Məhkəmə qərarları › İş №2-1(118)-4776/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4776/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4776/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X7 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəvət olunaraq iddianın mümkünlüyü ilə bağlı ona hüquqi yardım edilmişdir. İddiaçı məhkəmədə iddianın mümkünlüyü ilə bağlı müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı ərinin ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnamə əldə etmək niyyətindədir. Ölüm haqqında şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh təşkilat ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ona əri barəsində ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazırkı iddia tələbi qeyri-mümkün hesab edilməlidir. İddiaçının iddia tələbi cavabdeh təşkilat tərəfindən ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnaməninin verilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3 və 309.1-ci maddələrinə əsasən şəxsin ölümünün qeyd edilməsi faktı hüquqi əhəmiyyətli fakt olaraq müraciət edən şəxsin yaşayış yeri üzrə məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Qeyd olunan iddia tələbinə o halda xüsusi icraat qaydasında baxılması mümkün olur ki, müraciət edən şəxs həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikaı Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən müəyyən olunur ki, ölüm hadisəsi yaşayış yerində baş verdiyi tədqirdə Təcili və X4 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir və ambulator tibb müəssisəsinin həkiminə təqdim edilməsi üçün təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi”ni doldurur. Ölümün baş vermə səbəbi bəlli olduğu tədqirdə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında ambulator tibb müəssisə tərəfindən tibbi şəhadətnaməsi verilir. Hazırkı iddia tələbi üzrə iddiaçının məhkəməyə təqdim etdiyi Xızı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ölüm hadisəsindən 6 aydan çox vaxt keçdiyinə görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmaması qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, ölümün səbəbinin müəyyən edilməsi üçün mütləq şəkildə Məhkəmə Tibbi Ekspertiza və X2 yerli şöbələri tərəfindən meyit yarılmalı və bununla bağlı müvafiq rəy verilməlidir. İş materiallarına əlavə edilmiş Xızı rayonu Giləzi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 16 saylı arayışından məlum olmuşdur ki, X3 11 noyabr 2022-ci ildə vəfat etmiş və Giləzi qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Görünüyü kimi hal-hazırda mərhum X1 üzərində ekspertiza tədqiqatının aparılması və ölümün səbəbinin müəyyən edilməsinin mümkün deyil. Ölümün səbəbi məlum olmadığı tədqirdə isə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Buna görədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbləri baxımından iddia tələbinə xüsusi icraat qaydasında ərizəçinin yaşadığı yerin məhkəməsi tərəfindən baxılmasını mümkün edir. Qeyd olunan ölüm faktı başqa qaydada öz təsdiqini tapdığı tədqirdə, məsələn təhqiqat və ya istintaq orqanının “cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin bağlamasının rədd edilməsi barədə” qərarı olduğu və buna baxmayaraq qeydiyyat orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmədiyi tədqirdə hazırkı, iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılması mümkün olardı. Ona görədə məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Bundan başqa Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əri X1 11 noyabr 2022-ci ildə ölümünün müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur........Həmin qərarın 17-ci bəndində qeyd olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi şəhər(rayon) məhkəmələrinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Qusar Rayoni, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar