Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-482/2022 10.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 ("xxxx" MMC-nin direktoru, işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 10.04.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa başlamışdır. Lakin 2021-ci ilin iyun ayından etibarən məlum olmayan səbəblərə görə pensiyanın ödənilməsi dayandırılmışdır ki, bu da onun konstitusion hüquqlarımın pozulmasına səbəb olmuşdur. Yaranmış bu halın aradan qaldırılması məqsədi ilə o, pensiya ödənişinin bərpa edilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtuna cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddianl qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütamadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununur 37.8.3-cü maddəsinin tələblərinə uyğun olara dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən araşdırılmışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Qan jnun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüquqi verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycar Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarıilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayım zərəli və ağır İşlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23 yanvar 2007-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirfc Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaş görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısrnm şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı bölməsinin (XVİİİ) xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı yarımbölməsində 2190100a—19861 kodu üzrə xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyoriarı vəzifəsi, rəhbərlər və mütəxəssislər yarımbölməsində 2190100b—23187 və 2190100b—23607 kodları üzrə xəlitə hazırlanması, şüşə kütləsinin bişirilməsi sahələrində və şüşə lifləri, şüşə pambığı və onların məmulatlarının istehsalı ilə məşğul olan sahələrin ustaları, böyük ustaları və mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filialın aidiyyəti üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə "xxxx" MMC-də 10.04.1974-28.04.1975-ci il tarixləri arasındakı dövr ərzində növbətçi elektrik, 30.05.1977-17.10.1988-ci il tarixləri arasındakı dövr ərzində avadanlığın təmiri üzrə elektrik çilingəri, 17.10.1988-01.03.1989-cu il tarixləri arasındakı dövr ərzində energetik, 01.03.1989- 27.09.1990-cı il tarixləri arasındakı dövr ərzində avtomatika və energetika üzrə rəis müavini vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də cavabdeh hesab edir ki, iddiaçı tələb olunan güzəştli iş stajına malik deyildir. Göstərilən uyğunsuzluğa baxmayaraq sizs 10.04.2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. İş materiallarında olan : - AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı xx.xx.1955-ci il təvəllüdür. - - "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 24.09.2021-ci il tarixli arayışdad görünür ki, o, həqiqətən 09 noyabr 1972-ci il tarixdən (Əmr № 350-K, 34 11.1972) - 10 aprel 1974cü il tarixədək Sumqayıt Şüşə zavodunun Nəzarət və Ölçü Cihazları sexində Elektrik çilingəri, 10 aprel 1974-cü il tarixdən (Əmr № 130-K, 10.04.1974) - 28 aprel 1975-ci il tarixədək (Əmr № 98-K, 30.04.1975), 30 may 1977-ci il tarixdən (Əmr № 129-K, 26.05.1977) - 27 sentyabr 1990-cı il tarixədək (Əmr № 117-K, 27.09.1990) 1 №-li İstehsalatında(Şüşə istehsal sexi) növbətçi elektrik, avadanlığın təmiri -üzrə elektrik çilingəri, energetik, avtomatika və energrtika üzrə rəis müavini vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində o, Azərbaycan Respublikasının Əmək pensiyaları zanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Suşə zavodunun 1№-li İstehsalatının Maşın-soba və Kəsici şöbələrində 10 aprel 1974-cü tarixdən (Əmr № 130-K, 10.04.1974) - 28 aprel 1975-ci il tarixədək(Əmr № 98-K, :0 04.1975) növbətçi elektrik; 30 may 1977-ci il tarixdən (Əmr № 129-K, 26.05.1977) - 17 oktyabr 1988-ci il tarixəədək avadanlığın təmiri üzrə elektrik çilingəri; 17 oktyabr 1988-ci il tarixdən (Əmr № 162-K, 04.11.1988) - 01 mart 1989-cu il '5'ıxədək sexdə energetik; 01 mart 1989-cu il tarixdən (Əmr № 37-K, 20.03.1989) - 27 sentyabr 1990-cı il :arıxədək(Əmr № 117-K, 27.09.1990) avtomatika və energetika üzrə rəis müavini vəzifələrində zərərli əmək şəraiti ilə işləmişdir. İşlədiyi peşələr üzrə iş stajı, yəni növbətçi elektrik peşəsi üzrə 1 il 18 gün, avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsi üzrə 11 il 4 ay 13 gün, energetik vəzifəsi üzrə 4 ay 17 gün, avtomatika və energetika üzrə rəis müavini vəzifəsi üzrə iş stajı 1 il 6 ay 26 gün, cəmi peşələr üzrə iş stajı 14 il 4 ay 13 gün təşkil edir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna malik olan əsas xüsusiyyəti isti iş sahələrində elektrik avadanlıqlarının, avtomatlarının və qurğularının təmiri və xidməti ilə məşğul olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı il təsdiq edilmiş 02 №-li siyahısının XVİİİ bölməsinin 2190100a-19661; 2190100b vəzifə kodu üzrə müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna gorə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. -İddiaçının adına açılmış 15.11.1972-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 09.11.1972-ci ildə əmək fəaliyyətinə başlamış 31.03.2011-ci il tarixədək müxətlif işlərdə və vəzifələrdə işləmişdir. -İddiaçıya НЗ № ******* seriyalı hərbi biletdən görünür ki,o , 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”nda nəzərdə tutulan kodlara uyğun gəlmədiyindən güzəştli iş stajı yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının 09 noyabr 1972-ci il tarixdən - 10 aprel 1974-cü il tarixədək elektrik çilingəri (nəzarət və ölçü cihazları sexində), 10 aprel 1974-cü il tarixdən - 28 aprel 1975-ci il tarixədək, 30 may 1977-ci il tarixdən - 27 sentyabr 1990-cı il tarixədək (şüşə istehsalı sexində) Sumqayıt Şüşə zavodunda növbətçi elektrik, avadanlığın təmiri üzrə elektrik çilingəri, energetik, avtomatika və energetika üzrə rəis müavini vəzifələrində işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”nın XVlll bölməsində göstərilən 2190203a-19861 (xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları) və 2190100b (rəhbərlər və mütəxəssislər) nömrəsi ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni 01.01.2006-cı il tarixədək AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay güzəştli və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu 10.04.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı 15.02.2022-ci il tarixli cavab məktubu ilə vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir, lakin pensiya işinin materiallarında pensiya ödənişinin dayandırılmasına dair qərar aşkar edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, idida tələbi təmin edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınən üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-482/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-482/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver