Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-476/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X7 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1989-cu il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, 07.01.2008-ci il tarixdən 04.07.2009-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 04.07.2009-ci il tarixdən 06.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və DQK-nın 04.07.2015-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra 09.08.2016-cı il tarixdən 29.10.2016-cı il tarixədək N saylı hərbi hissədə, 29.10.2016-cı il tarixdən 06.12.2017-ci il tarixədək N saylı hərbi hissədə, 06.12.2017-ci il tarixdən 07.09.2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 4-cü X5 3 1.03.2017-ci il tarixli, 015 əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzlıığa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Qeyd olunan əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsində xidmət keçdiyi dövrdə bölük komandiri ondan həmin bölükdə olan əsgərlədən pul yığmağını tələb eldikdə o bundan imtina eldiyim üçün bölük komandiri ilə münasibətləri pisləşdi və bölük komandiri hərbi rütbəsindən və vəzifəsindən istifadə edərək onunla ədavət aparırdı və onu işdən çıxarmaqla hədələyirdi. 06 mart 2020-ci il tarixdə, təxminən saat N radələrində hərbi hissədə xidmətdə olduğu vaxt digər müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzov bölüyün şəxsi heyətinin qarşısında onu ağır ifadələrlə təhqir edərək onun yumruqla baş nahiyyəsinə və təpiklə sinə nahiyyəsinə vurmuşdur. Bununla bağlı o, bölük komandirinə müraciət etdikdə komandir onun müraciətinə heç bir reaksiya verməmişdir. Bundan sonra o tabor komandirinin təlim-tərbiyə işləri iizrə müavininə müraciət etmişdir. O da onun müraciətinə laqeyd münasibət göstərərək bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını bildirdi. Belə olduqda o bu məsələnin həll olunması ilə bağlı tabor komandirinə müraciət etmişdir. Tabor komandiri də onun müraciətinə heç bir reaksiya verməmişdir. Daha sonra o hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavininə müraciət etmiş, o da. eynilə onun müraciətinə laqeyd münasibət göstərmişdir. Bundan sonra o məcbur olub Sumqayıt Hərbi Prokurorluğuna yazılı ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzova qarşı cinayət işi açılmışdır. Hal-hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Hərbi prokurorluğa müraciət etdikdən sonra tabor komandiri və bölük komandiri onunla ədavət aparır, hər vasitədən istifadə edərək hərbi hissə komandanlığı və şəxsi heyət qarşısında onu nüfuzdan salaraq onun hərbi xidmətdən uzaqlaşdırılmağına çalışmışlar. Bunun nəticəsi olaraq o, 17 mart 2020-ci il tarixdən 05 aprel 2020-ci il tarixədək növbəti məzuniyyətində olduğu dövrdə ona məlumat verilmədən, onunla heç bir söhbət aparılmadan onun "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə əmr verilmişdir. "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 161-ci maddəsinə əsasən Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Ona ehtiyata buraxılmağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bütün bu göstərilənlər bir daha sübut edir ki, onun "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır. Həmçinin o, həqiqi hərbi xidmət keçdiyi dövr ərzində qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0751 nömrəli 20 iyun 2019-cu il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndə və vəkili X4 məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Hərbi Hissəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə vəkili eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. Və iddiaçı barədə təqdimat (raport) səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. N N-li hərbi hissə komandirinin 03.04.2020-ci il tarixli 100 N-li əmrilə iddiaçıya əmr elan edilmişdir və sənədləri ona təqdim edilərək şəxsi heyətin siyahısından çıxarılmışıdr (əmrdən çıxarış etiraza əlavə edilir). Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. Lakin, iddiaçı bunu etməmişdir 34 gün vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublikası Qanununun İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. («İnzibati icraat» haqqında Qanunun şərhi) Həmin Qanunun 73.1 .-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual və qüvvədə olan inzibatiprosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında (müəlliflər Səyyad Kərimov, Günəş Vəliyevə) İddia müddəti haqda 38ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində (səhifə 149) göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması iddia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edilə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”. Qeyd olununları nəzərə alaraq, irəli sürülmüş iddia mümkünlük şərtlərinə uyğun olmadığına görə mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Hərbi Hissə komandirinin 31.03.2020-cı il tarixli, 015 əç nömrəli Əmri, 888 HH-nin Şərəf Məhkəməsi iclasının 22.02.2020-ci il tarixli qərarı, söhbət vərəqələri, Xidmət vərəqəsi, SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş ADN-0029724 Xidmət dəftərçəsinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan AO seriyalı ******* nömrəli Hərbi biletə əsasən müəyyən olunur ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 05.01.2008-ci ildə hərbi hissəyə göndərilmişdir. 31.03.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna əsasən SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş ADN-0029724 Xidmət dəftərçəsinin təsdiqlənmiş surətindən müəyyən olundu ki, iddiaçının xidməti vəzifə borclarının icrasına laqeyd yanaşdığına və təhkim olunmuş manqasının idarə olunmasından irəli gələn tələbləri və.s yerinə yetirə bilmədiyinə görə N saylı hərbi hissənin həqiqi hərbi xidmət hərbi qulluqçularının Şərəf Məhkəməsinin 22.02.2020-ci il tarixli qərarına əsasən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və buraxdığı nöqsanlar səbəbindən xidməti uyğunsuzluğuna görə ordudan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Həmin vəsatət əsasında 109 saylı Hərbi Hissə komandirinin 31 mart 2020-ci il tarixli, 015 əç nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, çavuş İddiaçı həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin iddiaçının Xidməti Vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, onun xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə bir neçə dəfə “töhmət”, “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Lakin qeyd olunan intizam tənbehlərinə cəlb edilməsi haqqında İddiaçı məlumatlı olması barədə hər hansı bir dəlil aşkar edilmədi. İddiaçı barəsində keçirilən şərəf məhkəməsi haqqında qərarda və iclas protokolunda İddiaçı iştirak etməsi göstərilsədə onun həmin məhkəmədə iştirakını sübut edəcək hər hansı dəlilə rast gəlinmədi. Bu isə İddiaçı hazırki, məhkəmə iclasında dediklərini bir daha sübut edir. Belə ki, İddiaçı özündən yüksək rütbəli zabitlər tərəfindən ona müxtəlif vaxtlarda onun intizam tənbehinə cəlb edilməsini söylədikləri və sonradan həmin tənbehlərin ona rəsmi qaydada təqdim edilməməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” prinsiplərinə ziddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 -159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Həmin əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aşağıdakı hallarda ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görəştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanunazidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırki halda 109 saylı Hərbi Hissə komandirinin 31 mart 2020-ci il tarixli, 015 əç nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapdığından iddia əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Hərbi Hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmr ləğv edilsin. İddiaçı N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunsun və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-476/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-476/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver