Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-477/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi illəri sığorta stajına hesab olunması, ona 05 may 2022 il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, Əmək Pensiyasının “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1980ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən 07 yun 1983-cü ilədək Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı işləmişdir. Laçın rayonunun işğal edilməsindən sonra məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış və xx.xx.1993-xx.xx.2005-ci illərdə “Azmənzilsənayetikintitəmir” Birliyində əl ilə elektrik qaynaqçısı peşəsində, 2014-2020-ci illərdə ayrı-ayrı fiziki fiziki şəxslərin yanında usta, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X7” MMC_də gözətçi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə həmin müəssisədə qaynaqçı işləmişdir. 60 yaş tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona əmək pensiyasınnı təyin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Mərkəzi Filiala təqdim edilən l/İT-N ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmamağı barəsində hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17652,13 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, o, 1989-1992-ci illərdə iddiaçı ilə birlikdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işləmişdir. O, sürücü, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Onun əmək kitabçası məcburi köçkün düşdükdən sonra doldurulmuşdur. X1 göstərdi ki, o, 1988-ci ildə 5-6 ay İddiaçı ilə birlikdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işləmişdir. O, fəhlə, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - B 663712 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır. - Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Laçın rayonu Kəndenerji İdarəsində Elektrik qaynaqçısı işləməsi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal zonasında qalmışdır. - “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı Birliyin Bakı Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. Əmək kitabçasına əsasən xx.xx.1993-cü ildən əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 2007-ci ildən idarə bağlanmışdır, hal-hazırda heç bir arxiv sənədi qalmamışdır. - “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixlərdə əl ilə elektrik qaynaqçı peşəsində işləmişdir. - Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçı “Azmənzilsənayetikintitəmir” Birliyinin Bakı TTQİ-də 12 il 9 ay əl ilə qaynaq işlərini yerinə yetirmişdir. -İddiaçının adına xx.xx.1992-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.1992-ci il tarixlərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı, xx.xx.2000-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1993xx.xx.2005-ci il tarixlərdə Bakı TTQİ-də elektrik qaynaqçısı, xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə usta, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə mebel ustası, xx.xx.2018xx.xx.2020-ci il tarixlərdə mebel ustası, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə fəhlə, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “X7” MMC-də gözətçi, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə “X7” MMC-də texnik-operator, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə “X7” MMCdə qaynaqçı işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə ümumiyətlə, mövcud deyildir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrü onun sosial sığorta stajına faxil etməkdən imtina edir. Cavabdeh Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda onun dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Kəndenerji İdarəsində elektrik qaynaqçısı işləməsi, əmək kitabçasında isə həmin dövrün xx.xx.1992ci il tarixədək işləməsi kimi ziddiyyətləri vurğulamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi həmin arayışda isə əslində İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Kəndenerji İdarəsində elektrik qaynaqçısı işləməsi barədə hər hansı təsdiqləyici və ya təkzibedici məlumatlar deyil, həmin dövrlə bağlı arxiv sənədlərinin işğaıl zonasında qalması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hal vətəndaşın ziyanına təfsir edilməməlidir. Əmək kitabçasında işdən azad edilmə barədə əmrin 18 may 1992-ci il tarixdən sonra, yəni Laçın rayonu işğal edildikdən sonrakı dövrə - 06 iyul 1992-ci il tarixə aid olması özü özlüyündə başa düşüləndir. Belə ki, əmək kitabçasındakı həmin qeydlər işğal günü və işğaldan dərhal sonra aparıla bilməzdi. Artıq Bakı və Sumqayıt şəhərlərində məskunlaşma başa çatdıqdan sonra işdən azad edilmə barədə əmrlər verilmiş, əmək kitabçaları doldurulmuşdur. Bununla bağlı iddiaçı izah etdi ki, həmin dövrə aid əmək kitabçasını bir neçə ildən sonra müəssisənin rəhbərindən almışdır. Hazırda cavabdeh idiaçının həmin illərdə işlədiyi dövrü sırf müəssisənin sənədlərinin arxivə təhil verilməməsi səbəbi ilə qəbul etməkdən imtina edir. Məhkəmə yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarından çıxış edərək, sübutlara məcmuu qaydada qiymət verərək hesab edir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə cavabdehin güzəştli iş stajı ilə bağlı imtinası ilə bağlı hesab edir ki, əvvəlki arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsinin yazılmaması, sonradan verilən arayışlarda qeyd edilməsi iddiaçının “Azmənzilsənayetəmirtikinti” Birliyində işləməsini təkzib etmir. Həmin arayışların tərtib edilməsi işəgötürən müəssisənin vəzifələrinə aiddir. İddiaçının müraciətinə əlavə etdiyi arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsi göstərilməmişdirsə, sonradan verilən bütün arayışlarda, o cümlədən 04 mart 2023-cü il tarixli 08 saylı arayışında, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsinə dair arayışda onun məhz əl ilə elektrik qaynaqçısı işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (23200000-19906) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının ümumi stajına daxil edildikdə və güzəştli iş stajı nəzərə alındıqda iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Beləliklə,məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və İddiaçı xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-477/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-477/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver