Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4806/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0.0265 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********88 saylı reyestr nömrəli çıxarışa əsasən iddiaçının adına plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0.0265 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, **********88 saylı reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Torpağa dair çıxarış verilsə də, plan və ölçünün verilməsindən cavabdeh imtina edir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsinin bir hissəsi yanacaq doldurma məntəqəsinin üzərinə düşür. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının cavabdeh inzibati orqan tərəfindən verilməsi zəruridir və birbaşa vəzifəsidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, ünvan 1ində yerləşən, **********88 reyestr nömrəli çıxarışla iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə bir hissəsinin yanacaq doldurma məntəqəsinin üzərinə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0.0265 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********88 saylı reyestr nömrəli çıxarışa əsasən iddiaçının adına plan və ölçünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi yanacaqdoldurma məntəqəsinin üzərinə düşür. İddiaçı məhkəmə iclasında izahat verərək yanacaqdoldurma məntəqəsinin iddia etdiyi torpaq daxilində yerləşdiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19 iyun 2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.0265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 14 sentyabr 2023-cü il tarixli müayinə aktında 0.0265 ha torpaq sahəsinin 0.0179 sahəsinin YDM tərəfindən zəbt edilməsi, qalan 0.0086 ha sahəsinin sərhədlərinin şərti olması qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə tərəfindən sorğu verilmiş, qeyd edilən yanacaqdoldurma məntəqəsinin hüquq müəyyənedici sənədləri istənilmiş və cavabdeh orqan tərəfindən X1 adına verilmiş çıxarış, plan-ölçü və əlaqəli digər sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd edilən yanacaqdoldurma məntəqəsi üzərində X1 adına mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********75-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı, X1 adına olan xx.xx.2023-cü il tarixli, **********75-12301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirə, bununla bağlı cavabdeh orqana müraciət edə, cavabdeh orqan tərəfindən verilmiş imtina və ya hərəkətsizliyindən isə məhkəmədə iddia qaldıra bilər. Hazırki vəziyyətdə xx.xx.2023-cü il tarixli, **********75-12301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə olduğundan iddia tələbi mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4806/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4806/2024
27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver