Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4811/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X8-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci tarixinədək, xx.xx.2006-ci il tarixindən xx.xx.2013cü il tarixədək işlədiyi illəri ümumi sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqan AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan dövrlərin ümumi sığorta stajına daxil edilməklə xx.xx.2025-ci il tarixdən pensiya fərqi nəzərə alınmaqla ödəniş etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 xx.xx.1959-ci ildə Azərbaycan Respublikası Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi müxtəlif peşələrdə və vəzifələrdə çalışmışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq, cabadeh orqan ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli, 03-17-1/2-7- 26461/2025 nömrəli məktub ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Pensiyanın təyin edilməsindən imtina olunması barədə məktub onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydiyyata alınmadığı, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasında qeyd edilmiş xx.xx.1993xx.xx.1998-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğu (işə daxiolma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunduğu) üçün siğorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin, imtina məktubunda xx.xx.2001-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti dövrünün araşadırılması zərurəti yarandığı qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixinədək Abşeron rayonu, Güzdək Qoyunçuluq üzrə X11 X1 əmək fəaliyyəti dövrünə dair məcburi dövlət sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı sorğu verilmiş və 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqında məlumat”larda məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin ödənilmədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquq arının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçasında bütün qeydlər aparılmışdır. İddiaçı hesab edir ki, cavabdehin sözügedən imtinası əsassızdır. Cavabdeh orqanın imtina məktubunda sığorta stajı cəmi 13 il 6 ay 26 gün qeyd edilmişdir. Ancaq onun 25 ildən çox stajı var və barədə bütün qeydlər əmək kitabçasında qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. Məhkəmənin 31 iyul 2025-ci il tarixli, 2-1(118)-4811/2025 nömrəli qərardadı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı hazırki qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2024-cü il tarixdə yaranır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən cəmi sığorta stajı 13 il 6 ay 26 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-xx.xx.1998-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunub) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirir ki, sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim ediləcəyi halda həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2001-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunun iş illərinin 2001-2006-cı illərə dair təsdiqi üçün Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla müəssisəyə dair sənədlərin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək Abşeron rayonu Güzdək Qoyunçuluq üzrə X11 X1 əmək fəaliyyəti dövrünə dair məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunan müəssisə tərəfindən təqdim edilmiş 2006-2010-cu illər üzrə “Məcburi dövlət sosial sığorta haqqında məlumatlarda məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin ödənilmədiyi üçün fərdi şəxsi hesabda əks olunmadığı, həmçinin sığortaedən tərəfindən 2011-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks olunmadığı göstərilmişdir. Eyni zamanda, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 2 ay 18 gün sığorta stajına uyğun olaraq 12310,09 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1765,28 manat olmaqla, ümumilikdə 14075,37 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisə sığortaedənirı mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktıdır. Əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hal isə əmək kitabçasında müvafiq qeydlərin olmasına baxmayaraq, həmin dövrlər üzrə hər hansı sosial sığorta haqlarının mövcud olmamasıdır.
7. Daha sonra, cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, cəmi sığorta stajı 13 il 6 ay 26 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-xx.xx.1998-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunub) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirir ki, sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim ediləcəyi halda həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2001-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunun iş illərinin 2001-2006-cı illərə dair təsdiqi üçün Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla müəssisəyə dair sənədlərin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək Abşeron rayonu Güzdək Qoyunçuluq üzrə X11 X1 əmək fəaliyyəti dövrünə dair məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq, daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunan müəssisə tərəfindən təqdim edilmiş 2006-2010-cu illər üzrə “Məcburi dövlət sosial sığorta haqqında məlumatlarda məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin ödənilmədiyi üçün fərdi şəxsi hesabda əks olunmadığı, həmçinin sığortaedən tərəfindən 2011-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks olunmadığı göstərilmişdir. Həmçinin sığortaedən “X4 və Emal Birliyi” MMC-nin (SUN **********8; VÖEN: **********) xx.xx.2025-cı il tarixində 3-17-1/1-106029/2025 nömrə ilə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli 3-22- 15/2-77/2025 nömrəli cavab məktubunda “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatların ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli Qərarına əsasən, Nazirliyin tabeliyində olan bir sıra təsərrüfathesablı dövlət müəssisə və təşkilatlar birləşdirilərək, Nazirliyin tabeliyində Birliyin yaradıldığını, Birliyin yaranması ilə bağlı Nazirliyin nümayəndələri və Birliyin nümayəndələrinin iştirakı ilə 4 oktyabr 2019-cu il tarixdə “X7 İstehsalat Müəssəsi” MMC-nin təhvil-təslim işləri həyata keçirildiyini, həmin prosesin aktlarla rəsmiləşdirildiyini və təhvil-təslim aktlarında İddiaçı barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 2 ay 18 gün sığorta stajına uyğun olaraq, 12310.09 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1765,28 manat olmaqla, ümumilikdə, 14075,37 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisə sığortaedənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktıdır. Əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hal isə əmək kitabçasında müvafiq qeydlərin olmasına baxmayaraq həmin dövrlər üzrə hər hansı sosial sığorta haqlarının mövcud olmamasıdır.
8. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-8516/2025 nömrəli məktubd qeyd olunur ki, təqdim edilən mülahizədə qeyd olunur ki, “İddiaçı iddia ərizəsində Abşeron rayonu Güzdək Qoyunçuluq üzrə X11 X2 (SUN: **********4, VÖEN: **********) 2011-2013cü illər üzrə xeyrinə hesabladığı və ödədiyi məcburi dövlət sosial sığorta haqlarının yaşa görə əmək pensiyasının təyin olunması zamanı nəzərə alınmadığını bildirmiş və bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" (Hesabat) altsistemində Müəssisənin 2011-2013-cü illər üçün 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”larına (Forma B1) (bundan sonra - Forma B1) uyğun olaraq, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, sığortaedənlərin 2006-2016-cı illər üzrə hesabat məlumatlarının araşdırılması və müvafiq düzəlişlərin edilməsi ilə bağlı Nazirliyin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin başa çatdırılması haqqında” Əmri ilə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.11-5.2.13-cü maddələrinin tələblərinə uyğun olaraq, fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin başa çatdırılması haqqında “Tədbirlər Planı” təsdiq edilmişdir. Qeyd edir ki, 2006-2016-cı illər üzrə Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsi üçün həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlərin (əmək kitabçası, əmək haqqı cədvəli, bankdan əmək haqqının verilməsi barədə çıxarış və zərurət olarsa digər məlumatlar) tələb edilməsi məsələləri “Tədbirlər Planı”nda öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları və işin məhkəmədə olduğunu nəzərə alaraq, müəssisənin 2011- 2013-cü illər üçün Forma B1 hesabatlarına uyğun olaraq Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən illər üzrə əməkhaqqı cədvəllərini (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla (nümunə əlavə olunur)) qoşmaya əlavə edilmiş nümunə formasında və həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlərin (hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) möhür və imza ilə təsdiq edilmiş sürəti tərəfinizdən mümkün qısa müddət ərzində Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) təqdim edilməsi xahiş olunur.”.
9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İddia mümkündür.
III. Tətbiq edilən hüquq
17. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
21. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
22. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
IV. Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
25. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
26. İddiaçı 20 avqust 1959-cu il tarixdə də Qobustan rayonunun Ərəbşalbaş kəndində anadan olmuşdur. 10 avqust 2024-cü il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
27. Məhkəmə hesab edir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması (işə daxiolma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunması) həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır.
28. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixədək işlədiyi dövrə münasibətdə isə qeyd edir ki, həmin dövrdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmamışdır.
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
30. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
31. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
32. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
33. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
34. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək (+ hətta xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrlər də daxil olmaqla) işlədiyi dövr sosial sığorta stajına daxil edilsə belə, tələb olunan 25 illik staj toplanmadığından iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyasını almaq hüququ yaranmamış olur.
35. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8-Abbaszadə