Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-481/2022 05.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Fuilialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinaf üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq ona münasibətdə 40600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23418,67 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, ”Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tələb olunan xüsusi staja malik olsa da, 25 illik sosial sıorta stakına malik deyildir. Belə ki, onun təhsil aldığı 1984-1987-ci illər işlədiyi dövrlə üst-üstə düşməsi səbəbindən ayrıca nəzərə alınmır. Bundan başqa onun "xxxx" firmasında işlədiyi dövr şübhə altındadır. iddiaçı həmin iş yerinin Bakı şəhərində “Gənclik” metrostransiyası yaxınlığında yerləşdiyini bildirsə də, əmək kitabçasındakı möhürün üzərində “Sumqayıt” yazılmışdır. Həmçinin iddiaçı 1994- 1998-ci illərdə əmək haqqı almadığından ödənişsiz məzuniyyətdə olduğu müddət də sosial sıorta stajına daxil edilə bilməz. İddiaçının 01.06.1999- 17.03.2005-ci il tarixləri arasındakı dövr ərzində “Real İnşaat“ firmasında işlədiyi müddət ilə bağlı adıçəkilən müəssisədə həmin dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)“ proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan başqa “Sumqayıt Poladkonstruksiya Quraşdırma" ASC-nin iddiaçıya dair 02.06.2021-ci il tarixli 34 nömrəli arayışında 09.11.1994 - 16.06.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının ümumilikdə 3 il 7 ay 7 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Həmçinin, 2006-2018-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə 5 il sığorta ödənişi öz əksini tapmışdır. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. İddiaçının ümumi iş stajına daxil edilən müddətlər 14.03.1980 - 07.04.1980-ci il (24 gün), 19.04.1980-23.05.1982-ci il (2 il 1 ay 4 gün), 17.06.1982 - 09.11.1994 (12 il 4 ay 22 gün), 01.01.2006-cı ildən sonrakı dövr ümumilikdə 5 il, cəmi 19 il 6 ay 20 gün təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.300.00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 19,005.50 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. - ЗT № 055831 seriyalı diplomun surətindən görünür ki, iddiaçı 1984-1987-ci illərdə Bakı Politexnik Texnikumunda “texnik-inşaatçı” ixtisası üzrə tam kursu bitirmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 01-FA/400 saylı arxiv arayışından görünür ki, o, həqiqətən 26.04.2010-cu ildə (əmr № 23/21-kş, 26.04.2010-cu il) "xxxx"ASC-nin Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi’ninn Quraşdırma sahəsinə 3-cü dərəcəli elektrk qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 05.01.2012-ci ildə ( əmr № 11/21-kş, 27.01.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdırma sahəsi Ağır Maşınqayırma və X1 Departamentinin tərkibinə keçirilmişr və 24.10.2012-ci ildə (əmr № 628-kş, 24.10.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx"ASC-nin ATÜ/442№-li 28.12.2015-ci il tarixli əmri ilə cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlədiyinə görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. Güzəştli pensiya üçün stajı 02 il 05 ay 28 gün təşkil edir. - “Poladkonstruksiya ASC tərəfindən verilmiş 02.06.2021-ci il tarixli 34 saylı arayışdan görünür ki, iddiaçı həqiqətən “Poladkonstruksiya” TQİ-də 14.03.1980 (əmr 42k 14.03.80)-07.04.1980 (əmr 54k07.04.80), 17.06.1982 (əmr 100k 16.06.82) - 09.11.1994cü il tarixlərdə 4-cü dərəcəli elektrik qaynaqçısı işləmişdir. 09.11.1994 – 16.06.1998-ci il tarixlərdə haqqı ödənməyən məzuniyyətdə olmuş,16.06.1998-ci il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993 tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 2 saylı əlavəsinin XXVİİ bəndinin 23200000-19906 şifrınə əsasən elektrik qaynaqçılarına 2-ci siyahı ilə pensiya hüququ verir. - İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, iddaçı İddiaçı 14.03.1980-ci ildə əmək fəaliyyətində başlamış, həmin tarixdən 07.04.1980-ci il tarixədək, 17.06.1982-ci il tarixdən 16.06.1998-ci il tarixədək “Poladquraşdırma” Tikinti Quraşdırma İdarəsində, 01.06.1999-cu il tarixdən 17.03.2005-ci il tarixədək "xxxx" firmasında, 16.10.2007-ci il tarixdən 24.02.2008-ci il tarixədək “Bakı Stil Kompani” şirkətində qazla kəsici, 26.04.2010-cu il tarixdən 24.10.2012-ci il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı, 05.03.2018-ci il tarixdən 29.05.2018-ci il tarixədək "xxxx" MMC-də kəsici vəzifəsində işləmişdir. - ********** nömrəli VÖEN dən görünür ki, İddiaçı 02.06.2002-ci il tarixdən vergi ödəyicisidir. - Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 19 mart 1980-cı il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında 01.06.1999-17.03.2005-ci il tarixləri arasındakı dövr ərzində "Real İnşaat" firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan başqa ‘‘Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-nin 02.06.2021-cı il tarixli 34 nömrəli arayışında iddiaçının 09.11.1994- 16.06.1998-ci il tarixləri arasındakı dövr ərzində ümumilkdə 3 il 7 ay 7 gün ödənişsiz məzuniyyətdə olduğunu qeyd etmişdir. Bundan başqa 2006-2018-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 5 il sığorta ödənişi öz əksini tapmışdır. Qeyd edilən səbəblərdən onun ümumi iş stajı 25 ildən az (19 il 6 ay 12 gün (14.03.1980-07.04.1980-ci il, 19.04.1980-16.05.1982-ci il, 17.06.1982-09.11.1994-cü il tarixləri arasındakı dövrlər və 01.01.2006-cı il tarixdən sonra isə ümumilikdə 5 il)) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40300,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19005,50 manat təşkil edir. - -Milli Arxiv İdarəsi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, sorğuda qeyd olunan “Real İnşaat” firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 10.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Real İnşaat" firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı Xankişl oğlunun iş stajı və əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət Qeydiyyatı idarəsi tərəfindən verilmiş 16.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Real-inşaat" Firması (VÖEN **********) 26.03.1999-cu ildə Ş-80 nömrə ilə Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 93-dür. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, 14.03.2022-ci il tarixə uçot məlumatlarına əsasən müraciətdə göstərilmiş "xxxx" Firması 30.06.1997-ci il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyata alınmış, lakin sonradan inventarlaşdırmadan keçmədiyi üçün vergi orqanı tərəfindən uçota alınmadığını nəzərə alaraq, həmin firmaya məxsus digər məlumatların verilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ”Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin normasından aydın görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaş (kişi) 60 yaşına çatmalıdır, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan mübahisə iddiaçnın 25 il ümumi sıorta stajına və tələb olunan pensiya kapitalına malik olub-olmaması ilə bağlı yaranmışdır. Belə ki, cavabdeh iddiaçının işlədiyi vaxt ilə üst-üstə düşdüyü üçün 1984-1987-ci illərdə təhsil aldığı dövrü, 1994-1998-ci illərdə cəmi 3 il 7 ay 7 gün müddətində ödənişsiz məzuniyyətdə olduğu müddəti və 01.06.1999-cu ildən 17.03.2005-ci il tarixədək “ Real- İnşaat” firmasında işlədiyi müddəti onun sıorta stajına daxil etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin verdiyi 34 saylı 02.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı oölu 09.11.1994-cü il tarixdən 16.06.1998-ci il tarixədək haqqı ödənməyən məzuniyyətə olmuşdur. Məzuniyyətin adından da göründüyü kimi bu dövrdə o, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçının "xxxx" firmasında işlədiyi 01.06.1999-cu ildən 17.03.2005-ci il tarixədək olan dövrə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisədə işləməsi işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.sənədlərlə təsdiq edilmədiyindən əmək kitabçasında bununla bağlı aparılmış qeyd kifayət qədər mötəbər hesab edilə bilməz. Belə olan halda isə iddiaçının tələb olunan 25 il sıorta stajına malik olması təsdiqlənmir və nəticə etibarı ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun əsas yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilən Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-481/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-481/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver