Məhkəmə qərarları › İş №2-1(118)-4823/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4823/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4823/2025 12.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırışçıların şəhadətləndirilməsi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qəbul edilmiş yekun tibbi qərarın ləğv edilməsi və bu barədə qanuna müvafiq yeni qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Ekspertiza və Reablitasiya Xidməti tərəfindən iddiaçı barəsində yekun tibbi qərar qəbul etmişdir. İddiaçı bu barədə Apellyasiya şurasına şikayət etmiş, apellyasiya şurasın heç bir araşdırma aparmadan bu qərarın qüvvədə saxlanılması barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərar ona xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə poçt vasitəsi çatmışdır. İddiaçı 16 fevral 2021-ci il tarixdə Quba rayonunda hərbi qeydiyyat üçün tibbi komisiyadan keçmiş, ona hərbi qeydiyata alma haqqında İQ 390067 nömrəli vəsiqə verilmişdir. Həmin vəsiqədə onun xəstəliyi ilə bağlı 80ç maddəsi əsasında məhdud yararlı kimi göstərilmişdir. Dövlət tibbi müayinədən keçən zaman onurğanın sağa konveks C-vari torako lyumbal 15° skolirozu ilə, onurğanın 2-ci dərəcəli kifolik deformasiyası və hiperlordoz xəstəliyi ilə hərbi xidmətə yararsız hesab olunmuşdur. Bundan sonra, 2024-cü il tarixdə yaşı tamam olduqda və hərbi xidmətə çağrıldıqda yenə də ona dövlət tibbi komissiyasında eyni diaqnoz qoyulmuşdur. Bundan başqa, iddiaçı OKİ qospitalında rentgenoqrafiya bölməsində yoxlanılmış və həkim radioloq Atakişiyev K.A. eyni diaqnozu əyilmə bucağı 15° kifoz bucağı 45° kifoz indeksi 5.2 onurqanın 2-ci dərəcəli kifotik deformasiyası diaqnozu qoyulmuşdur, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək vq Əhalinin Sosial Müdafıyə Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qəbul edilmiş yekun tibbi müayinənin aparıldığı zamanı xəstəliklər cədvəlinin 1-ci qrafasına müvafiq olaraq A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır və 2025-ci ilin yanvar çağırışı ilə ümumi əsaslarla hərbi xidmətə göndərilməsi nəzərdə tutulmuşdur. Bundan narazı qaldığı təqdirdə bu barədə Apellyasiya Şurasına şikayət verə biləcəyi qeyd olunmuşdur. İddiaçı da Apellyasiya şurasına şikayət etmiş, lakin Apelyasiya Şurasına heç bir araşdırma aparmadan şikayətini təmin etməyərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarını Qüvvədə saxladı. O digər yuxarı orqanlara şikayət edərək yenidən müayinə edilməyini istəsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, həqiqətən xəstəliyinin ağır olmağına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıyə Nazirliyinin Tabeliyində Dövlət Tİbbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq xəstəliyi yüngül yazıldığına görə həmin qərar ləğv edilməli və yeni qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

3. Məhkəmənin 23 aprel 2025-ci il tarixli, 2-1(118)-4823/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı (FİN: xxxxxxx) barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin C bəndinin 1-ci qrafasının C kateqoriyası və 74-cü maddəsinin Ç bəndinin 1-ci qrafasının Ç kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Yekun tibbi müayinə zamanı həyata keçirilən rentgenoloji müayinələr nəticəsində çağırışçının sağ bazu oynağında və oynağı əmələ gətirən sümüklərində travmatik-destruktiv dəyişikliklər aşkar edilməmiş, onurğanın bel nahiyəsində zirvəsi L1 fəqərə cismi olmaqla onurğanın sağa doğru 8.3 (səkkiz tam onda üç) dərəcə təsbit olunmayan əyriliyi qeyd edilmişdir. Aparılmış müayinələr nəticəsində çağırışçıya “Funksiyaların pozulması olmadan onurğanın İ mərhələ skoliozu” diaqnozu qoyulduğu üçün tibbi qiymətləndirmə komissiyası tərəfindən göndərişdə göstərilən yararsızlıq səbəbi Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin Ç bəndinin 1-ci qrafasının A-3 kateqoriyası üzrə təsdiqlənmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İİ İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.), məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

13. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

İİ Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

15. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

16. İş materiallarına əsasən müəyyən edilir ki, ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “hərbi xidmətə çağırılmasının təxirə salınması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi ünvan 2qayit İnzibati Məhkəməsisinin 15(118)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İş apellyasiya qaydasında baxılarkən, iddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin geri götürülməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(105)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla hazırki iş üzrə icraata xitam verilmişdir.

17. Göründüyü kimi, mübahisəndirilən akt artıq icra edilmiş və iddiaçının hazırki iddiaya hüquqi marağı artıq müəyyən edilmir və belə olan halda da iddia mümkün sayıla bilməz.

18. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X6-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar