Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4825/2025 09.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11rşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 1000.5 kv.m həyətyanı torpaq sahəsi mərhum X1 mülkiyyətində və istifadəsində olmuşdur. X4 xx.xx.2021-ci ildə tarixində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat ofisinin №1055 saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X1 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X2 ərizəsi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti, Masazır kənd İcra Nümayəndəliyi Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunun torpaq sahəsində fərdi yaşayış evinin tikintisi haqqında 28 saylı xx.xx.1996-cı il tarixli sərəncamına, DT və XK-nm kadastr planına əsasən vətəndaş X3 0,1 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin №3-21-3-32/2-3499- 2025 saylı, xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə” qeyd olunmuşdur ki, “Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı aşkar edilmişdir.Bundan başqa müraciət əlavə olunmuş sərəncam ilə **********0068 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən qərar arasında uyğunsuzluq olduğu müəyyən edlimişdir. Həmçinin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Abşeron rayon Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edilmişdir.” Bu əsasla ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, qeyd edilən inzibati orqan iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı deyil və bu, iddiaçı X2 ( vərəsənin) hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun ziahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı; Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı; Müraciət üzrə əlavə olunmuş sərəncam ilə **********0068 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən qərar arasında uyğunsuzluq olduğu; həmçinin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; Abşeron rayon Agrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına X1 AZ-İİ №199291 saylı ölüm haqqında şəhadətnaməsinin surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Masazır kənd İcra Nümayəndəliyi Xırdalan Südçülük-Tərəvəzçilik soxxozunun torpaq sahəsində fərdi yaşayış evinin tikintisi haqqında 28 saylı xx.xx.1996-cı il tarixli sərəncamın, DT və XK-nın kadastr planında göstərildiyi kimi vətəndaş X3 0.1 ha torpaq sahəsi ayrılmışdır. 28 saylı xx.xx.1996-cı il tarixli sərəncamın əsli məhkəməyə təqdim edilmişdir. X13 kitabında 14 aprel 2011-ci il tarixdə 15830 nömrə ilə uçota alınmış A № 337871 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 saylı qərarı ilə X3 1000.5 kv.m torpaq sahəsi mülkiyyətə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 26 may 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin plan və ölçüsünə dair sənədlərin surətləri, müayinə aktı, ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.10 ha,faktiki 0.1378 ha olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2025-ci l tarixli məktbunda torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamda X1 adı aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Dövlət Arxivi tərəfindən vətəndaş X6 3-48-1RA/2-S- 216-35/25 saylı 14.01,2025-ci il tarixli və məhkəməyə 3-48-1RA/2- 564/2025 saylı 12 06.2025-ci il tarixli cavab məktubları ilə vətəndaşın təqdim etdiyi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN № 337871 nömrəli kadastr planına istinadən müvafiq cavab verilmişdir. Belə ki, vətəndaşın adının Masazır kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamında aşkar edildiyi qeyd edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı; Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı; Müraciət üzrə əlavə olunmuş sərəncam ilə **********0068 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən qərar arasında uyğunsuzluq olduğu; həmçinin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; Abşeron rayon Agrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamında X1 adı aşkar edilməmişdir. Ziddiyyətlərlə bağlı məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavab məktubunda vətəndaş X6 3- 48-1RA/2-S- 216-35/25 saylı xx.xx.2025-ci il tarixli arxiv arayışını vətəndaşın təqdim etdiyi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN № 337871 nömrəli kadastr planına istinadən müvafiq cavab verildiyi və vətəndaşın adının Masazır kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamında aşkar edildiyinin qeyd olunmadığı bildirilmişdir. Odur ki, məhkəmə iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamını mötəbər sənəd kimi qəbul etmir. X13 kitabında 14 aprel 2011-ci il tarixdə 15830 nömrə ilə uçota alınmış A № 337871 saylı torpaq sahəsinin planı və ölçüsünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı fərmanına əsasən “X14 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X14 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş, Fərmanla ləğv edilən Azərbaycan Respublikası X14 Komissiyasının müvafiq sənədlərinin, X10 X9 Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsi qeyd edilmişdir. Beləliklə, qeyd edilən dövrdə X5 torpaq ayrılması səlahiyyəti olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4825/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4825/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver