Məhkəmə qərarları › İş №2-1(118)-476/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-476/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-476/2024 08.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh “məlumatlandırma icraatı” çərçivəsində N 1485-T nömrəli 16 dekabr 2019-cu il tarixli məktubu əsasında inşa edilmiş İddiaçı məxsus tikinti obyektinin yarızirzəmi 5 mərtəbəli, mansardlı yaşayış binası kimi Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilməli olan kod nömrəsinin istismara icazədə qeyd olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün müraciətin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “məlumatlandırma icraatı” çərçivəsində N 1485-T nömrəli 16 dekabr 2019-cu il tarixli məktubu əsasında inşa edilmiş İddiaçı məxsus tikinti obyektinin yarızirzəmi 5 mərtəbəli, mansardlı yaşayış binası kimi Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilməli olan kod nömrəsinin istismara icazədə qeyd olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün müraciətin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəməfən kənar həll edildiyini bildirmiş və iddiadan imtina etməsi əsas ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əssən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdehnə qarşı Cavabdeh “məlumatlandırma icraatı” çərçivəsində N 1485-T nömrəli 16 dekabr 2019-cu il tarixli məktubu əsasında inşa edilmiş İddiaçı məxsus tikinti obyektinin yarızirzəmi 5 mərtəbəli, mansardlı yaşayış binası kimi Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilməli olan kod nömrəsinin istismara icazədə qeyd olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün müraciətin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar