Məhkəmə qərarları › İş №2-1(118)-482/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-482/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-482/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 02 mart 2023cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 28 dekabr 2022-ci il tarixdə “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyini təsis etmişlər və onun təsis edilməsi barədə qərar qəbul etmişlər. Həmin tarixdə tətsis yığıncağı keçirilmişdir və həmin prtokoldan görünür ki, təsisçi İddiaçı1 oöğlu iki il müddətinə Birliyin sədri seçilmiş, həmçinin Biroiyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə nazirliyinə təqdim edilməsinin Birliyin qanuni təmsilçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilmişdir.İddiaçılar lazım sənədləri toplayaraq cavabdeh nazirliyə təqdim etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla sənədləri geri qaytarmışdır. Cavabdeh imtinasında göstərmişdir ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Cavabdehin bu məktubu imtina cavabı kimi qiymətləndirildiyindən iddiaçılar hazırki idida ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək izah etmişdir ki, “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin təsis sənədləri 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə nöqsanın aradan qaldırılmasının zərurliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə zidd olaraq ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçılarn izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh ictimai birliyin qeydiyyata alınması ilə bağlı iddiaçılar tərəfindən təqdim edilmiş sənədləri geri qaytararaq bütün təsisşilər tərəfindən imzalanmalı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh faktiki olaraq iddiaçıların müraciətinə mahiyyəti üzrə cavab verməmişdir, qeydiyyata alınmasından imtina etməmişdir, sadəcə ərizənin bütün təsisçilər tərəfindən imzalanmaması səbəbindən geri qaytarmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16- 5/2-13-564/2023 saylı məktub imtina kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılart İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar