Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-482/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil ( “Pro Bomo” vəkil bürosunda vəkil işləyən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 37, mənzil 28-də yaşayan ) Cavabdehin nümayəndəsi X2 (2 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsində baş hüquqşünas işləyən, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, PÇ-14, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “ İddiaçı” Mənzil Tikinti Kooperativi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.10.2020-ci il tarixli **********141271 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə İddiaçı MTK-nın fəaliyyəti üzrə guya ki, ƏDV ödəmələri arasında 297058.27 manat fərq əmələ gəlmişdir və əlavə olaraq 148529.14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin rəqəmlər heç bir sübuta və təqdim olunmuş rəsmi sənədə söykənmədən tərtib olunmuş akta əsasən hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşları X6, X7 və X1 vergi yoxlamasını aparmışlar. Yoxlama zamanı onlara təqdim olunan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin 2014-cü ilə aid yığıncağının qərarı ilə tanış olmuşlar. Bu qərarda MTK-nın müqavilə ilə təqdim olunmamış qeyri-yaşayış sahələrinin kooperativin üzvlərinə təqdim olunması qərara alınmışdır. Lakin bu qərardan 3 gün sonra yeni qərar verilmiş və təqdimetmənin göstərildiyi bu protokolun icra olunmada dayandırılmasına və ləğv olunmasına qərar verilmişdir. Vergi müfəttişləri isə nədənsə bu iki qərara birlikdə nəzər saldıqları halda sadəcə birincini əsas götürmüş və öz şəxsi mülahizələri əsasında guya bu sahələrin təqdim olunduğu qərarına gəlmişlər. Bu tamamilə absurd və qanunvericiliyin müddəalarına ziddir. Bundan sonra müfəttişlər səyyar vergi yoxlaması aktı tərtib etmişlər."İddiaçı" MTK-da keçirilən səyyar vergi yoxlamasının **********136749 nömrəli 21.09.2020-ci il tarixli akt iddiaçı tərəfindən imzalanmamışdır. Müfəttişlər tərəfindən aktın “yoxlamanın nəticələrinə dair” 2.1-ci bəndində qeyd olunan “Cari yoxlamaya təqdim edilən "İddiaçı" MTK-nın təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsinə görə həmin sahənin təqdim edilməsi qənaətinə gəlinmişdir. Vergi ödəyicisinin cari yoxlamaya təqdim etdiyi izahat da həmin açıq qalan sahənin təqdim edilməsini bir daha təsdiq etmişdir. Nəticədə yoxlama ilə 1513,84 (qeyri-yaşayış) x 720,34 (ƏDV-siz) +1542,06 (mansard) x 254,24(ƏDV-siz)+792 (zirzəminin qaraj kimi yararsız, lakin qeyri-yaşayış sahəsi kimi istifadəyə yararlı sahəsi) x 211,86 (ƏDV- siz) = 1650323,73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 1650323,73 manat dövriyyə kənarlaşmasına görə 297058,27 manat (1650323,73x18%) ƏDV üzrə kənarlaşması aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli oln məbləğinə nisbətən 297058,27 manat azaldılmasına görə 50% məbləğində, yəni 148529.14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur” mülahizələri düzgün deyildir. Belə ki, icra olunması yoxlanılmadan (icrası mümkün olmadığı üçün ləğv edilmiş olan) hər hansı bir protokol və ya qərarın nəticələrinin güman əsasında “həmin açıq sahənin təqdim edilmə”si “qənaətinə gəlinməsi müfəttişlərin qanuna və hüquqi faktlara əsaslanan gəldikləri qanuni qənaət deyil, onların “xəyali təxəyyül” məhsulları olduğu üçün qeyri-qanunidir. Nəzərə alınmalıdır ki, yoxlanılan dövr ərzində MTK-ın tikdiyi binanın istismara qəbul edilməmiş olması, buna görə də göstərilən əmlakın bölüşdürülməsinin “Dövlət dövlət reyestrində qeydiyyatının mümkün olmaması səbəbindən aktda istinad edilən protokol icrasının mümkünsüzlüyü səbəbindən faktiki icra edilmədən ləğv edilmişdir. Bu barədə müfəttişlər hər hansı araşdırma aparmamış və lazımi sualları iddiaçı tərəfə verməmişlər. Halbuki, yoxlama tərəfindən bu sənədin (“protokol”un) icra olunub olunmaması və hüquqi nəticələrinin faktiki mövcud olubolmaması araşdırılmalı idi. Lakin müfəttişlər nəinki bu faktları araşdırmamış, hətta səthi və yarımçıq sual-cavab əsasında alınmış izahatı əsas kimi aktda göstərməklə kifayətlənmişlər. Bundan əlavə həmin protokolun 3 gündən sonra ləğv edilməsi də nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədi və izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.05.2020-ci il tarixli **********199697 nömrəli qərarına əsasən aprel 2017 - mart 2020 vergi dövrü əhatə edilməklə iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 21.09.2020ci il tarixli **********136749 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktı imzalamaq üçün vergi ödəyicisinə təqdim edilsə də, vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlama aktını imzalamaqdan imtina etmişdir. Bu faktla əlaqədar Vergi Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən yoxlama aktında müvafiq qeyd aparılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə verilmiş və tələbnamədə qeyd edilən sənədlrərin təqdim edilməsi təklif edilmişdir.Yoxlama zamanı real vergilərin müəyyən edilməsi, yoxlamanın dolğun, obyektiv, hərtərəfli aparılması üçün bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan Vergi Məcəlləsinin 44-cü və 45-ci maddəsinə müvafiq olaraq mütəxəssis və ekspert dəvət edilmişdir. Yoxlamaya təqdim edilmiş 07.08.2020-ci il tarixli mütəxəssis və 25.08.2020-ci il tarixli ekspert rəylərinə görə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa edilmiş 1 ədəd 3 girişdən, 7 mərtəbədən və mansarddan ibarət olan 108 mənzilli yaşayış binasının satışa yararlı sahəsi 12687,23 kv m təşkil edir və bundan əvvəlki səyyar vergi yoxlaması ilə yaşayış evinin 8839.33 kv m sahəsi əhatə olunduğundan açıq qalan satışa yararlı sahə 3847,9 kv.metrdir. Həmin sahənin 1513 kv metrini qeyri yaşayış, 1542,06 kv metrini mansard, 792 kv metrini isə zirzəmi təşkil edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahə təsisçilər arasında bölüşdürülərək təqdim edilmişdir. Açıq qalan 3847,9 kv.metr sahənin təqdim edilməsi faktı İddiaçı MTK-nın sədri Rafiq Mustafayevin yoxlamaya təqdim edilmiş 21.07.2020-ci il tarixli yazılı izahatı ilə də təsdiq edilmişdir. Belə ki, həmin izahatda "açıq qalan satışa yararlı sahə təsisçi Hüseynbala Quliyev və X11 arasında bərabər şəkildə bölünüb və onun müqabilində pul vəsaiti qoyulub. X11 payına düşən sahənin bir hissəsini satıb və hal-hazırda “Narıncı” market kimi fəaliyyət göstərir, təsdiqedici sənədləri təqdim etmək imkanımız yoxdur” kimi qeyd edilmişdir. Ekspertin rəyinə əsasən 01.04.2017-ci il tarixdən 31.03.2020-ci il tarixədək olan dövrdə orta bazar qiyməti nəzərə alınmaqla qeyriyaşayış sahəsinin 1 kv metri 720,34 manat (ƏDV-siz), zirzəmi sahəsinin 1 kv metri 211,86 manat (ƏDV-siz), mansardın 1 kv metri isə 254,24 manat (ƏDV-siz) təşkil edir. Nəticədə 1513 kv m (qeyri-yaşayış sahəsi) x 720,34 +1542,06 (mansard)x 254,24 + 792,0 (zirzəmi) x 211,86 = 1650323,73 manat dövriyyə fərqi təşkil edir. Həmin dövriyyə fərqinə görə (1650323,73 x 18%) 297058,27 manat ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin 297058,27 manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50% miqdarında, yəni 148529.14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə aylıq ƏDV bəyannamələrində əmək haqqı 250 manat olmaqla 1 işçi göstərilməsinə baxmayaraq, muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS- İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər və İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) tədiyyələri üzrə bəyannamə təqdim etməmişdir. Nəticədə muzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4-cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4-cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat, MDSS - İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər 2019-cu ilin 1 -ci və 2-ci rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat və işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 2019-cu ilin 1 -ci və 2-ci rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat kənarlaşma aşkar edilərək Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən maliyyə sanksiyaları tətbiq edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin üdilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********199697 saylı qərardan görünür ki, İddiaçı MTK üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2017-ci ildən mart 2020-ci il tarixədək dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlamsının keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MTK-də növbəti səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar reyestrdə qeydiyyata alınmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 15.09.2020-ci il tarixli **********136749 saylı səyyar vergi yoxlaması aktından görünür ki, müəssisədə 2017-2019ci illər üzrə mənfəət vergisi, aprel 2017-mart 2020-ci illər üzrə əlavə dəyər vergisi, 2-ci rüb 2017 - 1-ci rüb 2020-ci illər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi, 2-cü rüb 2017 - 1-cü rüb 2020-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi və 2017-2019-cu illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə, 2017-ci il - 2019-cu il əmlak və torpaq vergisi , 2-ci rüb 2017-1-ci rüb - 2020-ci illər işsizlik sığortası üzrə rübülk hesabat və 2-c rüb 2017 - 1-ci rüb 2020-ci illər üzrə MDSS – işəgötürənlər-müzdla işləyənləri əmək müqaviləsi üzrə işə götürən hüquqi şəxslər vergiləri üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 13.05.2020-ci il tarixdə başlamış və 15.09.2020-ci il tarixdə başa çatmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30.10.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı MTK 2020-ci il üçün ƏDV üzrə 297058,57 manat, 2019-cu il üçün məcburi dövlət soial sığorta haqqı üzrə 375 manat, 2019-cu il üçün muzdla işləyənləri işəgötürən sığortaedən kimi 375 manat, 2019-cu il üçün işsizlik sığortası üzrə 15 manat, muzdla işləyənləri işəgötürən sığortaedən kimi 15 manat, cəmi 297838,27 manat əlavə vergi borcu və 149.239,14 manat malkiyyə sankisyasına cəlb edilmişdir. Bundan başqa MTK-in barəsində Vergi Məcəlləsinin 57.1-ci madəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdi etmədiyinə görə cəmi 320 manat məbləğində maliyyə sanksiyası təqtbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 23.07.2014-cü il tarixli protokol qərarından görünür ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın yşaayış sahəsinin bir hissəsinin təsisçilər arasında bölünməsi haqqında 20 iyul 2014-cü il tarixli ümumi yığıncağın protokolunun icra olunmadan dayandırılması barədə qərar qəbul etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 36.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Göstərilən Məcəllənin 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MTK-nin təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahə təsisçilər arasında bölüşdürülərək təqdim edilmişdir. MTK-nın sədri X5 21.07.2020-ci il tarixli izahatında göstərmişdir ki, bölüşdürülmüş açıq qalan sahələrin bölüşdürülməsi müqabilində nəqd şəkildə pul vəsaitləri qoyulmuşdur və əvəzində mal-materiallar alınmışdır. Açıq qalan satışa yararlı sahə təsisçi Hüseynbala Quliyev və X11 arasında bəraəbər şəkildə bölüşdürülmüşdür. Məhkəmə qeyd edir ki, MTK-nın göstərilən izahatı təqdim olunma barədə protokolun qüvvədən düşməsi və ya icrasının dayandırılması barədə qərarın sonradan tərtib olunmasını təsdiq edərək əhəmiyyətsiz edir. İddiaçı tərəfindən bunun əksini sübut edən mötəbər sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi MTK-nın sədrinin istinad olunan izahatı səhvən verdiyin bildirdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının eksperti H.Yaqubov tərəfindən tərtib edilmiş 25.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış araşdırma zamanı 01.04.2017-ci il tarixdən 31.03.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa edilən 3 girişli 7 mərtəbə + mansard mərtəbəli binanın satışa yararlı sahəsinin 1 kv metrinin satışının orta bazar qiyməti aşağıdakı kimidir : yaşayış sahəsi – 600 manat, qeyri-yaşayış sahəsi – 850 manat, zirzəmi – 250 manat və mansard 300 manat. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 23.1.2.-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanları Vergi Məcəlləsinin 50.1.12-ci maddəsinə əsasən pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eyni zamanda həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edir. Göstərilən Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-482/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-482/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver