Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4772/2023 25.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran rayon Polis Şöbəsinə qarşı “Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərara qarşı, Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis mayoru X2 tərəfindən əsassız və sübutsuz, eyni-məzmunda cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən, rəsmi təsdiqli sübutlarla, cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərarın qüvvədə saxlanılması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran rayon Polis Şöbəsinə qarşı “Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərara qarşı, Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis mayoru X2 tərəfindən əsassız və sübutsuz, eyni-məzmunda cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən, rəsmi təsdiqli sübutlarla, cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərarın qüvvədə saxlanılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmişdir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayətə inzibati məhkəmə icraatı qaydasında deyil, məhkəmə nəzarəti funksiyasını həyata keçirən ümumi məhkəmələr tərəfindən baxılır. İddiaçı iddia ərizəsinə inzibati icraat qaydasında baxılaraq yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis mayoru X2 tərəfindən əsassız və sübutsuz, eyni-məzmunda cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2020-ci il tarixli qərarından narazı olduğu üçün onun ləğv edilərək, Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən, rəsmi təsdiqli sübutlarla, cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərarın qüvvədə saxlanılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Məcəllənin 289.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Məhkəmə hesab edir ki, hazırki iddia polisin cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti üzrə fəaliyyətindən irəli gəlir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 7.2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci bəndində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 6.1-ci bənd).. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı arzuladığı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir, bu səbəbdən iddiaçıya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna, yuxarı prokurora və ya bilavasitə Şabran rayon məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran rayon Polis Şöbəsinə qarşı “Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərara qarşı, Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis mayoru X2 tərəfindən əsassız və sübutsuz, eyni-məzmunda cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və Şabran rayon Polis Şöbəsinin, TQ-nun tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən, rəsmi təsdiqli sübutlarla, cinayət işinin başlanılmasının rədd olunması haqqında HK-1/449 saylı, xx.xx.2019-cu il tarixli qərarın qüvvədə saxlanılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-4772/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4772/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver