdirən hallar siyahısından çıxarılması xahiş edilmişdir. Lakin, sonradan hansı qərarın qəbul edilməsi barədə onlarda heç bir məlumat yoxdur və məhkəmə tərəfindən bildiriş göndərilməmişdir. İddiaçı tərəfindən 14 fevral 2023-cü il tarixində “şəhid” statusunun verilməsi ilə əlaqədar AR Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Hərbi məsələlər Şöbəsinin müdiri general X20 müraciət ünvanlanmışdır. Yalnız Müdafiə Nazirliyi tərəfindən 15 mart 2023-cü il tarixli cavab məktubuna əsasən “baş vermiş yanğın zamanı X4 bütün bədən səthini əhatə edən termiki yanıq, tüstü və digər zəhərli qazlarla zəhərlənmə nəticəsində vəfat etmişdir”. Bununla da, Müdafiə Nazirliyi şəhid statusunun verilməsinə bu məktubla imtina etmişdir. Aşağıdakılara əsasən hesab edirilər ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyatı baxımından, yəni iddiaçının qeydiyyat ünvanı Qusar rayonu olduğundan Sumqayıt İnzibati Məhkəməsində baxılmalı və X5 hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 1.2.6-cı maddəsinə əsasənAzərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhid statusu verilir. Amiddin Ağalarov döyüş təminatı ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. AR İPM-in 34.1-ci maddəsinə əsasənöhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 mart 2023-cü il tarixli 3-25-1 /2-A-23xxxx/2023 nömrəli cavabda göstərilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X1 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmadığından, onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı həlak olması heç də bütün hallarda onlara şəhid adının verilməsi ilə nəticələnmir. Belə ki, ‘'Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarrnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Göründüyü kimi, hərbi qulluqçular hərbi xidmət vəzifələrininin icrasında sayılmasının dairəsi genişdir. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin hansı hallarda hərbi xidməti vəzifələrinin icrasında sayılması 11 fevral N2-ci ildə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 2Nci maddəsi ilə daha dəqiq müəyyən edilmişdir. Ancaq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-1.2.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qaydaların 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Nizamnamənin həmin maddəsində isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət keçmişdir. İddiaçının həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N nömrəli hərbi hissənin zirehli tank texnikalarında cari təmir işlərinin aparılması üçün təmir qrupunun yaradılması haqqında” həmin hərbi hissənin komandirinin N iyun N9-cu il tarixli 1008 nömrəli əmrinə əsasən yaradılmış təmir qrupunun üzvlərini işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırmamaları, görüləcək işlərin həcmindən və xarakterindən asılı olaraq gündəlik təhlükəsizlik qaydalarını çatdırmaq vəzifəsini icra etməmələri və qrup üzvlərinin işə hazır olub-olmamalarını yoxlamamaları nəticəsində 6 iyul N9-cu il tarixdə həyat yoldaşı X2 tankın tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X28 isə tank komandiri bölmələrində oturaraq T-N2 markalı tankın içərisində müvafiq yoxlama işləri apararkən, hər hansı zərurət olmadan içərisində mərmilər olan tankın fırlanan transportyorunun iş rejimini mexaniki üsulla, yəni çeviricini əllə hərəkətə gətirib yoxlamaq əvəzinə, yaranmış nəzarətsizlikdən istifadə edərək, işlərinin tez, əziyyətsiz və rahat olması üçün yuxarıda sadalanan T-N2 markalı tankın istismarı qaydalarını kobud surətdə pozaraq, konveyeri hər ikisi birlikdə avtomatik rejimdə işə salmış, fırlanma gücünün təsiri altında naməlum şəraitdə konveyerə düşmüş kənar cismin ucluğunun mərmi atımının alışdırıcı kapsulunun mərkəzinə çırpılması nəticəsində barıt atımının alışması, yanğının qısa müddətdə başqa atımlara keçməsilə yanğınla müşayiət olunan partlayış baş vermişdir. Nəticədə iki hərbu qulluqçu ümumi bədən səthinin 100%-ni əhatə edən termiki yanıq xəsarəti alaraq hadisə yerində, hadisə vaxtı tankın sürücü-mexanik bölməsində olmuş gizir X22 isə aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək- damar çatışmazlığından 13 iyul N9-cu il tarixdə müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə başlanılmış cinayət işinin ibtidai istintaqı aparılmış və 24 dekabr N9cu il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarf'nın 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. X1 ölümü yuxarıda qeyd olunan normativ hüquqi aktda nəzərdə tutulan döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmadığından, ona “Şəhid” statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti, eyni zamanda hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı, XN “şəhid” statusunun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X1 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmadığından, onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. Məhkəmə hesab edir ki, cavabdeh orqanın etirazı əsaslı olmuşdur. Belə ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən: 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.N. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16N-ci maddəsinə müvafiq olaraq, 49-cu mexanikləşdirilmiş briqadasının (N nömrəli hərbi hissə) 0491-ci tank taborunun tank bölüyünün tank komandiri X2 vəfat etdiyi üçün N iyul N9-cu il tarixdən Azərbaycan ordusunun gizir heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. xx.xx.N9-cu il tarixdə T-N2 tankında baş vermiş yanğın zamanı bütün bədən səthini əhatə edən termiki yanıq nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş ölüm haqqında məlumat, qaytarılmaz itkilərin adlı siyahısı və Qusar rayonu İcra Hakimiyyəti başçısının Piral kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N9-cu il tarixli AZ-l 9899N6 nömrəli ölüm haqqında şəhadətnamə. (mərhum X1 Azərbaycan Ordusunun gizir heyətinin siyahısından çıxarılması barədə X2N Müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 03 avqust N9-cu il tarixli 0212gm nömrəli şəxsi heyət üzrə əmrindən çıxarış) İddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N nömrəli hərbi hissənin zirehli tank texnikalarında cari təmir işlərinin aparılması üçün təmir qrupunun yaradılması haqqında” həmin hərbi hissənin komandirinin N iyun N9-cu il tarixli 1008 nömrəli əmrinə əsasən yaradılmış təmir qrupunun üzvlərini işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırmamaları, görüləcək işlərin həcmindən və xarakterindən asılı olaraq gündəlik təhlükəsizlik qaydalarını çatdırmaq vəzifəsini icra etməmələri və qrup üzvlərinin işə hazır olub-olmamalarını yoxlamamaları nəticəsində 6 iyul N9-cu il tarixdə həyat yoldaşı X2 tankın tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X28 isə tank komandiri bölmələrində oturaraq T-N2 markalı tankın içərisində müvafiq yoxlama işləri apararkən, hər hansı zərurət olmadan içərisində mərmilər olan tankın fırlanan transportyorunun iş rejimini mexaniki üsulla, yəni çeviricini əllə hərəkətə gətirib yoxlamaq əvəzinə, yaranmış nəzarətsizlikdən istifadə edərək, işlərinin tez, əziyyətsiz və rahat olması üçün yuxarıda sadalanan T-N2 markalı tankın istismarı qaydalarını kobud surətdə pozaraq, konveyeri hər ikisi birlikdə avtomatik rejimdə işə salmış, fırlanma gücünün təsiri altında naməlum şəraitdə konveyerə düşmüş kənar cismin ucluğunun mərmi atımının alışdırıcı kapsulunun mərkəzinə çırpılması nəticəsində barıt atımının alışması, yanğının qısa müddətdə başqa atımlara keçməsilə yanğınla müşayiət olunan partlayış baş vermişdir. Nəticədə iki hərbu qulluqçu ümumi bədən səthinin 100%-ni əhatə edən termiki yanıq xəsarəti alaraq hadisə yerində, hadisə vaxtı tankın sürücü-mexanik bölməsində olmuş gizir X22 isə aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək- damar çatışmazlığından 13 iyul N9-cu il tarixdə müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə başlanılmış cinayət işinin ibtidai istintaqı aparılmış və 24 dekabr N9cu il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi X4 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmamış, hərbi hissənin zirehli tank texnikalarında cari təmir işlərinin aparılması zamanı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir və qeyd olunanlar nəzərə alınaraq iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, N3, N5, 85.N və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti N0 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar