Məhkəmə qərarları › İş №2-1(118)-4811/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4811/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4811/2024 17.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49 ünvanında yerləşən 37 saylı mənzil ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə ünvan 1qayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49 ünvanında yerləşən 37 saylı mənzil ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ünvan 1qayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4811/2024 saylı Qərardadı ilə Umudova (Şərifova) Xatirə Famil qızı zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49-da yerləşən 37 nömrəli mənzil Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızı iddiaçının keçmiş gəlinidir, oğlu X7 oğlunun arvadı olmuş və tərəflər arasında xx.xx.2007-ci il tarixdə ünvan 1qayıt Şəhər Nikah Evində bağlanmış nikah qeydi ünvan 1qayıt Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(060)-6112/2022 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının qeydiyyatda olmasına görə mənzili üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, üçüncü şəxsin mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatdadır. ünvan 1qayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-58/2 - U-21870/11/24 saylı imtina məktubunda qeyd olunur ki, "Sizin ünvan 1qayıt şəhər Polis İdarəsinə ünvanladığınız ərizənizə X1 baxılmışdır. Bununla əlaqədar bildirilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yer üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. Odur ki, ərizənizdə göstərilən məsələ aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı ünvan 1qayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs X2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mkr., 49 saylı evin, 27 saylı mənzilindən qeydiyyatdan çıxarılma öhdəliyinin ünvan 1qayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ünvan 1qayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6112/2022 saylı qətnaməsinə əsasən X5 ilə Umudova Xatirə qızı arasında ünvan 1qayıt şəhər Nikah evində xx.xx.2007-ci il tarixdə 212 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Üçüncü şəxsin xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmağına baxmayaraq xx.xx.2009-cu il tarixdə ünvan 1qayıt şəhəri, 9-cu mkr., 49 saylı evin, 27 saylı mənzilə qeydiyyata düşmüşdür. Hal-hazırda həmin mənzildə azyaşlı uşaqları ilə yaşayır. X3 iddia tələbini qəbul etmir, İddiaçı ona qarşı xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mkr., 49 saylı evin, 27 saylı mənzilindən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Üçüncü şəxs hesab edir ki, ona kompensasiya ödəməklə ünvan 1qayıt şəhəri, 9-cu mkr., 49 saylı evin, 27 saylı evə olan yaşayış hüququna xitam verilə bilər. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, ünvan 1qayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa, tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: inventar işi 32488 olan qeydiyyat vəsiqəsi; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2024cü il tarixli arayış; ünvan 1qayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktub və digər sənədlər daxildirlər.

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49 ünvanında yerləşən 37 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzildə Umudova (Şərifova) Xatirə Famil qızı qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ünvan 1qayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Həmin mənzildə qeydiyyatda olan üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Məhkəmə iclasında iştirak edən İddiaçı üçüncü şəxsi mübahisəli mənzilə özü razılıq ərizəsi əsasında qeydiyyata saldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin mübahisəli mənzilə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun olmadığını təsdiq edən hallardan biridir. Məhkəmə üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının mübahisəli mənzilə qeydiyyata alınmasına əsas olan halların araşdırılması məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş 27 sentyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Umudova (Şərifova) Xatirə Famil qızı xx.xx.2009-cu il tarixdən ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49, mənzil 37 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49 ünvanında yerləşən 37 saylı mənzil ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Üçüncü şəxs Umudova (Şərifova) Xatirə Famil qızının xüsusi mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 9-cu mikrorayon, ev 49 ünvanında yerləşən 37 saylı mənzil ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1qayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar