Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4818/2025 28.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs İbrahimova (Allahverdiyeva) Məfkurə Abbasəli qızının iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçının hal-hazırda faktiki yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 6 ünvanına pasport qeydiyyatına salınmağı (düşməyi) tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 1987ci il tarixdə ailə qurmuşdur. 1996-cı ildə Abşeron rayonu, Masazır qəsəbəsində sənədi olan (çıxarışlı) 10 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini alqı-satqı zamanı arvadı İbrahimova (ər soyadı Allahverdiyeva) Məfkurə Abbasəli qızının adına sənədləşdirmişdir. 1996-cı il tarixdə həmin torpaq sahəsində ev tikmiş və tikdiyi evi də arvadının adına sənədləşdirmişdir. Həmin vaxtı tikdirdiyi evin yerləşdiyi küçəyə ad verilməmişdir. Evə dair arvadının adına aldığı çıxarışda ünvan sadəcə olaraq “Abşeron rayonu, X7" kimi yazılmışdır. Arvadı və iki qızı həmin evə qeydiyyata düşmüşdür. 2000-ci ildə oğlu X6 doğulmuşdur. O, da həmin vaxtdan həmin ünvanda qeydiyyatdadır. 2010-cu ildə arvadı ilə rəsmi olaraq məhkəmə yolu ilə boşanmışdır. Boşanmağına baxmayaraq bu günə kimi bir yerdə yaşayırlar. Danışırlar və uşaqları ilə bağlı bütün məsələləri bir yerdə müzakirə edir və qərarı bir yerdə verirlər. Lakin aralarında ər-arvad münasibəti yoxdur. 2014-cü ildə yaşadığı evin yerləşdiyi küçəyə ad verilmişdir. Yaşadığı evin ünvanı aşağıdakı kimi olmuşdur: “ünvan 3 Küçəyə ad verildikdən sonra arvadı gedib evə aid çıxarışı dəyişərək yeni ünvanı özündə əks etdirən yeni çıxarış almışdır. Həmin çıxarış əsasında özünü və uşaqlarını yeni ünvana qeydiyyata saldırmış və onu isə yeni ünvana qeydiyyata saldırmamışdır. Halhazırda yaşadığı evin köhnə ünvanına qeydiyyatdadır. Lakin bu hal ona problemlər yaradır. Arvadı ilə boşansalar da bu günə kimi həmin evdə yaşayır. Bunu bütün qonşular da təsdiq edə bilərlər. Hal-hazırda pasport qeydiyyatında olduğu həmin ev yeni ünvanla adlanır. Buna görə də qeydiyyatda olduğu yer barədə hər-hansı bir sənədləşmə olanda onu ala bilmir. Bildirirlər ki, belə bir ünvan hazırda yoxdur. Ümumiyyətlə, faktiki yaşadığı ünvanda qeydiyyatda olmamağı onun üçün problemlər yaradır və onun öz hüquqlarını sərbəst və maneəsiz həyata keçirməyinə mane olur. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Onun isə faktiki olaraq yaşadığı yerdə deyil, başqa yerdə qeydiyyatda olmağı demək olar ki, dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İbrahimova (Allahverdiyeva) Məfkurə Abbasəli qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatında üçüncü şəxs İbrahimova (Allahverdiyeva) Məfkurə Abbasəli qızı iştirak etmiş, iddiaya etiraz edərək izahatında iddiaçının qeydiyyata düşməsinə razı olmadığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyətinin Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli A/814, A/815, A/816 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-8388/2025 saylı məktubu ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışı və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarında qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü tarixədək Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 20, ev 1, mənzil 24-də, xx.xx.2024-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Abşeron rayonu X7nda, xx.xx.2013-cü il tarixdən hazıradək Abşeron rayonu Masasır kəndi, Səməd Vurğun küçəsi, ev 6-da; xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən hazıradək Abşeron rayonu X7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı hal-hazırda faktiki yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 6 ünvanına pasport qeydiyyatına salınmasını istəyir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: ... 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi 31024, inventar nömrəsi 4257 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, X7nda yerləşən yaşayış evi X2 adına qeydə alınmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi X2 mülkiyyətindədir. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü tarixədək Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 20, ev 1, mənzil 24-də, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Abşeron rayonu X7nda, xx.xx.2013-cü il tarixdən hazıradək Abşeron rayonu Masazır kəndi, Səməd Vurğun küçəsi, ev 6-da; xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən hazıradək Abşeron rayonu X7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göründüyü kimi iddiaçının mənzilə qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, iddiaçının qeydiyyatda olduğu Abşeron rayonu X7 ünvanına sonradan dəqiqləşmə edilərək ünvan 5nvanı olaraq dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının faktiki olaraq qeydiyyatda olduğu yer (ev) dəyişməmiş, yalnız yeni dövlət reyestrindən çıxarış alınan zaman əmlakın ünvanı dəqiqləşdirilərək ünvan 6ilmişdir. Həmçinin məhkəmə sorğularına verilmiş cavab məktublarından müəyyən olunur ki, X2 da qeydiyyat ünvanı xx.xx.2013-cü il tarixinədək Abşeron rayonu X7 olaraq qeyd edilmiş, xx.xx.2013-cü il tarixindən sonra yeni çıxarışın alınması ilə əlaqədar olaraq ünvan 6ilmişdir. Bundan əlavə, Abşeron rayon İcra Hakimiyyətinin Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli A/814, A/815, A/816 saylı arayışları ilə İddiaçı ünvan 4 ünvanında yaşadığı təsdiq edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən: “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.” Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4818/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4818/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver